Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə111/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   219
beynelxalq huquq

İşgəncə əleyhinə komitə İşgəncə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə 1984-cü il Konvensiyasının əsasında (17-ci maddə) təsis olunmuşdur. Konvensiyanın iştirakçı dövlətləri tərəfindən 2 il müddətinə seçilən 10 ekspertdən ibarətdir. Dövlətlərin vaxtaşırı məruzələrini qəbul etmək və insan hüquqlarının pozulması hallan ilə bağlı fərdi və dövlətlərarası şikayətlərə baxmaqla yanaşı, İşgəncə əleyhinə komitəyə daha bir səlahiyyət verilmişdir; belə ki, dövlətin ərazisində sistematik işgəncə tətbiq olunduğu barədə əsaslı məlumat aldıqda, o öz üzvlərindən birini və ya bir neçəsini konfıdensial təhqiqat aparmaq üçün (dövlətin razılığı olduqda, habelə onun ərazisində) təyin edə bilər və bu təhqiqatın nəticələrinə uyğun olaraq, dövlətə müvafiq tövsiyələr verə bilər.

2002-ci il dekabnn 18-də İşgəncə əleyhinə Konvensiyaya Fakültativ Protokol qəbul olunmuşdur. Hazırda 61 dövlətin iştirakçısı olduğu Protokol 2006-cı il iyunun 22-də qüvvəyə minmişdir. Protokol əsasında yeni bir orqan - İşgəncənin qarşısının alınması üzrə Altkomitə yaradılmışdır. Altkomitə Avropa Şurası çərçivəsində fəaliyyət göstərən İşgəncənin va qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa komitəsinin universal səviyyədə analoqu kimi nəzərdə tutulmuşdur. O, Protokolun iştirakçı dövlətlərinə mütəmadi əsasda səfərlər edir və orada azadlıqdan məhrum edilmiş şəxslərin saxlandığı yerləri müayinə edir. Hazırda 25 ekspertdən ibarət olan Komitə 2007-ci ilin fevralında öz fəaliyyətinə başlamışdır.



irqi ayrı-seçkiliyin ləğvi üzrə komitə İrqi ayn-seçkiliyin bütün formalannm ləğv edilməsi haqqında 1965-ci il Beynəlxalq Konvensiyasının əsasında yaradılmışdır. O, iştirakçı dövlətlər tərəfindən seçilən 18 ekspertdən ibarətdir. Komitənin səlahiyyətləri İnsan hüquqları komitəsinin səlahiyyətləri ilə üst-üstə düşür. Mühüm fərq ondan ibarətdir ki, 1965-ci il Konvensiyasında nəzərdə tutulmuş dövlətlərarası şikayət proseduru məcburi xarakter daşıyır. Bu o deməkdir ki. Komitənin müvafiq səlahiyyətini tanımaq barədə heç bir ilkin bəyanat vermədən istənilən iştirakçı dövlət, öz ərazisində irqi ayn-seçkiliyə yol verən başqa bir iştirakçı dövlətə qarşı Komitəyə ərizə ilə müraciət edə bilər.

Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə komitə Qadınlara qarşı ayn-seçkiliyin bütün formalannm ləğv edilməsi haqqında 1979-cu il Konvensiyasına (17-ci maddə) müvafiq olaraq təsis olunmuşdur. Konvensiyanın iştirakçı dövlətləri tərəfindən 4 il müddətinə seçilən 23 ekspertdən ibarətdir. Komitə qadınlara qarşı ayrı-seçkiliyin bütün məsələlərini nəzərdən keçirir, müxtəlif təşkilatlardan və ya ayrı-ayrı fərdlərdən daxil olan müraciətlərə baxır və burada göstrilən problemlərin həllində dövlətlərlə əməkdaşlıq edir. Bundan əlavə, 1999-cu il oktyabrın 6-da qəbul olunmuş Fakültativ Protokolla Komitəyə Konvensiyada təsbit olunmuş hüquqların pozulması ilə bağlı fərdi şikayətlərə baxmaq səlahiyyəti verilmişdir. Azərbaycan Respublikası bu Protokolun iştirakçısıdır.

Uşaq hüquqları komitəsi Uşaq hüquqlan haqqında 1989-cu il Konvensiyasının 43-cü maddəsi əsasında yaradılmışdır. Konvensiyanın iştirakçı dövlətləri tərəfindən 4 il müddətinə seçilən 10 ekspertdən ibarətdir. Başlıca səlahiyyəti Konvensiyada iştirak edən dövlətlərin vaxtaşırı məruzələrinə baxmaqdan ibarətdir. Komitə habelə müxtəlif ölkələrdə uşaqlann vəziyyəti barədə məlumat toplayır və təhlil edir, müvafiq tövsiyələr işləyib hazırlayır.

İqtisadi, sosial və mədəni hüquqlar üzrə komitə İqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın iştirakçı dövlətlərinin təqdimatı ilə EKOSOK tərəfindən seçilən 18 ekspertdən ibarətdir. Komitə dövlətlərdən Paktın həyata keçirilməsi barədə vaxtaşın məruzələr alır, habelə Paktın ayrı-ayn müddəaları ilə bağlı mühüm əhəmiyyət kəsb edən Ümumi Şərhlər (General Comments) verir.

Başlıca monitorinq mexanizmi kimi məruzo etmə habelə Bütün miqrant işçilərin və onların ailə üzvlərinin hüquqlannın müdafiəsi haqqında 1990-cı il Beynəlxalq Konvensiyasında nəzərdə tutulmuşdur. Konvensiya 2003-cü ilin iyulun 1-də qüvvəyə minmişdir. Konvensiyanın əsasında Bütün miqrant işçilərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitə yaradılmışdır. Komitə hazırda Konvensiyanın iştirakçı dövlətləri tərəfindən dörd il müddətinə seçilən, şəxsi keyfiyyətdə çıxış edən 14 ekspertdən ibarətdir. Konvensiyaya görə, iştirakçı dövlətlər Konvensiyanın iştirakçısı olduqlan andan sonra bir il ərzində, sonralar isə hər beş ildən bir məruzələr təqdim etməlidirlər. Komitə tərəfindən baxılana qədər məruzələr müvafiq qeydlər alınması üçün Beynəlxalq Əmək Təşkilatına təqdim olunmalıdır. Komitə habelə BMT-nin ixtisaslaşdınimış təsisatlannı, hökumətlərarası təşkilatları və digər maraqlı tərəfləri (qeyri-hökumət təşkilatları da daxil olmaqla) ona yazılı məlumat verməyə dəvət edə bilər. Komitənin BMT Baş Məclisinə onun «mülahizə və tövsiyələrini» əks etdirən illik məruzələr təqdim edir.

Bütün miqrant işçilərin və onlann ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında Konvensiyada nəzərdə tutulmuş fərdi şikayət proseduru Konvensiyanın 77-ci maddəsinə əsasən 10 dövlət tərəfindən tanındıqdan sonra (hazırda cəmi iki dövlət bu proseduru tanımışdır) Komitə iştirakçı dövlətlərin vaxtaşırı məruzələrinə baxmaqla yanaşı, habelə fərdi və dövlətlərarası şikayətlər qəbul etmək səlahiyyətini həyata keçirəcəkdir.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin