Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə129/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   219
beynelxalq huquq

ç) müharibə cinayətləri



«Müharibə cinayətləri» termini ümumi anlayış olub, silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının (və ya müharibə adət və qanunlarının) pozuntularını bildirir. Bəzən belə hesab edirlər ki, müharibə cinayətlərinə yalnız Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyalarında təsbit olunmuş əməllər aiddir (Cenevrə Konvensiyalannda bu əməllər «ağır pozuntular» («grave breaches») adlandınimışdır.). Əlbəttə ki, bu, yanlış fikirdir, belə ki, həmin əməllər müharibə cinayətlərinin yalnız bir hissəsini, doğrudur, ən ağır əməlləri'əhatə edir. Beynəlxalq hüquqda və beynəlxalq məhkəmə təcrübəsində də vahid termindən istifadə olunmur. Məsələn, Nümberq Tribunalı Nizamnaməsinin 6-cı maddəsində «müharibə qanun və ya adətlərinin pozuntuları» ifadəsi işlədilmişdir. Bu pozuntulara aşağıdakılar daxil edilmişdi: «işğal olunmuş ərazinin mülki əhalisinin öldürülməsi, əzab verilməsi, köləlik və ya digər məqsədlər üçün apaniması; hərbi əsirlərin və ya dənizdə olan şəxslərin öldürülməsi və ya onlara əzab verilməsi; girovlann öldürülməsi; ictimai və ya xüsusi mülkiyyətin qarət edilməsi; şəhər və kəndlərin mənasız dağıdılması; hərbi zərurətdən doğmayan talançılıq və digər cinayətlər».

Yuqoslaviya Tribunalının Nizamnaməsində müharibə cinayətləri ilə bağlı iki müxtəlif maddə ehtiva olunmuşdur (2-ci və 3-cü

maddələr). 2-ci maddədə 1949-cu il Cenevrə Konvensiyalarının ağır pozuntulan, 3-cü maddədə isə «Müharibə qanun və adətlərinin pozuntulan» adı altında konkret əməllər sadalanmışdır. Ruanda Beynəlxalq cinayət tribunalının Nizamnaməsində, Ruandada baş vermiş silahlı münaqişənin qeyri-beynəlxalq xarakterindən irəli gələrək, yalnız Cenevrə Konvensiyalan üçün ümumi olan 3-cü maddənin və həmin Konvensiyalara 1977-ci il II Əlavə Protokolun pozuntulan öz əksini tapmışdır (4-cü maddə). Nəhayət, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda, sadəcə olaraq, «müharidə cinayətləri» ifadəsi işlədilmişdir. Qeyd edək ki, müharibə cinayətlərinə pozitiv beynəlxalq hüquq tərəfindən aid edilən bütün cinayət əməllərini bu sənəd daha dolğun və dəqiq əks etdirir.

Beləliklə, müharibə cinayətlərinə aşağıdakı əməllər aiddir:



  1. beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: a) qəsdən adamöldür- mə; b) işgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji eksperimentlər; c) ağır əzab-əziyyətin və ya ciddi xəsarətin törədilməsi; ç) hərbi zərurətlə bəraət qazandırılmayan və qanunsuz və böyük miqyasda törədilən dağıntılar və əmlakın ələ keçirilməsi; d) hərbi əsirin və ya mülki şəxsin düşmən dövlətin silahlı qüvvələrində qulluq etməyə məcbur edilməsi; e) hərbi əsirin və ya mülki şəxsin qərəzsiz və ədalətli məhkəmə araşdırmasına olan hüququndan qəsdən məhrum edilməsi; ə) girov götürülməsi;

  2. beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş və ölümlə nəticələnən, yaxud səhhətə ciddi zərər yetirən aşağıdakı əməllərdən hər hansı biri: a) mülki əhalinin və ya ayn- ayn mülki şəxslərin hücum obyekti edilməsi; b) şəxsin kombatant olmadığını və ya artıq sıradan çıxdığını («hors de combat») bilərək, onun hücum obyekti edilməsi; c) qızıl xaç, qızıl aypara və ya digər tanınmış fərqləndirmə emblemlərindən sui-istifadə edilməsi;

  3. beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: a) işğal edən dövlət tərəfindən öz əhalisinin bir hissəsinin işğal etdiyi əraziyə köçürülməsi; b) hərbi əsirlərin və ya mülki şəxslərin geri qaytarılmasının (repatriasiyasının) əsas olmadan yubandıniması;

  4. beynəlxalq humanitar hüququn pozulması ilə şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən insan ləyaqətini alçaldan rəftar, zorlama və məcburi fahişəlik;

  5. müharibə qanun və adətlərinin pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: a) zəhərli silahlann və ya lüzumsuz əzab-əzi)^ət törətmək üçün nəzərdə tutulmuş digər silahlann tətbiq edilməsi; b) şəhər, qəsəbə və ya kəndlərin mənasız dağıdılması və yaxud hərbi zərurətlə əsaslandınimayan soyğunçuluq;

c) müdafiə olunmayan şəhərlərin, kəndlərin, binalann və ya yaşayış evlərinin və yaxud hərbsizləşdirilmiş zonalann istənilən vasitələrlə bombardman edilməsi; ç) dini, təhsil, incəsənət və elm idarələrinin, tarixi abidələrin, incəsənət və elm əsərlərinin qəsb edilməsi, dağıdılması və ya onlara qəsdən ziyan vurulması; d) ictimai və ya xüsusi əmlakm talan edilməsi;

  1. beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı tətbiq olunan beynəlxalq humanitar hüququn pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: a) adamların həyatına, səhhətinə və fiziki və ya psixi durumuna qarşı zorakı hərəkətlər, 0 cümlədən qəsdən adamöldürmə və habelə işgəncə, şikəstetmə kimi qəddar rəftar və yaxud bədən cəzasının istənilən forması; b) kollektiv cəzalandırma; c) girov götürülməsi; ç) terror aktları; d) şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən ləyaqəti alçaldan rəftar, zorlama və məcburi fahişəlik; e) hərbi soyğunçuluq; ə) məhkəmə tərəfindən bundan qabaq elan olunmuş qərar olmadan hökm çıxarılması və hökmün yerinə yetirilməsi; f) silahlı münaqişə zamanı, ətraf təbii mühitə genişmiqyaslı, uzunmüddətli və ağır ziyan vurulması niyyəti ilə hərbi zərurətlə əsaslandırılmayan müharibə üsul və vasitələrinin tətbiq edilməsi.

Yuxarıda sadalanmış pozuntulardan hər biri özü-özlüyündə konkret cinayət əməlidir və beynəlxalq cinayət məsuliyyəti doğurur.

    1. Yüklə 0,96 Mb.

      Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin