Beynəlxalq investisiya hüququ - beynəlxalq iqtisadi hüququn müstəqil yarımsahəsi olub, kapital qoyuluşu ilə bağlı dövlətlər arasındakı münasibətləri nizama salır.
Beynəlxalq investisiya hüququnun əsas prinsipi budur: hər bir dövlət öz ərazisində xarici investisiyalan öz milli maraqlarına uyğun olaraq nizama salmaq və nəzarətdə saxlamaq hüququna malikdir.
Beynəlxalq investisiya münasibətləri, əsas etibarilə, ikitərəfli müqavilələrlə nizama salınır. Bu müqavilələrdə əcnəbi investorlar üçün hüquqi rejim (adətən, milli rejim) müəyyən olunur, kapital qoyulan dövlət tərəfindən verilən təminatlar sadalanır, bu dövlətlə əcnəbi investor arasındakı mübahisələrin həlli qaydası təsbit olunur.
Sözü gedən sahədə İnvestisiya təminatları üzrə Çoxtərəfli Agentlik
mühüm rol oynayır. Agentliyin əsas məqsədi istehsal məqsədləri üçün xarici investisiyaları həvəsləndirməkdən ibarətdir. O, xarici investisiyaları qeyri-kommersiya xarakterli risklərdən (məsələn, ölkədən valyuta çıxarılmasının qadağan edilməsi, milliləşdirmə, müharibə, dövlətdaxili iğtişaşlar) sığorta edir və bu məqsədlə investorlarla müvafiq kontrakt bağlayır.
Dostları ilə paylaş: |