Daxili dəniz suları
Daxili dəniz suları dedikdəy sahil xətti ilə, ərazi dənizinin enini hesablamaq üçün götürülən başlanğıc xətlər arasında yerləşən su məkanı başa düşülür.
Daxili dəniz suları dövlətin tam suverenliyi altında olur və onun ərazisinin
bir hissəsini təşkil edir. Dəniz hüququ üzrə 1982-ci
il Konvensiyasına göro, daxili dəniz sulanna habelə aşağıdakılar aiddir: a) liman suları (ən qabağa çıxan daimi liman qurğularını birləşdirən xəttə qədər); b) eyni dövlətin quru ərazisi ilə tam əhatə olunmuş dəniz, habelə bütün sahili bir dövlətə məxsus olan dəniz;
c) sahilləri eyni dövlətə məxsus olan və eni 24 dəniz milindən artıq olmayan buxtalar, liman və körfəzlər; ç) tarixi körfəzlər (məsələn, Rusiyada Böyük Pyotr körfəzi, Kanadada Hudzon körfəzi, Norveçdə Varangerford körfəzi və s.).
^Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» 1991-ci il 9 dekabr tarixli Qanuna əsasən, Azərbaycan Respublikasının daxili dəniz sulanna aşağıdakılar aiddir: 1) Azərbaycan Respublikası limanlannm hidrotexniki və başqa qurğulannm dənizə doğru ən uzaq nöqtələrindən keçən xətlə məhdudlaşmış liman sulan; 2) sahilləri tamamilə Azərbaycan Respublikasına məxsus olan körfəzlərin, buxtalann suları (maddə 6).
Daxili dəniz sulannm hüquqi rejimi, əsas etibarilə, müvafiq dövlət tərəfindən daxili qanunvericilik vasitəsilə müəyyən olunur. Bu sularda dövlətin icazəsi olmadan hər hansı təsərrüfat fəaliyyəti ilə məşğul olmaq və tədqiqatlar aparmaq əcnəbilərə qadağandır.
«Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» Qanunun 16-cı maddəsində deyilir ki, Azərbaycan Respublikasının ərazi və daxili sulannda xarici qeyri-hərbi və hərbi gəmilərin ovçuluq, tədqiqat və axtarış fəaliyyəti qadağan edilir; bu fəaliyyətin Azərbaycan Respublikasının səlahiyyətli orqanlannın icazəsi ilə, yaxud Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri əsasında həyata keçirildiyi hallar istisna təşkil edir.
Əcnəbi gəmiləri daxili dəniz sularına müvafiq icazədən sonra daxil ola bilər. Dövlətin açıq elan etdiyi limanlanna əcnəbi qeyri- hərbi gəmiləri sərbəst surətdə girə bilər. Hərbi gəmilər isə yalnız sahilyanı dövlətin qabaqcadan icazəsi və ya dəvəti ilə girə bilər. Lakin fövqəladə hallarda (bədbəxt hadisə, qəza, kortəbii hadisə, təcili tibbi yardım göstərmək zərurəti və s.) gəmilərin icazəsiz girməsinə yol verilir.
Limana girmiş bütün gəmilər sərhəd, sanitar və gömrük yoxla- nışını keçməlidir. Daxili sularda və limanlarda olan əcnəbi qeyri- hərbi gəmiləri sahilyanı dövlətin yurisdiksiyası altına düşür. Sahil-
yanı dövlətin səlahiyyətli orqanlan bu gəmilərdə baş vermiş cinayət işlərinin istintaqını apara bilər və həmin işlərə məhkəmədə baxa bilərlər, bu şərtlə ki: a) baş vermiş cinayət ağır xarakterli olur, sahilyanı dövlətin və onun vətəndaşlarının mənafeyinə toxunur; b) sahilyanı dövlətdə ictimai asayişi və ictimai qaydanı pozur və onun təhlükəsizliyinə ziyan vurur; c) gəminin ekipajına daxil olmayan şəxslərin maraqlanna toxunur.
Mülki-hüquqi yurisdiksiya öz ifadəsini onda tapır ki, sahilyanı dövlətin məhkəmə orqanları əcnəbi gəmilərinə qarşı, o cümlədən daxili suların çirklənməsi ilə bağlı irəli sürülmüş iddialara baxa bilər və qərar çıxara bilər. Mülki iddianı təmin etmək üçün gəminin üzərinə həbs qoyula bilər. Gəminin kapitanı və ekipajın üzvləri məsuliyyətə cəlb edilə bilərlər.
Limanda yerləşən əcnəbi hərbi gəmiləri sahilyanı dövlətin yu- risdiksiyasma tabe olmur. Onlara qarşı heç bir məcburiyyət tədbiri görülə bilməz. Bununla belə, bu gəmilər sahilyanı dövlətin qanun və qaydalarına riayət etməyə borcludur. Dövlətin qanun və qaydalarını pozduğuna görə əcnəbi hərbi gəmisinə qarşı daxili sulan tərk etmək tələbi irəli sürülə bilər.
Dostları ilə paylaş: |