Beynəlxalq iqtisadi hüququn subyektləri
Beynəlxalq ümumi hüququn bir sahəsi olan beynəlxalq iqtisadi hüququn əsas subyekti kimi, təbii ki, dövlət çıxış edir. Dövlətlər xarici iqtisadi mülki-hüquqi, kommersiya fəaliyyətində bilavasitə iştirak edə bilərlər.
Beynəlxalq təşkilatlar (xüsusilə iqtisadi xarakterli) öz təsis aktlarına uyğun olaraq beynəlxalq iqtisadi münasibətlərdə iştirak edirlər. Bu sırada dövlətlərin aşağıdakı ticaro^-iqtisadi birliklərini də göstənnək olar:
azad ticarət zonaları (iştirakçı ölkələr arasında bütün və ya ayrı-ayrı malların ticarəti sahəsində gömrük və digər məhdudiyyətlər ləğv olunur);
gömrük ittifaqları (iştirakçı dövlətlərin milli gömrük tarifləri ləğv olunur və bütün ittifaq üçün ümumi tarif tətbiq edilir);
iqtisadi ittifaqlar (ümumi əmtəə, xidmət, kapital və işçi qüvvəsi bazarı yaradılır).
Transmilli korporasiyalar da müəyyən hallarda beynəlxalq iqtisadi hüququn subyekti kimi çıxış edə bilər. Bu barədə yuxanda, «Bcynəlxalq hüququn subyektləri)) fəslində söhbət getmişdir.
Dostları ilə paylaş: |