Beynəlxalqhumanitarhüququnimplementasiyasıbeynəlxalqhumanitarhüququnnormalarınatamriayətolunmasınıtəminetməkməqsədilə dövlətlər tərəfindən görülməli olan bütün tədbirləri əhatə edir.Bu tədbirlərdən bəziləri münaqişə zonasından kənarda və dincdövrdəhəyata keçirilməlidir.
Əsas tədbirlər aşağıdakılardır:
Cenevrə Konvensiyalannm və Əlavə Protokolların milli dilə tərcümələrini hazırlamaq;
Konvensiyalann və Protokolların mətnlərini mümkün qədər geniş - həm silahlı qüvvələrdə, həm də əhali arasında - yaymaq;
Konvensiyaların və Protokolların bütün pozuntulan ilə cina^ yət-hüquqi qaydasında mübarizəni təşkil etmək, o cümlədən mü« haribə cinayətlərinə görə adekvat cəza nəzərdə tutan qanunvericilik qəbul etmək;
ç) Konvensiyalarla və Protokollarla qorunan şəxslərin və obyektlərin lazımi qaydada tanınmasını, yerləşdirilməsini və müdafiəsini təmin elmək;
qızıl xaç, qızıl aypara və digər nişan və emblemlərdən sui- istifadənin qarşısını almaq üçün tədbirlər görmək;
silahlı münaqişə zamanı əsas məhkəmə təminatlannm həyata keçirilməsinə imkan yaratmaq;
ə) beynəlxalq humanitar hüquq üzrə ixtisaslaşmış şəxslərin, o cümlədən silahlı qüvvələrin tərkibində hüquq məsləhətçilərinin təyin olunmasını və hazırlıq keçməsini təmin etmək;
milli qızıl xaç və qızıl aypara cəmiyyətlərini və digər könüllü yardım cəmiyyətlərini, mülki müdafiə təşkilatlarını, milli məlumat bürolarını yaratmaq;
hərbi qüvvələri yerləşdirərkən, silahlan və hərbi taktikanı inkişaf etdirərkən beynəlxalq humanitar hüququn tələblərini nəzərə almaq;
ğ) zəruri hallarda hospital zonalarının, neytrallaşdınimış zonaların, təhlükəsizlik zonalannm və hərbsizləşdirilmiş zonalann yaradılmasını təmin etmək.