Beynəlxalq humanitar hüququ təşkil edən bütün normativ massivi ən yığcam formada belə ifadə etmək olar:
Sıradan çıxmış şəxslər, habelə hərbi əməliyyatlarda bilavasitə iştirak etməyən şəxslər, xüsusilə mülki əhali, onlann həyatma və fiziki toxunulmazlığına hörmət edilməsi hüququna malikdirlər. Bütün hallarda onlarla heç bir fərq qoyulmadan, insani rəftar edilməlidir.
Təslim olan və ya hərbi əməliyyatlarda artıq iştirak etməyən düşməni öldürmək və ya ona xəsarət yetirmək qadağandır.
Yaralılar və xəstələr yerdən götürülməli və onlara lazımi yardım göstərilməlidir. Tibbi heyət, tibbi müəssisələr və nəqliyyat
vasitələri də müdafiə altındadır. Qızıl xaç və qızıl aypara nişanına hörmət edilməlidir.
Əsirgötürülmüşdöyüş iştirakçıları (kombatantlar) və düşmən tərəfin əlində olan mülkişəxsləronların həyatına, ləyaqətinə, şəxsi hüquqlarına və əqidələrinə hörmət edilməsi hüququna malikdirlər. Onlar istənilən zorakılıq aktlarından müdafiə olunmalıdırlar. Onlar öz ailələri ilə məktublaşmaq və kömək almaq hüququna malik olmalıdırlar.
Hər kəsin əsas məhkəmə təminatlanna hüququ vardır. Heç kəs törətmədiyi hərəkətlərə görə məsuliyyət daşımır. Heç kəs fiziki və ya psixi işgəncələrə, cismani cəzalara, qəddar və ya alçaldıcı rəftara məruz qalmamalıdır.
Münaqişənin tərəflərinin və onlann silahlı qüvvələrinin döyüş apanimasının metod və vasitələrini seçmək hüququ qeyri-məhdud deyildir. Artıq dağıntılar və ya hədsiz əzab-əziyyət törətməyə qabil olan silahlann və döyüş apaniması metodlannm tətbiqi qadağandır.
Münaqişənin tərəfləri, mülki əhalini və mülki obyektləri qorumaq məqsədilə mülki əhali və kombatantlar arasında həmişə fərq qoymalıdırlar. Nə bütövlükdə mülki əhali, nə də ayn-ayn mülki şəxslər hücuma məruz qalmamalıdır. Hücum yalnız hərbi obyektlərə qarşı yönəlməlidir.