Azərbaycan Texniki Universiteti. Qrup: 458a2 Fənn: Həyat fəaliyyətinin təhlükəsizliyi Mövzu: ekoloji amiLLƏR



Yüklə 220,66 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü220,66 Kb.
#42065
  1   2   3   4   5
HFT5


Azərbaycan Texniki Universiteti.



Qrup:458a2

Fənn: Həyat fəaliyyətinin təhlükəsizliyi

Mövzu: EKOLOJİ AMİLLƏR



Tələbə:Kənan Çobanov

Fakültə:Metallurgiya mügındisliyi

EKOLOJİ AMİLLƏR

Canlıların yaşadığı yerdə onu əhatə edən amillərin (və ya təbiət cismlərinin) məcmusu mühit adlanır. Mühit bir-biri ilə sıx əlaqədə olan çoxlu komponentləri ilə fərqlənir. Mühitin orqanizmə təsir edən hər bir elementi ekoloji amil adlanır. Ekoloji amillər 3 yerə bölünür:



  • Biotik – heyvanlar, bitkilər, göbələklər, mikroorqanizmlər, bakteriyalar və s bura aiddir.

  • Abiotik – Torpaq, su, iqlim, havanın tempraturu, relyef, landşaft, havanın rütubətliliyi və s aiddir.

  • Antropogen – insan fəaliyyətinin göstərdiyi təsirdir.

Bu ekoloji amillər təsir etməsinə görə isə iki qrupa bölünür:

  1. Bilavasitə təsir edən amillər – buraya işıq, istilik, su, hava, torpağın kimyəvi tərkibi və s daxildir.

  2. Dolayı yolla təsir edən amillər – bu amillərə relyef şəraiti ana süxurlar, sahənin qurudulması və ya bataqlaşdırılması və s daxildir.

Bütün ölkə iqtisadiyyatlarının əsas və son məqsədi insanların həyat səviyyəsini yüksəltmək, rifahını artırmaqdır. Bunla bağlı olan əsas göstərici iqtisadi inkişaf hesab olunur. İqtisadi inkişaf – iqtisadiyyat və istehsal qüvvələri, təhsil, səhiyyə elm və mədəniyyətin, insanların həyat səviyyəsinin müntəzəm olaraq keyfiyyət və struktur baxımından müsbət istiqamətdə dəyişməsi ilə xarakterizə olunan iqtisadi prosesdir. Sadə dildə desək iqtisadi artımdan fərqli olaraq iqtisadi inkişaf insanların rifah səviyyəsini özündə əks etdirir. İqtisadi inkişaf daha çox kəmiyyətcə inkişaf deyil keyfiyyətcə inkişafdır.

İqtisadi inkişaf və ekoloji amillər bir-biri ilə sıx əlaqədədir. Belə ki ekoloji amillər insanların həyatına təsir edir və onun keyfiyyətini artırıb və ya azaldır.




Yüklə 220,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin