XVI FƏSIL
BEYNƏLXALQ HUMANİTAR HÜQUQ
Beynəlxalq humanitar hüququn anlayışı və mənbələri
Beynəlxalq humanitar hüquq - silahh münaqişələr zamanı tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran və silahh münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş bcynəlxalq-hüquqi normaların məcmusuna deyUir.
«Beynəlxalq humanitar hüquq» görkəmli alim Jan Pikte tərəfindən beynəlxalq-hüquqi leksikona daxil edilmiş nisbətən yeni termindir. Beynəlxalq hüququn bu mühüm sahəsi müxtəlif mənbələrdə müxtəlif cür adlandırılır: «silahlı münaqişələr dövründə tətbiq edilən hüquq»; «müharibə hüququ» («jus in bello»); «silahlı münaqişələr hüququ»; «müharibə qanun və adətləri» və s.
Xüsusi vurğulamaq lazımdır ki, beynəlxalq humanitar hüquq müharibəni qadağan etmir. O, obrazlı desək, birbaşa döyüş meydanına gəlir və sırf humanist mövqedən çıxış edərək, artıq başlamış müharibəni, - onun xarakterindən və başlama səbəblərindən asılı olmayaraq, - müəyyən normativ çərçivəyə salmağa can atır. Bundan irəli gələrək, beynəlxalq humanitar hüququn iki başlıca məqsədini göstərmək olar:
Kombatant olmayanları, yəni mülki şəxsləri və sıradan çıxmış hərbi qulluqçuları müdafiə etmək və onlarla humanist rəftan təmin etmək. Bu məqsədi beynəlxalq humanitar hüququn bir hissəsi olan ((Cenevrə hüququ» həyata keçirir. «Cenevrə hüququ» termini, əsas etibarilə, Müharibə qurbanlannm müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalanna istinad edilərək götürülmüşdür.
182
Seçimsiz zorakılığın və artıq əzab-əziyyətin qarşısını almaq üçün, döyüş aparılmasının müəyyən metod və vasitələrini məhdudlaşdırmaq və ya qadağan etmək. Beynəlxalq humanitar hüququn bu məqsədin həyata keçirilməsinə yönəlmiş hissəsi «Haaqa hüququ» adlandınlır (1899 və 1907-ci illərdə Haaqa sülh konfranslarında qəbul olunmuş müvafiq sənədlərə istinadən).
Beynəlxalq humanitar hüquq, əsas etibarilə, müqaviləyə söykənir. Bu sahədə aşağıdakı sazişləri göstərmək olar:
Partlayıcı və yandırıcı güllələrin istifadəsinin ləğv edilməsi haqqında Sankt-Peterburq Bəyannaməsi (11 dekabr 1868);
Asanlıqla dönə bilən və yastılanan güllələrin istifadə olunmaması haqqmda Haaqa Bəyannaməsi (29 iyul 1899);
Quru müharibəsinin qanun və adətləri haqqında IV Haaqa Konvensiyası (Quru müharibəsinin qanun və adətləri haqqında Əsasnamə ilə birgə) - 18 oktyabr 1907;
Boğucu, zəhərli və ya digər belə qazlann və bakterioloji vasitələrin müharibədə tətbiqinin qadağan olunması haqqında Cenevrə Protokolu (17 iyun 1925);
Soyqırım einayətinin qarşısının alınması və cəzalandırılması haqqmda Konvensiya (9 dekabr 1948);
Müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensi- yalan (12 avqust 1949);
Quruda döyüşən silahlı qüvvələrdəki yaralı və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında Cenevrə Konvensiyası (I Konvensiya);
Dənizdəki silahlı qüvvələrin yaralı, xəstə və gəmi qəzasına uğramış üzvlərinin vəziyyətinin yaxşılaşdıniması haqqında Cenevrə Konvensiyası (II Konvensiya);
Hərbi əsirlərlə rəftara dair Cenevrə Konvensiyası (III Konvensiya);
Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyası (IV Konvensiya);
Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa Konvensiyası (14 may 1954);
Bakterioloji (bioloji) və zəhərli (toksinli) silahlann işlənib hazırlanması, istehsal edilməsi və ehtiyat yığılmasının qadağan
olunması və onların məhv olunması haqqında Konvensiya (10 aprel 1972);
Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında Konvensiya (10 dekabr 1976);
1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalanna Əlavə Protokollar:
Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Protokol (1 Protokol) - 8 iyun 1977;
Qeyri-beynəlxalq xarakterli silahlı münaqişə qurbanlanmn müdafiəsinə dair Protokol (II Protokol) - 8 iyun 1977;
Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında Konvensiya (10 oktyabr 1980).
Konvensiyaya 3 Protokol əlavə olunmuşdur:
Aşkar edilməyən qəlpələr haqqında Protokol (I Protokol).
Minalann, mina-tələlərin və digər qurğularm tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqmda Protokol (II Protokol).
Yandırıcı silahların tətbiqinə qoyulan qadağalar və məhdudiyyətlər haqqında Protokol (III Protokol);
Kimyəvi silahların işlənib hazırlanması, istehsal edilməsi, ehtiyat yığılması və tətbiq edilməsinin qadağan olunması və onların məhv olunması haqqmda Konvensiya (1993).
Sadalanmış bu beynəlxalq müqavilələr içərisində beynəlxalq humanitar hüquq üçün ən əhəmiyyətlisi, şübhəsiz ki. Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyaları və onlara 1977-ci il Əlavə Protokollarıdır.
Beynəlxalq humanitar hüquqda adət normaları da əhəmiyyətli rol oynayır. Bu normaların əksər hissəsi ümumi beynəlxalq hüququn bir hissəsidir və bütövlükdə beynəlxalq birlik tərəfindən jus cogcns normaları kimi tanınmışdır. Bu cür normalar, yuxarıda göstərilən hər hansı konvensiyanın iştirakçısı olub-olmadığından asılı olmayaraq, dünyanın hər bir dövləti üçün məcburidir.
Məsələn, Yuqoslaviya tribunalı Duşko Tadiç işində (1995) qeyd etmişdir ki, daxili silahlı münaqişələr dövründə müharibə
qurbanları ilə rəftara aid normalar mövcud beynəlxalq adət hüququnun bir hissəsi kimi hamılıqla tanınmışdır.
Bundan əlavə, bir mühüm məqamı qeyd etmək lazımdır ki, pozitiv hüquq normalarının əhatə etmədiyi hallarda, «mülki əhali və vuruşan qüvvələr... insanlıq qanunlarının və ictimai şüurun tələblərinin... mühafizəsi altında qalırlan>. Bu prinsip, 1899-cu ildə onu irəli sürmüş alimin soyadına istinadən Martens klauzulası (qeyd-şərti) kimi məşhurdur və IV Haaqa Konvensiyasında və 1 Əlavə Protokolda öz əksini tapmışdır.
Dostları ilə paylaş: |