Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


BEYNƏLXALQ İNSAN HÜQUQLARI HÜQUQU



Yüklə 0,96 Mb.
səhifə103/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   219
beynelxalq huquq

XV FƏSIL

BEYNƏLXALQ İNSAN HÜQUQLARI HÜQUQU



    1. Beynəlxalq insan hüquqları hüququnun anlayışı inkişaf tarixi

İnsan hüquqlarının müdafiəsi ideyası özü-özlüyündə dövlətda- xili hüququn məhsuludur. Bu ideyanın məğzi ondan ibarətdir ki, istənilən fərd məhz insan varlığı olduğuna görə doğulduğu andan müəyyən ayrılmaz hüquqlara malikdir və dövlət bərabər əsasda, heç bir ayrı-seçkilik olmadan bu hüquqları qanunvericilikdə və praktikada təmin etməlidir. Göstərilən ideyanın hüquqi normada öz ifadəsini tapması (yəni pozitivləşməsi) dövlətdaxili hüquq sistemlərinə çoxdan məlumdur. Müasir beynəlxalq hüququ səciyyələndirən məqamlardan biri kimi biz dərsliyin I fəslində göstərmişdik ki, insan hüquqları ideyası İkinci Dünya müharibəsindən sonra beynəlxalq səviyyəyə çıxmış və dövlətlərin müvafiq öhdəlikləri şəklində təsbit olunmuşdur. Əsas etibarilə, suveren və müstəqil dövlətlər arasmda münasibətləri tənzimləmək missiyasmı yerinə yetirən beynəbcalq hüquqda fərdlərin əsas hüquq və azadlıqlanm nizamlayan norma və prinsiplərin inkişaf etməsi çox böyük əhəmiyyət kəsb edir. Bu norma və prinsiplərin məcmusu beynəlxalq insan hüquqları hüququnu (International human rights law) təşkil edir.

Beynəlxalq hüququn bu sahəsi ədəbiyyatda müxtəlif cür adlandırılır:

«insan hüquqlarının beynəlxalq müdafiəsi», «beynəlxalq hüquqda insan hüquqları», «beynəlxalq insan hüquqlan hüququ», «beynəlxalq humanitar hüquq» və s. Bundan sonrakı fəsildə biz görəcəyik ki, beynəlxalq humanitar hüquq beynəlxalq hüququn digər bir müstəqil sahəsidir və müharibə adət və qanunlannı əhatə edir. Beynəlxalq hüquq elmində, demək olar ki, hamılıqla qəbul



156

olunmuş bu termini genişlondirmək və onunla insan hüquqlarını da əhatə etmək və ya onu yalnız insan hüquqlarına aid etmək, zənni- mizcə, doğru deyildir və bu ideya qətiyyən mövcud beynəlxalq sənədlərə və praktikaya söykənmir. Ilk iki termin isə formal-hüquqi baxımdan qəbul edilə bilməz. Əgər biz beynəlxalq münasibətlərin deyil, beynəlxalq hüququn sahələrindən danışırıqsa, onda müvafiq normalar məcmusunu «hüquq» adlandırmalıyıq: məsələn, beynəlxalq dəniz hüququ, beynəlxalq müqavilələr hüququ, diplomatiya hüququ, beynəlxalq cinayət hüququ və s. (yeri gəlmişkən, bəzi dərsliklərdə bu günə kimi «beynəlxalq cinayət hüququ» əvəzinə

«cinayətkarlıqla beynəlxalq mübarizə» ifadəsi işlədilir).

İnsan hüquqlarının beynəlxalq-hüquqi müstəviyə çıxmasından danışarkən bir məqamı xüsusilə vurğulamaq lazımdır: heç bir mövcud beynəlxalq müqavilə bilavasitə fərdlərə hüquq və azadlıqlar vermir. İnsan hüquqları sahəsindəki müqavilələrdə işlədilən «hər kəsin... hüququ vardır» konstruksiyası birbaşa fərdlərə deyil, dövlətlərə ünvanlanmışdır. Dövlət müqavilənin iştirakçısı olan digər dövlətlər qarşısında öz üzərinə öhdəlik götürür ki, müəyyən hüquq və azadlıqları yurisdiksiyası çərçivəsində hər bir şəxsə təmin etsin. Belə bir sual ortaya çıxa bilər: əgər hər bir dövlətdə əsas insan hüquqlan təsbit olunursa, onda beynəlxalq-hüquqi tənzimləməyə nə ehtiyac vardır? Beynəlxalq hüququn bu sahədə rolu aşağıdakılardan ibarətdir: a) insan hüquqlarının təbii xarakter daşımasını və dövlətin qanunvericiliyindən kənarda və ondan asılı olmayaraq mövcud olmasını bəyan etmək; b) insan hüquqlarının müdafiəsi məsələsinin dövlətin daxili işi olmadığını bəyan etmək; c) dövlətlər üçün ümumi standartlar müəyyən etmək (əsas insan hüquq və azadlıqlarının «kataloqunu» müəyyən etmək); ç) dövlətlərin insan hüquqları sahəsindəki öhdəliklərini necə yerinə yetirmələri üzərində nəzarət mexanizmləri müəyyən etmək.

Beləliklə, insan hüquqlarının müdafiəsi sahəsində ümumi standartlar müəyyənləşdirən və bu standartların dövlətlər tərəfindən yerinə yetirilməsinə nəzarət məqsədilə xüsusi mexa- nizmiər müəyyən edən normaların məcmusuna beynəlxalq insan hüquqları hüququ deyilir.

Beynolxalq insan hüquqları hüququnun tarixi BMT Nizamnaməsindən başlamışdır. Bundan əwəl ayn-ayn aktlar mövcud olsa da (məsələn, köləliyin ləğvi, milli azlıqlann müdafiəsi və s. ilə bağlı), insan hüquqlannm universal səviyyədə müdafiəsi ideyası ilk dəfə olaraq məhz BMT Nizamnaməsində öz əksini tapmışdır. Burada «irqinə, cinsinə, dilinə və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün insanlann əsas hüquq və azadlıqlanna hörmətin dəstəklənməsi və həvəsləndirilməsi» BMT-nin əsas məqsədlərindən biri kimi bəyan edilir (1-ci maddə). «Bütün insanlann əsas hüquq və azadlıqlanna hamıhqla hörmət edilməsinə və riayət edilməsinə dəstək verilməsi» (55-ci maddə) və bunun üçün BMT ilə birgə və ya müstəqil tədbirlər görülməsi (56-cı maddə) dövlətlərin üzərinə vəzifə kimi qoyulur. Gördüyümüz kimi, bu öhdəliklər dəqiq və birmənalı ifadə olunmamışdır. Daha doğrusu, söhbət burada insan hüquqlannm təmin edilməsi və ya insan hüquqlanna hörmət edilməsi vəzifəsindən deyil, bu hüquqlara hörmətin «dəstəklən- məsi və hovəslondirilmosi» vəzifəsindən gedir. Bu vəzifənin məzmununu konkret situasiyalara tətbiq etmək olduqca çətindir. Praktik olaraq bu o deməkdir ki, yalnız insan hüquqlanna tam etinasızlıqla yanaşan, bu hüquqlan kobud və kütləvi şəkildə pozan dövlət yuxarıda göstərilən Nizamnamə öhdəliyini yerinə yetirməmiş olur.

Məsələn, Tehran girovları haqqında işdə (ABŞ/İran - 1980-ci il) BMT Beynolxalq Məhkəməsi qeyd etmişdi ki, «insanlann qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və onlann ağır şəraitdə fiziki təzyiqlərə məruz qoyulması -• Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin prinsiplərinə... tamamilə ziddin>.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin