Məsuliyyət:
təkcə əlinə silah götürdüyünə görə məsuliyyətə və cəzaya məruz qala bilər;
hərbi əməliyyatlarda iştirak etməsinə və humanitar hüquqa uyğun silah tətbiq etməsinə görə təqibə məruz qala bilməz.
Hücumlardan müdafiə:
onu hücuma məruz qoymaq qadağandır;
onu hücuma məruz qoymaq olar, o, hərbi hədəfdir.
Düşmən tərəfdən rəftar necə olmalıdır:
beynəlxalq humanitar hüquq ona hörmət etməyi və istənilən şəraitdə onunla humanist rəftar etməyi tələb edir;
əsir götürüldükdə, hərbi əsir statusuna malik olur.
Döyüş aparılmasının qadağan edilmiş metod və vasitələri
Beynəlxalq humanitar hüquq («Haaqa hüququ») döyüş aparılmasının aşağıdakı metod və vasitələrini qadağan edir:
qadağan olunmuş metodlar:
düşmən qoşunlanna mənsub olan şəxsləri xaincəsinə öldürmək və ya yaralamaq;
milli və beynəlxalq emblem, siqnal və bayraqların təyinatı üzrə istifadə edilməməsi;
işgəncələr, xəyanət, soyqırım, aparteid və girov götürmənin tətbiq edilməsi;
ç) parlamentyoru və onu müşayiət edən şəxsləri öldürmək;
şəhər və ya digər yerlərin talana verilməsi, yerli əhaliyə münasibətdə terrora əl atılması, əhali arasında aclıqdan istifadə edilməsi;
sanitar müəssisələrinin, hospital gəmilərinin və təyyarələrinin, sanitar işçilərinin hücuma məruz qalması, onlann bombardman edilməsi və ya məhv edilməsi;
ə) düşmənin silahı yerə qoymuş və ya əsir kimi təslim olmuş şəxslərini öldürmək və ya yaralamaq;
düşmən tərəfə mənsub olan şəxsləri, onlann öz ölkəsinə qarşı yönəlmiş hərbi əməliyyatlarda iştiraka məcbur etmək;
sıradan çıxmış, eləcə də fəlakətə düçar olmuş uçuş aparatını tərk etmiş şəxslərə hücum etmək;
ğ) hərbi zərurət hallanndan başqa, düşmən mülkiyyətinin tələf və ya zəbt edilməsi;
sahil balıqçılıq və ya yerli dənizçilik gəmilərinin, hospital gəmilərinin, elmi və ya dini funksiyalar yerinə yetirən digər gəmilərin zəbt edilməsi;
müdafiəsiz şəhərlərin, limanlann, kəndlərin və hərbi məqsədlər üçün istifadə olunmayan mənzillərin, tarixi abidələrin, məbədlərin, hospitalların bombardman edilməsi;
ı) heç kimi sağ qoymamaq haqqında əmr vermək və ya bununla hədələmək, yaxud bu yönümdə hərbi əməliyyatlar aparmaq;
191
mədəni mülkiyyətin, tarixi və digər abidələrin, ibadət edilən yerlərin məhv edilməsi və ya onlardan hərbi əməliyyatlarda uğur qazanmaq üçün istifadə edilməsi və b.
qadağan edilmiş vasitələr:
insan bədənində asanlıqla dönən və ya yastılanan güllələr;
yeganə təyinatı boğucu və ya zərərli qazlar yaymaqdan ibarət olan mərmilər;
400 qramdan az çəkisi olan, partlama xassəsinə malik olan və ya yanar tərkiblə təchiz edilmiş mərmilər;
ç) zəhərlər, zəhərlənmiş silahlar, boğucu, zəhərli vo digər belə qazlar, bakterioloji və kimyəvi silah;
genişmiqyaslı və ya uzunmüddətli və ya ciddi nəticələr törədən ətraf mühitə təsir vasitələri;
bədəndə aşkar edilməyən qəlpələr, mina-tələlər, yandıncı silahlar və adi silahların hodsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən digər növləri;
ə) nüvə silahı.
Nüvə silahının tətbiqinin beynəlxalq humanitar hüquqa zidd olmasını BMT-nin Beynəlxalq Məhkəməsi Nüvə silahı ilə hədələməyin və ya onun tətbiqinin qanunauyğunluğu haqqında iş üzrə 1996-cı il 8 iyul tarixdə verdiyi məsləhət xarakterli rəydə təsdiq etmişdir.
Dostları ilə paylaş: |