Barışdırma
Barışdırma beynəlxalq mübahisələrinin həllinin elə bir vasitəsidir ki, bu zaman mübahisə üçüncü tərəfə - vəzifəsi mübahisənin nizamlanması üçün təkliflər vennək və məruzə təqdim etməkdən ibarət olan komissiya və ya komitəyə verilir. Barışdırma komissiyaları araşdımıa komissiyalarından onunla fərqlənir ki, ikincilərin vəzifəsinə konkret təkliflər vcmıək daxil deyildir. Bu mənada barışdırma arbitraja yaxındır. Lakin onların arasında çox mühüm bir fərq mövcuddur. Bir qayda olaraq, barışdımıa komissiyalarının məmzələri tərəflər üçün hüquqi cəhətdən məcburi deyildir. Barış-
302
dırma komissiyasının məruzəsi və təklif eldiyi nizamlama variantı gələcək danışıqlar üçün əsas rolunu oynaya bilər. Barışdırma bu baxımdan araşdmna ilə arbitraj arasında orta mövqe tutur.
Barışdırma komissiyaları Mübahisələrin dinc yolla nizamlanması haqqında 1899-cu və 1907-ci il Haaqa Kovensiyalan ilə vo Mübahisələrin dinc yolla nizamlanması haqqında 1928-ci il Ümumi aktı ilə müəyyən edilmişdir. Misal kimi, dəniz sularının dclimitasi- yası üzrə Yan Meyen Barışdınna Komissiyasını (İslandiya/Norveç) göstərmək olar. Dəniz hüququ üzrə 1982-ci il BM'f Konvensiyasında müvafiq mübahisələrin nizamlanması proseduru kimi barışdırma komissiyalan nəzərdə tutulmuşdur.
Dostları ilə paylaş: |