Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


İnsan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri



Yüklə 0,96 Mb.
səhifə110/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   219
beynelxalq huquq

İnsan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri

Beynəlxalq insan hüquqlan hüququnun yuxanda verdiyimiz tərifindən aydın görünür ki, bu sahədə mövcud olan bütün normativ massivi iki hissəyə ayırmaq olar: 1) hüquqi mexanizm (dövlətlərin maddi xarakterli öhdəliklərini nəzərdə tutan normalar; 2) imple- mentasiya mexanizmi (insan hüquqlarının həyata keçirilməsi üzərində nəzarət mexanizmlərini (bunlara bəzən institusional mexa- nizmlər də deyirlər) müəyyən edən normalar. Bu bölgü əksər beynəlxalq müqavilələrin strukturunda öz əksini tapmışdır. Belə ki, müqavilələrin ilk bölmələrində, adətən, maddi normalar təsbit olunur, qalan hissədə isə müvafiq nəzarət orqanının təşkili və fəaliyyətinin hüquqi əsasları müəyyən edilir. Məsələn, üç bölmədən ibarət olan Avropa İnsan Hüquqlan Konvensiyasının I bölməsi ay- rı-ayn insan hüquqlarına, II bölməsi isə Avropa İnsan Hüquqları Məhkəməsinə həsr olunmuşdur. Burada bir şeyi əlavə edək ki, institusional mexanizmlər digər beynəlxalq sənədlərdə, məsələn, beynəlxalq orqan və ya təşkilatların qətnamələrində də nəzərdə tutula bilər.

İnsan hüquqlarının bcynəlxalq-hüquqi müdafiəsi sahəsində mövcud olan mexanizmlər müxtəlif xarakterə malikdir. Bu mexanizmlər həm universal, həm də regional səviyyədə mövcuddur.

170


Yaradılması əsasına göro institusional mcxanizmlor müqavilə

qeyri-müqavilə mexanizmlərinə bölünür.

Müqavilə mexanizmləri beynəlxalq müqavilələrdə nəzərdə tutulmuşdur. Bu mexanizmlər, bir qayda olaraq, aşağıdakı səlahiyyətlərə malik olur: a) dövlətlərin müvafiq müqavilədən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi haqqında məruzələrinin dinlənil- məsi; b) yerlərdə ümumi situasiyanın öyrənilməsi və ya konkret problemin həlli ilə bağlı təhqiqatlann apanlması; v) insan hüquqla- nnın pozulmasını iddia edən fərdi və ya dövlətlərarası şikayətlərə baxılması.

Universal səviyyədə mövcud olan müqavilə mexanizmləri aşağıdakılardır: İnsan hüquqları komitəsi: İrqi ayrı-seçkiliyin ləğvi üzrə komitə; İşgəncə əleyhinə komitə; İşgəncənin qarşısının alınması üzrə Altkomitə; Qadınlara qarşı irqi ayrı-seçkiliyin ləğvi üzrə komitə: Bütün miqrant işçilərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitə; Uşaq hüquqları komitəsi; Üçlər qrupu; Əlillərin hüquqları üzrə Komitə; Məcburi yoxa çıxmalar üzrə Komitə. Buraya habelə İqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın yerinə yetirilməsinə nəzarət edən, amma əslində Paktın əsasında deyil, EKOSOK-un qətnaməsinə uyğun olaraq 1985-ci ildə təsis olunmuş İqtisadi, sosial mədəni hüquqlar üzrə komitəni, Beynəlxalq Əmək Təşkilatı və YUNESKO çərçivəsində fəaliyyət göstərən insan hüquqlannm müdafiəsi mexanizmlərini əlavə etmək olar. Yuxarıda sadalanan orqanlardan ilk beşi fərdi və dövlətlərarası şikayətlərə baxmaq səlahiyyətinə malikdir.



İnsan hüquqları komitəsi Vətəndaş və siyasi hüquqlar haqqında

Paktın 28-ci maddəsi əsasında yaradılmışdır. Komitə Paktın iştirakçıları tərəfindən 4 il müddətinə seçilən, amma öz dövlətlərini təmsil etməyən 18 ekspertdən ibarətdir. Paktın 40-cı maddəsinə görə. Komitə işirakçı dövlətlərdən öz öhdəliklərini yerinə yetirməkləri barədə vaxtaşın (5 ildən bir) məruzələr alır və bu məruzələrlə bağlı öz irad və tövsiyələrini irəli sürür.

Paktın 41-ci maddəsinə müvafiq olaraq, İnsan hüquqlan komitəsi bir iştirakçı dövlətin digər iştirakçı dövlətə qarşı verdiyi və həmin dövlətin Paktdan irəli gələn öhdəliklərini pozduğunu iddia edən şikayətə baxmaq səlahiyyəti vardır. Lakin bu prosedurdan

yalnız onu qəbul edən, yəni 41-ci maddənin əsasmda xüsusi bəyanat təqdim edən dövlətlər istifadə edə bilərlər. Pakta görə, belə bir şikayəti qəbul edən Komitə əwəleə vasitəçilik cəhdi edir, bir nəticə hasil olmadıqda isə, o, tərəflərin razılığı ilə məsələni ad hoc razılaşma komissiyasına göndərə bilər. Komitənin axır mərhələdə çıxardığı qərar məcburi xarakter daşımır. Qeyd edək ki, siyasi mülahizələr ucbatından dövlətlərarası şikayət proseduru bir dəfə də olsun istifadə olunmamışdır.



İnsan hüquqları komitəsinin daha bir səlahiyyəti 1966-cı ildə qəbul olunmuş Fakültativ Protokolla müəyyən olunmuşdur. Protokolun 1-ci maddəsinə görə. Komitə özünü Paktda təsbit olunmuş hər hansı bir hüququn qurbanı hesab edən şəxsdən müvafiq dövlətə qarşı şikayət qəbul edə bilər və ona baxa bilər. Protokolun adından göründüyü kimi, fərdi şikayət proseduru məcburi deyildir və 0, yalnız Protokolu ratifikasiya etmiş Paktın iştirakçılanna (hazırda - 110 dövlət) şamil edilir. Şübhəsiz ki, İnsan hüquqlan komitəsinin yuxanda göstərilmiş ilk iki səlahİ30^ətinə nisbətən, fərdi şikayət proseduru daha əhəmiyyətli və daha səmərəlidir. Şəxsin onun hüququnu pozan dövlətə qarşı çıxış edə bilməsi və beynəlxalq səviyyəyə çıxması dövlət üzərində mühüm nəzarət vasitəsidir. Komitənin fərdi şikayəti qəbul etməsi üçün müə5^ən şərtlər mövcuddur: a) şəxs yalnız dövlətdə olan bütün səmərəli hüquq müdafiə vasitələrindən (məsələn, bütün məhkəmə instan- siyalanndan) istifadə etdikdən və müsbət nəticə əldə etmədikdən sonra şikayət vermək hüququ qazanır; əks halda ərizə baxılmaq üçün qəbul edilməyəcəkdir; b) dövlətdaxili orqanın çıxardığı qəti qərardan sonra altı aydan artıq müddət keçməməlidir; c) ərizə anonim olmamalıdır; ç) ərizə abstrakt olmamalıdır: şəxs Paktın konkret maddəsinin pozulması nəticəsində bilavasitə ona zərər dəydiyini göstərməlidir və s. Adətən, Komitədə ərizəyə baxılması, daha doğrusu, ərizə verildiyi andan Komitə öz qərannı çıxarana qədər xeyli müddət çəkir (bəzən 5-6 il). Dövlət tərəfindən insan hüquqlanmn pozulduğunu müəyyən etdiyi hallarda Komitə onun qarşısında aşağıdakı tələbləri qoya bilər: hüquqa zidd əməlin dayandıniması; bu cür pozuntuları gələcəkdə təkrar etməmək barədə təminat verilməsi; əvvəlki vəziyyətin (status quo ante-nin)

bərpa edilməsi (məsələn, qanunsuz həbsdə saxlanılan şəxsin buraxdın İması; əmlakın iddiaçıya geri qaytarılması və s.); şəxsə dəyən zərərin ödənilməsi və s. Lakin İnsan hüquqları komitəsinin çıxardığı qərarlar hüquqi cəhətdən məcburi deyildir. Dövlət bu qəran yerinə yetirməyə də bilər və təəssüf ki, praktikada belə hallar az deyildir; bu halda həmin dövlətə qarşı Komitənin elə bir səmərəli tədbir görmək imkanı yoxdur. Bununla belə, əksər qərarlar dövlətlər tərəfindən icra olunur, gələcəkdə belə pozuntulara yol verməmək üçün lazımi qanunvericilik, inzibati, təşkilati və

s. tədbirlər görülür.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin