Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Beynəlxalq cinayət hüququnun mənbələri



Yüklə 0,96 Mb.
səhifə126/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   219
beynelxalq huquq

Beynəlxalq cinayət hüququnun mənbələri

Beynəlxalq cinayət hüququnun əsas mənbəyi beynəlxalq müqavilələrdir. Qeyd etmək lazımdır ki, bu günə qədər müxtəlif səviyyələrdə xeyli sayda layihələr işlənib hazırlansa da, vahid məcəllələşdirilmiş akt - beynəlxalq cinayət məcəlləsi yoxdur. Beynəlxalq cinayət hüququ ilə bu və ya digər şəkildə bağlı olan çoxsaylı müqavilələri bir neçə kateqoriyaya ayırmaq olar:


  1. bilavasitə beynəlxalq cinayət hüququna həsr olunmuş, beynəlxalq cinayətlərin konkret tərkiblərini müəyyən edən müqavilələr (məsələn. Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il Konvensiyası; Aparteid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1973-cü il Konvensiyası; Beynəlxalq səviyyədə müdafiə olunan şəxslər, o cümlədən diplomatik agentlər əleyhinə cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında 1973-cü il Konvensiyası; Girov götürülməsi ilə mübarizə haqqında 1979-cu il Beynəlxalq Konvensiyası; Nüvə materialının fiziki müdafiəsi haqqında 1980-ci il Konvensiyası; İşgəncə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə 1984-cü il Konvensiyası; Hava gəmilərinin qanunsuz ələ keçirilməsi ilə mübarizə haqqında 1970-ci il Haaqa Konvensiyası; Mülki aviasiyanın təhlükəsizliyi əleyhinə yönəlmiş qanunsuz aktlarla mübarizə haqqında 1971-ci il Monreal Konvensiyası və bu Konvensiyaya müəyyən əlavələr etmiş Beynəlxalq mülki aviasiyaya xidmət edən aeroportlarda qanunsuz zorakılıq aktları ilə mübarizə haqqında 1988-ci il Protokolu; Dəniz gəmiçiliyinin təhlükəsizliyi əleyhinə yönəlmiş qanunsuz aktlarla mübarizə haqqında 1988-ci il Konvensiyası və həmin Konvensiyaya əlavələr etmiş Kontinental şelf üzərində yerləşən stasionar platformaların təhlükəsizliyi əleyhinə yönəlmiş qanunsuz aktlarla mübarizə haqqında 1988-ci il Protokolu; Narkotik vasitələr haqqında 1961-ci il Vahid Konvensiyası; Psixotrop maddələr haqqında 1971-ci il Konvensiyası; Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında 1988-ci il


BMT Konvensiyası; Birləşmiş Millətlər Təşkilatı heyətinin təhlükəsizliyi haqqında 1994-cü il Konvensiyası və b.);

  1. tərkibində beynəlxalq cinayət hüququna aid olan müddəalar olan müqavilələr (məsələn, Ümumdiinya Poçt Konvensiyası; Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyaları; Dəniz hüququ haqqında 1958-ci il Konvensiyası; Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyası və b.)l

  2. beynəlxalq tribunalların və beynəlxalq təşkilatlann nizamnamələri

{Nürnberq, Tokio. Yuqoslaviya və Ruanda tribunallarının Nizamnamələri; Beynəlxalq Cinayət Məhkəməsinin Statutu; Beynəlxalq cinayət polisi təşkilatının (İnterpolun) Nizamnaməsi)',


ç) cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq və ya hüquqi yardım haqqında ikitərəfli müqavilələr.

Beynəlxalq cinayət hüququ sahəsində beynəlxalq adət normalarının mühüm rolu vardır. Bir çox cinayətlərin (soyqırım, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və b.) «beynəlxalq cinayət» statusu və bütün dövlətlər tərəfindən cəzalandırılmalı olması məhz hüquqi adət kimi tanınmışdır. Nürnberq beynəlxalq hərbi tribunalı, Yuqoslaviya tribunalı öz hökmlərində dəfələrlə beynəlxalq adətlərə bilavasitə istinad etmişlər.



Köməkçi hüquq mənbələri kimi beynəlxalq cinayət hüququnda milli qanunvericilik aktlarından, məhkəmə qərarlarından (həm milli məhkəmələrin, həm də beynəlxalq məhkəmə orqanlarının çıxardıqları hökmlərdən), beynəlxalq təşkilatların qətnamələrindən geniş istifadə olunur.


    1. Yüklə 0,96 Mb.

      Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin