səfirlik və konsulluq binalarının, onlann əmlakı və arxivləri ilə bir yerdə mühafizəsi Himayəçi Dövlətə (vuruşan tərəflərin təyin etdiyi və onların mənafelərini qorumalı olan hər hansı dövlət belə adlanır) və ya onu əvəz edən hər hansı qərəzsiz təşkilata, adətən. Beynəlxalq Qızıl Xaç Komitəsinə (buna humanitar hüquqda «substitut»deyilir) etibar edilir.
düşmən dövlətə məxsus olan mülkiyyət (səfirlik və konsulluqların əmlakından başqa) müsadirə edilir;
düşmən dövlətin vətəndaşlarına qarşı müxtəlif məhdudiyyətlərdən ibarət xüsusi rejim tətbiq edilir (o cümlədən internləş-dirməvə ya müəyyən bir zonada yaşamağa məcbur etmə);
dinc dövr münasibətləri üçün nəzərdə tutulmuş müqavilələrin qüvvəsinə xitam verilir və ya müvəqqəti dayandırılır və beynəlxalq humanitar hüququn normaları tətbiq edilir.