Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə120/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   219
beynelxalq huquq

Məsuliyyət:


  1. təkcə əlinə silah götürdüyünə görə məsuliyyətə və cəzaya məruz qala bilər;

  2. hərbi əməliyyatlarda iştirak etməsinə və humanitar hüquqa uyğun silah tətbiq etməsinə görə təqibə məruz qala bilməz.
  1. Hücumlardan müdafiə:


  1. onu hücuma məruz qoymaq qadağandır;

  2. onu hücuma məruz qoymaq olar, o, hərbi hədəfdir.
  1. Düşmən tərəfdən rəftar necə olmalıdır:


  1. beynəlxalq humanitar hüquq ona hörmət etməyi və istənilən şəraitdə onunla humanist rəftar etməyi tələb edir;

  2. əsir götürüldükdə, hərbi əsir statusuna malik olur.
  1. Döyüş aparılmasının qadağan edilmiş metod və vasitələri

Beynəlxalq humanitar hüquq («Haaqa hüququ») döyüş aparılmasının aşağıdakı metod və vasitələrini qadağan edir:



qadağan olunmuş metodlar:

  1. düşmən qoşunlanna mənsub olan şəxsləri xaincəsinə öldürmək və ya yaralamaq;

  2. milli və beynəlxalq emblem, siqnal və bayraqların təyinatı üzrə istifadə edilməməsi;

  3. işgəncələr, xəyanət, soyqırım, aparteid və girov götürmənin tətbiq edilməsi;

ç) parlamentyoru və onu müşayiət edən şəxsləri öldürmək;

  1. şəhər və ya digər yerlərin talana verilməsi, yerli əhaliyə münasibətdə terrora əl atılması, əhali arasında aclıqdan istifadə edilməsi;

  2. sanitar müəssisələrinin, hospital gəmilərinin və təyyarələrinin, sanitar işçilərinin hücuma məruz qalması, onlann bombardman edilməsi və ya məhv edilməsi;

ə) düşmənin silahı yerə qoymuş və ya əsir kimi təslim olmuş şəxslərini öldürmək və ya yaralamaq;

  1. düşmən tərəfə mənsub olan şəxsləri, onlann öz ölkəsinə qarşı yönəlmiş hərbi əməliyyatlarda iştiraka məcbur etmək;

  2. sıradan çıxmış, eləcə də fəlakətə düçar olmuş uçuş aparatını tərk etmiş şəxslərə hücum etmək;

ğ) hərbi zərurət hallanndan başqa, düşmən mülkiyyətinin tələf və ya zəbt edilməsi;

  1. sahil balıqçılıq və ya yerli dənizçilik gəmilərinin, hospital gəmilərinin, elmi və ya dini funksiyalar yerinə yetirən digər gəmilərin zəbt edilməsi;

  2. müdafiəsiz şəhərlərin, limanlann, kəndlərin və hərbi məqsədlər üçün istifadə olunmayan mənzillərin, tarixi abidələrin, məbədlərin, hospitalların bombardman edilməsi;

ı) heç kimi sağ qoymamaq haqqında əmr vermək və ya bununla hədələmək, yaxud bu yönümdə hərbi əməliyyatlar aparmaq;

191


    1. mədəni mülkiyyətin, tarixi və digər abidələrin, ibadət edilən yerlərin məhv edilməsi və ya onlardan hərbi əməliyyatlarda uğur qazanmaq üçün istifadə edilməsi və b.

qadağan edilmiş vasitələr:

  1. insan bədənində asanlıqla dönən və ya yastılanan güllələr;

  2. yeganə təyinatı boğucu və ya zərərli qazlar yaymaqdan ibarət olan mərmilər;

  3. 400 qramdan az çəkisi olan, partlama xassəsinə malik olan və ya yanar tərkiblə təchiz edilmiş mərmilər;

ç) zəhərlər, zəhərlənmiş silahlar, boğucu, zəhərli vo digər belə qazlar, bakterioloji və kimyəvi silah;

  1. genişmiqyaslı və ya uzunmüddətli və ya ciddi nəticələr törədən ətraf mühitə təsir vasitələri;

  2. bədəndə aşkar edilməyən qəlpələr, mina-tələlər, yandıncı silahlar və adi silahların hodsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən digər növləri;

ə) nüvə silahı.

Nüvə silahının tətbiqinin beynəlxalq humanitar hüquqa zidd olmasını BMT-nin Beynəlxalq Məhkəməsi Nüvə silahı ilə hədələməyin ya onun tətbiqinin qanunauyğunluğu haqqında iş üzrə 1996-cı il 8 iyul tarixdə verdiyi məsləhət xarakterli rəydə təsdiq etmişdir.




  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin