Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə203/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   199   200   201   202   203   204   205   206   ...   219
beynelxalq huquq

Funksiyaları səlahiyyətləri
Maddo 24

  1. Birləşmiş Millətlərin cəld və səmərəli hərəkətlərini təmin etmək üçün onun Üzvləri beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına görə başlıca məsuliyyəti Təhlükəsizlik Şurasının üzərinə qoyurlar və razılaşırlar ki, bu məsuliyyətdən irəli gələn vəzifələrini yerinə yetirərkən Təhlükəsizlik Şurası onlann adından çıxış edir.

  2. Öz vəzifələrini icra edərkən Təhlükəsizlik Şurası Birləşmiş Millətlərin məqsəd və prinsiplərinə uyğun olaraq hərəkət edir. Bu vəzifələri icra etmək üçün Təhlükəsizlik Şurasına verilmiş konkret səlahiyyətlər VI, VII, VIII və XII fəsillərdə öz əksini tapmışdır.

  3. Təhlükəsizlik Şurası Baş Məclis tərəfindən baxılmaq üçün ona illik və lazım olduqda, xüsusi məruzələr təqdim edir.

Maddo 25
Birləşmiş Millotlorin Üzvləri razılaşırlar ki, bu Nizamnaməyə uyğun olaraq Təhlükəsizlik Şurasının qərarlanna tabe olsunlar və onlan yerinə yetirsinlər.
Maddə 26

Dünyanın insan və iqtisadi resurslarını silah işi üçün on az miqdarda ayırmaqla, beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına və qorunub saxlanmasına dəstək vermək məqsədilə Təhlükəsizlik Şurası, 47-ei maddədə nəzərdə tutulmuş Hərbi Qərargah Komitəsinin köməyi ilə Birləşmiş Millətlərin Üzvlərinə təqdim olunmaq üçün silahlann nizama salınması sisteminin yaradılması üzrə planların tərtib edilməsinə görə məsuliyyət daşıyır.



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin