Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə132/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   219
beynelxalq huquq

Ruanda tribunalı 1994-cü il noyabrın 8-də Təhlükəsizlik Şurasının 955 nömrəli qətnaməsi əsasında təsis olunmuşdur. Bu tribunal Ruandada və ona qonşu ölkələrdə qısa müddət ərzində törədilmiş vəhşiliklərə cavab tədbiri kimi yaradılmışdır: 1994-cü ildə üç ay ərzində, əsasən, tutsi etnik qrupundan olan 500000 adam kütləvi qırğına məruz qalmışdır. Buna görə də Ruanda tribunalının yurisdiksiyasına birinci növbədə soyqırım cinayəti daxil edilmişdir. Ruanda tribunalının Nizamnaməsi Yuqoslaviya tribunalının Nizamnaməsini əsasən təkrarlayır.

Ruanda tribunalında ilk proses yalnız 1997-ci ilin yanvarında başlamışdır. O vaxtdan bu günə kimi Tribunal 50-dən çox şəxsin, o cümlədən keçmiş Baş nazirin, 1994-cü il müvəqqəti hökumətinin 11 nazirinin. Milli Məclisin keçmiş sədrinin cəlb olunduğu işlərə baxmışdır. 30-dan artıq şəxs barəsində hökm çıxarılmışdır. Tribunal qarşısında dayanmış şəxslər sırasında soyqınma görə beynəlxalq səviyyədə təqib olunan ilk qadın da olmuşdur (Ruandanın ovaxtkı qadın və ailə məsələləri naziri). Bundan əlavə. Tribunal

beynolxalq cinayət ədalət mühakiməsi tarixində ilk dəfə olaraq, hökumət başçısı {Jan Kambandä) barəsində hökm çıxarmışdır.

Ruanda tribunalının prescdent hüququ özündə soyqmmm hüquqi təbiəti və tərkib ünsürləri ilə bağlı əhəmiyyətli material ehtiva edir.

Tribunalın olduğu yer Aruşa şəhəridir (Tanzaniya).

«Qarışıq» və ya «bcynəlmiləlləşdirilmiş» məhkəmələr. Yuqoslaviya və Ruanda tribunallannm təsis edilməsi beynəlxalq cinayət mühakiməsi mexanizminin genişlənməsinə təkan verdi. Ərazilərində qanlı vətəndaş müharibələri baş vermiş və bu zaman ağır beynəlxalq cinayətlər törədilmiş bir sıra ölkələr analoji tribunallar yaratmaq xahişi ilə BMT-yə müraciət etdilər. Lakin aşağıdakı səbəblər nəzərə alınmaqla «qarışıq» və ya

«bcynəlmiləlləşdirilmiş» məhkəmə modeli irəli sürüldü: a) ad hoc beynəlxalq tribunallann yaradılması üçün əsas götürülmüş BM'!' Nirzamnaməsinin VII fəslini hər dəfə tətbiq etməyin siyasi mülahizələr ucbatından çətin olması; b) ad hoc tribunallar tərəfindən həyata keçirilən məhkəmə proseslərinin həddindən artıq uzun çəkməsi və çoxlu maddi vəsait tələb etməsi; c) Beynəlxalq Cinayət Məhkəməsinin subsidiar təbiətə malik olması; ç) Beynəlxalq Cinayət Məhkəməsinin geriyə yu- risdiksiyasının olmaması və onun məhdud sayda beynəlxalq cinayətlər (təcavüz, soyqınm, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri) üzrə işlərə baxa bilməsi.

Bu günə kimi aşağıdakı ərazilərdə «qanşıq» və ya «beynəlmi- ləlləşdirilmiş» tribunallar, yəni tərkibində beynəlxalq hakimlər və (və ya) prokurorlar olan məhkəmə orqanlan yaradılmışdır: Kam- bocada



{Kamboca məhkəmələrində Fövqəladə palatalar^ Syerre- Leonedə

{Syerre-Leone üzrə Xüsusi Məhkəmə), Şərqi Timorda {Şərqi Timorda Xüsusi məhkəmə kollegiyaları), Kosovoda {Kosovoda beynəlxalq hakimlərin qarışıq tərkibi), Bosniya və Herseqovinada {Hərbi cinayətlər üzrə Bosniya Palatası), Livanda {Livan üzrə Xüsusi Tribunal).

«Qanşıq» məhkəmələr (tribunallar) aşağıdakı səciyyəvi cəhətlərə malikdir: a) onlann qanşıq (beynəlxalq və milli) tərkibi; b) BMT ilə əlaqənin olması; c) bir qayda olaraq, qanşıq predmet yurisdiksi- yasının olması (yəni yurisdiksiyaya həm beynəlxalq cinayətlərin,

həm də milli qanunvericilikdə nəzərdə tutulmuş bir sıra ağır cinayətlərin aid edilməsi); ç) zamana görə məhdud yurisdiksiyanın olması; d) dəqiq müəyyən olunmuş mandatın yerinə yetirilməsi ilə fəaliyyətə xitam verilməsi (Hərbi cinayətlər üzrə Bosniya Palatası istisna olmaqla).

Beynəlxalq Cinayət Məhkəməsi. BMT Beynəlxalq hüquq komissiyası tərəfindən işlənib hazırlanmış müvafiq Nizamnamə layihəsi 1994-cü ildə BMT Baş Məclisinin xüsusi Hazırlıq komitəsi tərəfindən bəyənilmiş və 1998-ci ilin iyulunda Romada keçirilmiş diplomatik konfransda böyük səs çoxluğu ilə qəbul olunmuşdur. Nizamnaməyə görə. Beynəlxalq Cinayət Məhkəməsi fakültativ yurisdiksiyaya malik olacaq, milli məhkəmələrin cinayət yurisdiksiyasmı tamamlayacaq daimi beynəlxalq təsisat kimi nəzərdə tutulmuşdur.

Beynəlxalq cinayət məhkəməsinin yurisdiksiyası dövlətlərə deyil, yalnız fiziki şəxslərə şamil edilir.

Aşağıdakı cinayətlər Məhkəmənin yurisdiksiyasma aid edilmişdir: 1) soyqınm; 2) təcavüz; 3) beynəlxalq humanitar hüququn ciddi pozuntuları və



  1. insanlıq əleyhinə cinayətlər.

Nizanmaməyə görə. Beynəlxalq Cinayət Məhkəməsinin yuris- diksiyası Nizamnamənin qüvvəyə mindiyi andan sonra baş vermiş cinayətlərə şamil olunur.

Məhkəmə öz yurisdiksiyasmı o halda həyata keçirə bilər ki, ərazisində cinayət baş vermiş dövlət və yaxud müttəhimin vətəndaşı olduğu dövlət ya Nizamnamənin iştirakçısıdır, ya da xüsusi bəyanat vasitəsilə Məhkəmənin yurisdiksiyasmı qəbul edir. Məhkəmənin yurisdiksiyasının həyata keçirilməsi üçün təşəbbüskar iştirakçı dövlət, Təhlükəsizlik Şurası və ya Prokuror ola bilər. Diqqətəlayiq haldır ki, Prokuror özü istintaqı başlaya bilər. O, hətta müvafiq dövlətin razılığı olmadan onun ərazisində bir sıra məhdud xarakterli istintaq həyata keçirmək səlahiyyətinə malikdir.

Yuxanda qeyd edildiyi kimi. Məhkəmə 2003-cü ildə fəaliyyətə başlamışdır. Hazırda onun icraatında altı situasiya (Uqandada, Konqo Demokratik Respublikasında, Mərkəzi Afrika Respublikasında, Sudanda, Keniyada və Liviyada törədilmiş cinayətlərlə bağlı) vardır.



    1. Yüklə 0,96 Mb.

      Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin