Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Beynəlxalq insan hüquqları hüququnun mənbələri



Yüklə 0,96 Mb.
səhifə105/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   219
beynelxalq huquq

Beynəlxalq insan hüquqları hüququnun mənbələri


İnsan hüquqlan sahəsindəki beynəlxalq öhdəliklər, əsas etibarilə, müqavilə mənşəlidir. Müqavilənin üstünlüyü ondadır ki, o, dövlətlərin konkret insan hüquqlannın müdafiəsi ilə bağlı öhdəliklərini dəqiq müəyyən edir və ən əsası, bu öhdəliklərin yerinə yetirilməsini təmin etməli olan xüsusi mexanizm və prosedurlar nəzərdə tutur.



160

Hazırda insan hüquqları sahəsində 70-dən artıq beynəlxalq müqavilə vardır. Bundan əlavə, Beynəlxalq Əmək Təşkilatı (BƏT) çərçivəsində bəzən sosial ədalətin corpııs jurisA adlanan çoxlu sayda konvensiyalar qəbul olunmuşdur.



İnsan hüquqlan sahəsindəki mövcud beynəlxalq müqavilələri dörd kateqoriyaya bölmək olar:

  1. Ümumi müqavilələr. Bu müqavilələrdə, demək olar ki, bütün əsas insan hüquqlan və ya onlann böyük bir hissəsi təsbit olunur. Ümumi müqavilələr həm universal, həm də regional səviyyədə mövcuddur. Universal müqavilələrə İqtisadi, sosial və mədəni hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktı Vətəndaş və siyasi hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktı aiddir. Ümumi regional müqavilələr aşağıdakılardır: İnsan hüquqlarının əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Konvensiyası (Avropa İnsan Hüquqları Konvensiyası); Avropa Sosial Xartiyası; Amerika İnsan Hüquqları Konvensiyası; İqtisadi, sosial və mədəni hüquqlar sahəsində Amerika İnsan Hüquqları Konvensiyasına 1988-ci il Əlavə Protokolu; İnsan və xalqların hüquqları haqqında 1981-ci il Afrika Xartiyası.

  2. Xüsusi müqavilələr. Bu müqavilələr konkret insan hüquqla- nmn müdafiəsinə yönəlmişdir. Xüsusi müqavilələr də universal və regional səviyyədə bağlanır. Universal müqavilələr, əsasən, bunlardır: Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il Konvensiyası; 1926-cı il Köləlik Konvensiyası; Köləliyin, qul ticarətinin və köləliyə oxşar institut və adətlərin ləğv edilməsi haqqında 1956-cı il Əlavə Konvensiyası; İcbari əməyin ləğv olunması haqqında 1957-ci il 105 nömrəli BƏT Konvensiyası; İşgəncə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə 1984-cü il Konvensiyası. Regional səviyyədə bağlanmış xüsusi müqavilələrə bir sıra misallar gətirək: İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması haqqında 1987-ci il Avropa Konvensiyası; İşgəncənin qarşısının alınması və cəzalandırılması haqqında 1985-ci il Amerika Konvensiyası; Sosial təminat haqqında 1972-ci il Avropa Konvensiyası,

  3. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin