İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa komitəsi İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması haqqında 1987-ci il Avropa Konvensiyasının əsasında yaradılmışdır. Onun üzvlərinin sayı iştirakçı dövlətlərin sayına bəra
bərdir. Komitənin mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, dövlətin razılığı olmadan onun ərazisində yerləşən polis məntəqələrində, penitensiar müəssisələrdə və ya digər azadlıqdan məhrum etmə yerlərində yoxlamalar apara bilər. Komitə iştirakçı dövlətlərin ərazisində vaxtaşırı və ad hoc yoxlamalar həyata keçirir. Yoxlamaların nəticəsi olaraq Komitə məruzələr hazırlayır və dövlətlərə təqdim edir. Məruzələrdə azadlıqdan məhrum edilmiş şəxslərlə rəftarın və onlann saxlanma şəraitinin yaxşılaşdınlma- sına yönəlmiş tövsiyələr öz əksini tapır.
Amerikaarası İnsan Hüquqları Komissiyası və Amerikaarası İnsan Hüquqları Məhkəməsi Amerikaarası İnsan Hüquqlan Komissiyası 1959-cu ildə Amerika Dövlətləri Təşkilatının (ADT) orqanlarından birinin -- Xarici işlər nazirlərinin Məsləhət görüşünün qətnaməsi əsasında yaradılmışdır. Lakin 1967-ci ildə ADT-nin Nizamnaməsinə edilmiş dəyişikliklə o. Təşkilatın müstəqil orqanına çevrildi. Komissiyaya insan hüquqlarının müdafiəsinə dəstək vermək və bu məsələlərdə Təşkilatın məsləhətçi orqanı kimi çıxış etmək funksiyası həvalə olundu. 1969-cu ildə qəbul edilmiş Amerika İnsan Hüquqlan Konvensiyasında Komissiyanın səlahiyyətləri genişləndirildi: insan hüquqlan sahəsində tədqiqatlar aparmaq; insan hüquqlanna aid tədbirlər barədə dövlətlərdən zəruri məlumat xahiş etmək; dövlətlərin razılığı və ya dəvəti ilə yerlərdə təhqiqatlar aparmaq və nəhayət, fərdi və dövlətlərarası şikayətlərə baxmaq. Komissiya ADT-nin Baş Məclisi tərəfindən dörd il müddətinə seçilən 7 üzvdən ibarətdir. Fərdi şikayətlər üzrə Komissiya məruzə hazırlayır və zəruri hesab etdikdə, işi Amerikaarası Məhkəməyə təqdim edir. O, fərdin hüququnu pozmuş dövlətin üzərinə hər hansı vəzifə (əvvəlki vəziyyətin bərpa edilməsi, kompensasiya edilməsi və s.) qoymaq səlahiyyətinə malik deyildir.
Amerikaarası İnsan Hüquqlan Məhkəməsi, Komissiyadan fərqli olaraq, bilavasitə Amerika İnsan Hüquqlan Konvensiyasmın əsasında yaradılmışdır. Onun iki əsas fiınksiyası vardır: şikayətlərə baxmaq və Konvensiyanın müddəalarının təfsiri və tətbiqi ilə bağlı məsləhət xarakterli rəylər vermək. Məhkəmə altı il müddətinə seçilən yeddi hakimdən ibarətdir. Avropa Məhkəməsindən fərqli olaraq, fərdlərə Amerikaarası Məhkəməyə birbaşa müraciət etmək
hüququ verilməmişdir (yəni onlar Məhkəmə qarşısında locus standi- yə malik deyillər). Məhkəməyə yalnız Komissiya və Konvensiyanın iştirakçı dövlətləri müraciət edə bilər. Konvensiyanın 63-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, Məhkəmə insan hüququnun pozulduğunu aşkar etdikdə, müvafiq dövlətdən tələb edə bilər ki, pozuntunun bütün nəticələrini aradan qaldırsın və zərərçəkmiş tərəfə ədalətli kompensasiya təmin etsin. Məhkəmənin çıxardığı qərar qətidir və müvafiq dövlət tərəfindən icra olunmalıdır.
İnsan və xalqların hüquqları üzrə Afrika komissiyası İnsan və xalqların hüquqlan haqqında 1981-ci il Afrika Xartiyasının əsasında yaradılmışdır. O öz fəaliyyətinə 1987-ci ildən başlamışdır. Komissiya 11 üzvdən ibarətdir. Onun başlıca funksiyası Afrika qitəsində insan hüquqlannın müdafiəsinə dəstək verməkdir. Bununla yanaşı, Komissiyaya insan hüquqlannın pozulmasını iddia edən şikayətlərə baxmaq səlahiyyəti verilmişdir. Komissiya fərdlərdən və təşkilatlardan, habelə digər iştirakçı dövlətlərdən şikayətlər qəbul edə bilər. Fərdi şikayət proseduru, Amerikaarası İnsan Hüquqlan Komissiyasında olduğu kimi, burada da məcburidir. Yenə də Amerikaarası sistemdə olduğu kimi, burada da ərizəçi təşkilat və ya fərd işdə öz marağını göstərməyə də bilər və ona görə də üçüncü şəxslərin adından da Komissiyaya şikayət təqdim edə bilər. Komissiya, əsas etibarilə, insan hüquqlannın pozulması faktlannı bəyan etməklə kifayətlənir. Lakin bir sıra hallarda o, dövlət qarşısında qanunsuz həbsdə saxlanılan şəxslərin buraxdırılması, Afrika Xartiyasına zidd olan qanunların ləğv olunması və s. bu kimi məsələlər qoymuşdur. Komissiyanın çıxardığı qərarlar hüquqi baxımdan məcburi deyildir.
1998-ci il iyunun 9-da Afrika birliyi təşkilatının dövlət və hökumət başçılannm Assambleyasında İnsan və xalqlann hüquqları üzrə Afrika məhkəməsinin yaradılması haqqında Afrika Xartiyasına Protokol qəbul edilmişdir. 15 dövlət tərəfindən ratifikasiya olunduqdan sonra Protokol 2004-cü il yanvarın 25-də qüvvəyə minmişdir. Lakin Afrika İttifaqı bu məhkəmə orqanının yaradılmasını məqsədəuyğun saymamış və qərara gəlmişdir ki, İnsan və xalqlann hüquqlan üzrə Afrika məhkəməsinin və Nizamnaməsi 2003-cü ilin iyununda qəbul olunmuş. Afrika İttifaqının əsas məh
kəmə orqanı kimi fəaliyyət göstərməsi nəzərdə tutulan Afrika Məhkəməsinin əsasında bir məhkəmə orqanı təsis edilsin. Hazırda Afrika İttifaqının Nazirlər Şurası müvafiq layihəni nəzərdən keçirir.
İnsan hüquqlarının müdafiəsi sahəsində qeyri-müqavilə mexanizmlərinə aşağıdakılar aiddir: BMT sistemində köməkçi təsisatlar; İnsan hüquqlan üzrə BMT Ali Komissan; «1503 proseduru»; tematik mexanizmlər və b.
Bu mexanizmlər içərisində ən əhəmiyyətlisi BMT-nin İnsan Hüquqlan Şurasıdır.
İnsan Hüquqları Şurası BMT sistemində Baş Məclisin köməkçi orqanı statusuna malikdir. O, BMT Baş Məclisinin 2006-cı il 15 mart tarixli qətnaməsi əsasında keçmiş İnsan Hüquqları Komissiyasının əvəzində yaradılmışdır. Şuranın əsas funksiyası bütün dövlətlərin insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirmələrini vaxtaşırı yoxlamaqdan ibarətdir. Şura əvəz etdiyi İnsan Hüquqları Komissiyasının ayrı-ayrı ölkələrdə insan hüquqlan pozuntularını müəyyənləşdirmək və ya insan hüquqlan ilə bağlı qlobal məsələləri öyrənmək məqsədi güdən bütün prosedurlardan istifadə etməkdə davam edir.
İnsan Hüquqları Şurası 47 üzv-dövlətdən ibarətdir. Şuraya üzv olmaq üçün dövlət «insan hüquqlarının təşviqi və müdafiəsində ən yüksək standartlara əməl etməlidin).
Siyasi orqan olan İnsan Hüquqları Şurasının işinə yardım göstərmək, onun sorğusu əsasında tədqiqatlar aparmaq və rəylər hazırlamaq məqsədi ilə 18 müstəqil ekspertdən ibarət Məsləhətçi komitə yaradılmışdır. Bu orqan İnsan hüquqlannm təşviqi və müdafiəsi üzrə Altkomissiyam əvəz etmişdir. Komitənin üzvləri üç il müddətinə seçilir və onlar bir dəfə təkrar seçilə bilərlər.
1993-cü ildə BMT Baş Məclisinin 1993-cü il 20 dekabr tarixli 48/141 nömrəli qətnaməsi ilə İnsan hüquqlan üzrə BMT-nin Ali Komissarı institutu təsis edilmişdir. Ali Komissar BMT-nin Baş Katibi tərəfindən 4 il müddətinə təyin olunur. İnsan hüquqlan sahəsində BMT-nin fəaliyyətinə görə başlıca məsuliyyət onun üzərinə qoyulmuşdur. Ali Komissar insan hüquqlan sahəsində təbliğat və təhsil proqramlannı əlaqələndirir, dövlətlərə konsultativ xid
mətlər təklif edir, onlara müvafiq problemlərin həlli ilə bağlı maliyyə yardımı göstərir və s.
«1503 prosedurm öz adını EKOSOK-un 1970-ci il 27 may tarixli 1503 nömrəli qətnaməsindən götürmüşdür. Bu, kifayət qədər geniş istifadə olunan fərdi şikayət prosedurudur. Göstərilən qətnaməyə əsasən, BMT-nin İnsan Hüquqları Şurasına səlahiyyət verilir ki, insan hüquqlarının sistematik və kütləvi pozuntuları haqqında şəxslərdən, şəxslər qrupundan və qeyri-hökumət təşkilatlanndan şikayətlər (daha doğrusu, məlumatlar - communieations) alsın və lazım gəldikdə, onları Şuranın sessiyalarında müzakirəyə çıxarsın. Bu məlumatlar heç də pozuntunun qurbanı tərəfindən deyil, istənilən fərd və ya təşkilat tərəfindən təqdim oluna bilər (Amerika- arası və Afiika komissiyalannda olduğu kimi). İnsan Hüquqları Şurasının illik sessiyalarının gündəliyinə, adətən, konkret ölkələrdə olan situasiya (yalnız sistematik və kütləvi pozuntularla bağlı) ayrıca bənd kimi daxil edilir.
Tematik mexanizmlər dedikdə, konkret insan hüquqlannın praktik problemlərini və ya ayrı-ayrı ölkələrdə insan hüquqlarının vəziyyətini öyrənmək məqsədi ilə BMT İnsan Hüquqları Şurası tərəfindən təyin olunan xüsusi məruzəçilər və yaxud işçi qrupları başa düşülür. Xüsusi məruzəçilər və işçi qruplan öz vəzifələrini yerinə yetirərkən, adətən, müxtəlif mənbələrdən məlumat alırlar. Dövlətin razılığı ilə onlar yerlərdə təhqiqat apara bilərlər. Öz tədqiqat və ya təhqiqatlannm nəticələrini müvafiq tövsiyələrlə birgə məruzə şəklində onlar İnsan Hüquqları Şurasına təqdim edirlər.
Dostları ilə paylaş: |