Müharibə dövründə mədəni mülkiyyətin mühafizəsi məsələləri, əsas etibarilə, xüsusi beynəlxalq sazişlə - Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası ilə nizama salmır. Konvensiyanın 1-ci maddəsi mədəni mülkiyyətə bunlan daxil edir:
hər bir xalqın mədəni irsi üçün böyük əhəmiyyətə malik olan daşınar və daşınmaz mülkİ3^ət, məsələn, həm dini, həm də dünyəvi memarlıq, incəsənət abidələri, tarixi abidələr; arxeoloji sahələr; bütövlükdə tarixi və ya bədii maraq kəsb edən bina qruplan; incəsənət əsərləri; əlyazmalar, kitablar və bədii, tarixi və ya arxeoloji maraq kəsb edən digər obyektlər; habelə elmi məcmuələr və ya arxivlər, yaxud yuxarıda göstərilmiş əmlakın repro- duksiyalan;
başlıca məqsədi yuxanda sadalanmış daşmar mülkiyyəti qoruyub saxlamaq və nümayiş etdirmək olan binalar, məsələn, mu-
/cylor, böyük kitabxanalar vo arxiv binaları, habelə həmin mülkiyyəti silahlı münaqişə zamanı gizlətmək üçün istifadə olunan sığınacaqlar;
yuxarıda sadalanmış külli miqdarda mədəni mülkiyyəti əhatə edən mərkəzlər.
Mədəni mülkiyyəti qorumaq istiqamətində Konvensiya aşağıdakı lan nəzərdə tutur:
göstərilən mədəni mülkiyyətdən, onlan qoruyub saxlamaq üçün nəzərdə tutulmuş binalardan və bitişik sahələrdən bu mülkiyyətin dağıdılmasına və ya zədələnməsinə gətirib çıxara bilən məqsədlərlə istifadə olunması qadağandır;
mədəni mülkiyyətin hər hansı bir formada qanunsuz mənimsənilməsi, habelə bu mülkiyyətə qarşı istənilən vandalizm aktları qadağandır və bu cür hərəkətlərin qarşısı alınmalıdır;
mədəni mülkiyyətin rekvizisiyası və ona qarşı yönəlmiş istənilən əks tədbirlərin görülməsi qadağandır.
Ən əhəmiyyətli mədəni mülkiyyət xüsusi mühafizəyə götürülür və YUNliSKO-nun I3aş direktoru tərəfindən apanlan Beynəlxalq mədəni mülkiyyət reyestrinə daxil edilir. Reyestrin nüsxəsi BMT-nin Baş katibində və münaqişənin tərəfi olan hər bir dövlətdə saxlanılır. Beynəlxalq reyestrə daxil edilmiş mülkiyyət hərbi immunitet qazanır.
Xüsusi mühafizəyə götürülmüş mədəni mülkiyyətin üzərində fərqləndirmə nişanı olmalıdır.
Dostları ilə paylaş: |