Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Beynəlxalq humanitar hüququn implementasiyası



Yüklə 0,96 Mb.
səhifə124/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   219
beynelxalq huquq

11. Beynəlxalq humanitar hüququn implementasiyası



Beynəlxalq humanitar hüququn implementasiyası beynəlxalq humanitar hüququn normalarına tam riayət olunmasını təmin etmək məqsədilə dövlətlər tərəfindən görülməli olan bütün tədbirləri əhatə edir. Bu tədbirlərdən bəziləri münaqişə zonasından kənarda və dinc dövrdə həyata keçirilməlidir.

Əsas tədbirlər aşağıdakılardır:



  1. Cenevrə Konvensiyalannm və Əlavə Protokolların milli dilə tərcümələrini hazırlamaq;

  2. Konvensiyalann və Protokolların mətnlərini mümkün qədər geniş - həm silahlı qüvvələrdə, həm də əhali arasında - yaymaq;

  3. Konvensiyaların və Protokolların bütün pozuntulan ilə cina^ yət-hüquqi qaydasında mübarizəni təşkil etmək, o cümlədən mü« haribə cinayətlərinə görə adekvat cəza nəzərdə tutan qanunvericilik qəbul etmək;

ç) Konvensiyalarla və Protokollarla qorunan şəxslərin və obyektlərin lazımi qaydada tanınmasını, yerləşdirilməsini və müdafiəsini təmin elmək;

  1. qızıl xaç, qızıl aypara və digər nişan və emblemlərdən sui- istifadənin qarşısını almaq üçün tədbirlər görmək;

  2. silahlı münaqişə zamanı əsas məhkəmə təminatlannm həyata keçirilməsinə imkan yaratmaq;

ə) beynəlxalq humanitar hüquq üzrə ixtisaslaşmış şəxslərin, o cümlədən silahlı qüvvələrin tərkibində hüquq məsləhətçilərinin təyin olunmasını və hazırlıq keçməsini təmin etmək;

  1. milli qızıl xaç və qızıl aypara cəmiyyətlərini və digər könüllü yardım cəmiyyətlərini, mülki müdafiə təşkilatlarını, milli məlumat bürolarını yaratmaq;

  2. hərbi qüvvələri yerləşdirərkən, silahlan və hərbi taktikanı inkişaf etdirərkən beynəlxalq humanitar hüququn tələblərini nəzərə almaq;

ğ) zəruri hallarda hospital zonalarının, neytrallaşdınimış zonaların, təhlükəsizlik zonalannm və hərbsizləşdirilmiş zonalann yaradılmasını təmin etmək.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin