Araşdırma (təhqiqat)
Araşdımıa komissiyalarından dövlətlər arasındakı mübahisənin faktik əsasını müəyyən elmək üçün istifadə olunur. Bu zaman mübahisənin tərəfi olan dövlətlər məsələni qərəzsiz quruma vermək haqqında razılığa gəlirlər; bu qurumun vəzifəsi zəruri faktların obyektiv müəyyən edilməsindən ibarət olur. Bundan sonra isə tərəflər bu faktların əsasında mübahisəni nizamlamaq barədə danışıqlara başlayırlar. Qeyd etmək lazımdır ki, mübahisənin tərəfləri araşdırma komissiyalarının ortaya çıxardığı notieələrlə bağlı deyillər. Möveud beynəlxalq hüquq sistemində faktların müəyyən edilməsi üzrə məcburi mexanizmlərin olmadığı bir şəraitdə araşdırma komissiyalarının rolu çox böyükdür.
Dostları ilə paylaş: |