İnsan hüquqları sahəsində dövlətlərin beynəlxalq öhdəliklərinin təsnifatı
Yuxarıda qeyd etdik ki, beynəlxalq səviyyəyə çıxmaqla, insan hüquqlan dövlətlərin beynəlxalq öhdəlikləri şəklində təsbit olunur. Yəni
«hər kəsin... hüququ vardır» konstruksiyasında əks tərəf istənilən halda müvafiq öhdəlik daşıyan dövlətdir. Beynəlxalq- hüquqi təhlil üçün
«medalm bu ikinci tərəfı» daha böyük maraq kəsb edir. Başqa sözlə, həm konkret insan hüququna, həm də bütövlükdə insan hüquqlarının müdafiəsi ideyasına dövlətlərin beynəlxalq öhdəlikləri prizmasından baxmaq daha məqsədəuyğun sayıla bilər. Biz aşağıda görəcəyik ki, dövlətlərin insan hüquqları sahəsindəki beynəlxalq öhdəlikləri ilə fərdin hüquq və azadlıqları onlann hüquqi məzmunu baxımından heç də üst-üstə düşmür.
İnsan hüquqlan sahəsində dövlətlər öz üzərlərinə müxtəlif xarakterli beynəlxalq öhdəliklər götürürlər. Hər şeydən əvvəl, onlann iki qrupunu fərqləndirmək lazımdır: 1) maddi öhdəliklər və 2) imple- mentasiya öhdəlikləri. İkinci qrup öhdəliklər - beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş mexanizmlərin fəaliyyəti ilə bağlı dövlətlərin həyata keçirməli olduqlan vəzifələrdir: bejməlxalq orqana (məsələn. Vətəndaş və siyasi hüquqlar haqqında Paktın 40-cı mad-
165
dosi əsasında İnsan hüquqlan komitəsinə) müntəzəm məruzələr təqdim edilməsi; beynəlxalq orqanın (məsələn, Avropa İnsan Hüquqlan Məhkəməsinin) fərdi şikayət üzrə çıxardığı qərann icra edilməsi və s.
Maddi öhdəliklər, əlbəttə ki, əsas kütləni təşkil edir və çox zaman dövlətlərin insan hüquqları sahəsindəki beynəlxalq öhdəlikləri dedikdə, məhz onlar nəzərdə tutulur. Bu öhdəliklər həm bütövlükdə insan hüquqlarını, həm də ayn-ayn hüquq və azadlıqlan əhatə edir. Müxtəlif meyarlar tətbiq etməklə, göstərilən öhdəlikləri aşağıdakı növlərə ayırmaq olar:
Dostları ilə paylaş: |