Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Beynəlxalq dəniz dibi rayonu



Yüklə 0,96 Mb.
səhifə150/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   146   147   148   149   150   151   152   153   ...   219
beynelxalq huquq

Beynəlxalq dəniz dibi rayonu



Beynəlxalq dəniz dibi rayonu («Rayon») dedikdə, dəniz və okeanların dövlətlərin yurisdiksiyasından kənarda yerləşən dibi və onun təki başa düşülür,

1982-ci il Konvensiyasında Rayon və burada yerləşən ehtiyatlar



bəşəriyyətin ümumi irsi elan olunmuşdur. Bu o deməkdir ki:

    1. heç bir dövlət Rayonun hər hansı bir hissəsi və onun ehtiyatları üzərində suverenliyə və ya suveren hüquqların həyata keçirilməsinə iddia edə bilməz; b) heç bir dövlət, fiziki və ya hüquqi şəxs

onların hər hansı hissosini monimsəyə bilmoz; c) Rayonun ehtiyatları üzərində hüquqlar bütün bəşəriyyətə məxsusdur: bəşəriyyətin adından 1982-ci il Konvensiyasının bütün iştirakçı dövlətlərinin üzv olduğu Dəniz dibi üzrə Beynəlxalq Orqan («Orqan») çıxış edir; ç) Rayonda fəaliyyət bütün bəşəriyyətin rifahı naminə həyata keçirilir; d) Rayon ayrı-seçkilik olmadan bütün dövlətlərin müstəsna olaraq dinc məqsədlərlə istifadəsi üçün açıqdır.

Rayonda bütün fəaliyyət Orqan tərəfindən, dünya iqtisadiyyatının və beynəlxalq ticarətin sağlam inkişafına dəstək vermək məqsədilə təşkil edilir, həyata keçirilir və nəzarət olunur. Orqan Rayondakı fəaliyyətdən əldə olunmuş maliyyə və digər iqtisadi mənfəətin ədalətli bölünməsini təmin edir; bu zaman, hələ tam müstəqilliyə və ya digər özünüidarə statusuna çatmamış inkişaf etməkdə olan dövlət və xalqlann maraq və ehtiyacları xüsusilə nəzərə alınmalıdır.

Rayonun bilavasitə istismarı və burada hasil olunmuş faydalı qazıntıların nəql edilməsi, emalı və realizəsi məqsədilə Dəniz dibi üzrə Beynəlxalq orqan Müəssisə yaradır. Müəssisə öz lunksiya- larını yerinə yetirmək üçün tələb olunan bütün vasitə və texnologiya ilə təmin olunur.

Dövlətlər, fiziki və hüquqi şəxslər Rayonda Orqanla bağlanmış kontrakt əsasında fəaliyyət göstərirlər.

1982-ci il Konvensiyasına görə. Orqan aşağıdakı struktura malikdir: Orqanın bütün üzvlərindən ibarət olan Assambleya, Orqanın 36 üzvündən ibarət olan Şura və Katiblik. Şura Orqanın fəaliyyət dairəsində olan istənilən məsələ üzrə konkret siyasəti müəyyən etmək və həyata keçirmək səlahiyyətinə malikdir. Onun üzvlərindən yarısı ədalətli coğrafi nümayəndəlik prinsipi əsasında, digər yarısı isə başqa əsaslar üzrə: xüsusi maraqları olan inkişaf etməkdə olan ölkələrdən; idxalçı ölkələrdən; quruda analoji resurslar hasil edən ölkələrdən və s. seçilir.

İnkişaf etmiş ölkələrin maraqlarına cavab vermədiyinə görə 1982-ci il Konvensiyasının Rayona həsr olunmuş XI hissəsinə 1994-cü ildə qəbul olunmuş və Konvensiya ilə bir vaxtda qüvvəyə minmiş aynca müqavilə ilə -



«Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyasının XI hissəsinin həyata keçirilməsi haqqında Saziş» ilə bir sıra mühüm dəyişikliklər edilmişdir. Saziş müəyyən edir ki,

Rayondakı resursların hasil olunması həm də kommersiya prinsipləri əsasında həyata keçiriləcəkdir. Bundan əlavə, göstərilən sahədə inhisarlaşdırmaya yol verilməməsi ilə bağlı Konvensiyanın məlum müddəalan artıq tətbiq olunmur.





    1. Yüklə 0,96 Mb.

      Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin