Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Beynəlxalq iqtisadi hüququn mənbələri



Yüklə 0,96 Mb.
səhifə137/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   ...   219
beynelxalq huquq

Beynəlxalq iqtisadi hüququn mənbələri

Beynəlxalq iqtisadi hüququn əsas mənbəyi beynəlxalq müqavilələr və beynəlxalq adətlərdir.



Beynəlxalq müqavilələr içərisində çoxtərəfli müqavilələr mühüm rol oynayır. Onlara misal olaraq 1947-ci ildə qəbul olunmuş Tariflər ticarət üzrə Baş Sazişi (QATT), QATT-ın əvəzində Ümumdünya Ticarət Təşkilatının yaranmasını nəzərdə tutan 1994-cü il Mərakeş sazişlərini, xammallar üzrə çoxtərəfli sazişləri, beynəlxalq ticarət hüququnun unifikasiyası üzrə, nəqliyyat və rabitə üzrə və s. konven- siyalan göstərmək olar.

İqtisadi əməkdaşlıq daha çox ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Bunlara aşağıdakılar aiddir: a) çərçivə xarakterli siyasi müqavilələr (məsələn, dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələr); b) ticarət müqavilələri (bu müqavilələrdə, adətən, dövlətlər və onların fiziki və hüquqi şəxsləri arasındakı münasibətlərdə müəyyən növ ticarət-iqtisadi rejim müəyyən edilir); c) ticarət-iqtisadi əməkdaşlıq haqqında uzunmüddətli sazişlər (bu sazişlər müvafiq dövlətlər arasında əməkdaşlığın konkret sahə və formalarını müəyyən edir); ç) istehsal sahəsində əməkdaşlığa dair sazişlər, d) texniki yardım göstərilməsi haqqında sazişlər; e) iqtisadi əməkdaşlığın maliyyə-kredit təminatı haqqında sazişlər (məsələn, əmtəə dövriyyəsi və ödənişlər haqqında sazişlər; klirinq sazişləri, kredit sazişləri və s.).

Beynəlxalq iqtisadi hüququn aşağıda nəzərdən keçirəcəyimiz başlıca müddəaları beynəlxalq hüquqi adət şəklində mövcuddur. Bu adət normaları dövlətlərin iqtisadi inkişafının qanunauyğunluqlarına və tələblərinə cavab verir və iqtisadi əəmkdaşlığm əsasını təşkil edir.

Beynəlxalq iqtisadi hüquqda köməkçi hüquq mənbələri kimi beynəlxalq təşkilatların qətnamələrinin əhəmiyyəti böyükdür. BMT-nin orqanlan (Baş Məclis, BKOSOK, YUNKTAD və b.), ixtisaslaşmış təsisatlar (YUNİDO, ÜƏMİ və b.) iqtisadi əməkdaşlıq məsələlərinə dair tövsiyələr qəbul edirlər. Bu qətnamələr sırasında BMT Baş Məclisinin qəbul etdiyi bir sıra müstəsna əhəmiyyətə malik

sənodlori - Dövlətlərin iqtisadi hüquq və vəzifələri Xartiyasım, Yeni beynəlxalq iqtisadi qayda haqqında Bəyannaməni (1974), «Beynəlxalq iqtisadi təhlükəsizlik haqqında» qətnaməni (1985) xüsusilə qeyd etmək lazımdır. Bəzi regional iqtisadi təşkilatların, məsələn, Avropa İttifaqının qərarları məcburi xarakter daşıyır.



    1. Yüklə 0,96 Mb.

      Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin