Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Ayrı-ayrı qrupların müdafiəsinə yönəlmiş müqavilələr



Yüklə 0,96 Mb.
səhifə106/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   219
beynelxalq huquq

Ayrı-ayrı qrupların müdafiəsinə yönəlmiş müqavilələr.


Cəmiyyətin ayrı-ayrı təbəqələrinin hüquqlarını qorumaq məqsədi gü

dən bu müqavilələrə misal olaraq aşağıdakıları göstərmək olar: Qadınların siyasi hüquqları haqqında 1952-ci il Konvensiyası; Uşaq hüquqları haqqında 1989-cu il Konvensiyası; Bütün miqrant işçilərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqın- da 1990-cı il Beynəlxalq Konvensiyası; Miqrant işçilərin hüquqi statusu haqqında 1977-ci il Avropa Konvensiyası; Milli azlıqların müdafiəsi haqqında 1995-ci il Çərçivə Konvensiyası; Müstəqil ölkələrdə köklü və tayfa xalqlarına dair 1989-cu il 169 nömrəli BƏT Konvensiyası və s.


  1. Ayrı-seçkilik məsələsinə aid olan müqavilələr. Bu müqavilələr irqi və ya cinsi əsaslara görə təhsil, işodüzəlmə və s. sahələrdə ayrı-seçkiliyin qarşısını almaq məqsədi daşıyır. Bu məsələ ilə bağlı bir sıra universal müqavilələr mövcuddur, məsələn: İrqi ayrı- seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1965-ci il Beynəlxalq Konvensiyası; Aparteid cinayətinin qarşısının alınması cəzalandırılması haqqında 1973-cü il Beynəlxalq Konvensiyası; Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1979-cu il Konvensiyası; Təhsil sahəsində ayrı-seçkilik əleyhinə 1960-cı il YUNESKO Konvensiyası və s.

İnsan hüquqlannm beynəlxalq-hüquqi müdafiəsi sahəsində adət normalarının da müəyyən rolu vardır. Beynəlxalq hüquqi adətin bu sahədə rolu müvafiq müqavilo müddəalannm qeyri-işti- rakçı dövlətlərə şamil edilməsi və həmin müqavilələrdə nəzərdə tutulmamış hüquqi müdafiə vasitələrinin təmin edilməsilə məhdudlaşır. Əsas insan hüquqlarının müəyyən hissəsi artıq ümumi beynəlxalq adət hüququnun bir hissəsinə çevrilmişdir və hər hansı bir müqavilənin iştirakçısı olub-olmamasından asılı olmayaraq bütün dövlətlər üçün məcburidir. Məsələn, indi heç bir dövlət Vətəndaş və siyasi hüquqlar haqqında 1966-cı il Paktında iştirak etmədiyini bəhanə gətirərək (belə dövlətlərin sayı 30-dan artıqdır), işgən- eələr tətbiq edə bilməz və ya şəxsi özbaşına, yaxud qanuni əsas olmadan həyatdan məhrum edə bilməz. Dövlətlərin aşağıdakı hüquqa zidd əməlləri beynəlxalq adət hüququnun pozuntusu kimi tövsif edilə bilər: soyqınm; aparteid; köləlik; bir sıra insan hüquq- lannın aşağıdakı sistematik və ya kobud pozuntulan (şəxsin qanunsuz həyatdan məhrum edilməsi; işgəncə; irqi ayn-seçkilik; uzunmüddətli

özbaşına həbs; şəxsin zorla müəyyən ərazidən çıxaniması; minimal məhkəmə təminatlannm pozulması; qanunun geriyə tətbiqi).

İnsan hüquqlan sahəsində tövsiyə xarakterli sənədlər köməkçi hüquq mənbəyi kimi böyük əhəmiyyətə malikdir. Bu cür sənədlərə misal olaraq aşağıdakıları göstərmək olar: BMT Baş Məclisinin qətnamələri, o cümlədən bu qətnamələrlə qəbul olunmuş aktlar (məsələn, Dözümsüzlüyün və din və ya əqidələr əsasında ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1981-ci il Bəyannaməsi; Yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə ədalət mühakiməsinin həyata keçirilməsinə dair BMT-nin Minimal standart qaydaları (1985-ci il); Milli, etnik, dil dini azlıqlara mənsub olan şəxslərin hüquqları haqqında 1992-ci il Bəyannaməsi və s.); beynəlxalq konfranslann aktları (məsələn, 1990-cı il sentyabrın 30-da Uşaqlar naminə yüksək səviyyədə Ümumdünya görüşü zamanı qəbul olunmuş Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında Ümumdünya Bəyannaməsi: İnsan hüquqlan üzrə Ümumdünya Vyana Konfransında (14-25 iyun 1993-cü il) qəbul olunmuş Vyana Bəyannaməsi Hərəkət Proqramı və s.); ATƏM (indiki ATƏT) çərçivəsində qəbul olunmuş və özündə siyasi öhdəliklər ehtiva edən sənədlər və b.

Bu sənədlərdə həm bütövlükdə insan hüquqlarının müdafiəsi, həm də konkret insan hüquqlarının həyata keçirilməsi ilə bağlı tövsiyə xarakterli standartlar müəyyən olunur. Adətən, dövlətlər bu standartlara riayət etməyə çalışır, bəzi hallarda isə onları, hətta öz qanunvericiliyinə daxil edirlər.



    1. Yüklə 0,96 Mb.

      Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin