Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə204/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   200   201   202   203   204   205   206   207   ...   219
beynelxalq huquq

Səsvermə

Maddə 27


    1. Təhlükəsizlik Şurasının hər bir üzvü bir səsə malikdir.

    2. Təhlükəsizlik Şurasının prosedur məsələlər üzrə qərarlan doqquz üzvün lehinə səs verməsi ilə qəbul olunur.

    3. Təhlükəsizlik Şurasının bütün digər məsələlər üzrə qərarları, daimi üzvlərin uyğun gələn səsləri də daxil olmaqla, doqquz üzvün lehinə səs verməsi ilə qəbul olunur; nəzərə alınmalıdır ki, VI fəslin əsasında və 52-ei maddənin 3-cü bəndinin əsasında qərarlar qəbul olunan zaman mübahisənin tərəfi olan dövlət səsvermədə iştirak etməməlidir.


Prosedur

Maddə 28




  1. Təhlükəsizlik Şurası elə təşkil olunur ki, fasiləsiz fəaliyyət göstərə bilsin. Təhlükəsizlik Şurasının hər bir üzvü bu məqsədlə Təşkilatın olduğu yerdə hər an təmsil olunmalıdır.

  2. Təhlükəsizlik Şurası mütəmadi iclaslar keçirir və bu iclaslarda onun üzvlərindən hər biri öz arzusu ilə hökumətin üzvü və ya hər hansı digər xüsusi təyin olunmuş nümayəndə vasitəsilə təmsil oluna bilər.

324

3. Təhlükosizlik Şurası öz iclaslarını nəinki Təşkilatın olduğu yerdə, habelə onun fikrincə, işinə daha yaxşı kömək edən istənilən yerdə keçirə bilər.


Maddə 29

Təhlükəsizlik Şurası öz funksiyalarını yerinə yetirmək üçün zənıri hesab etdiyi köməkçi orqanlar yarada bilər.


Maddə 30

Təhlükəsizlik Şurası, öz Sədrini seçmək qaydası da daxil olmaqla, özünün prosedur qaydalarını müəyyən edir.


Maddə 31

Təhlükəsizlik Şurasının üzvü olmayan hor hansı Təşkilat Üzvü Təhlükəsizlik Şurasına təqdim olunmuş istənilən məsələnin müzakirəsində səsvermə hüququ olmadan iştirak cdo bilər; belə bir iştirak Təhlükəsizlik Şurasının, həmin Üzv dövlətin maraqlarına xüsusilə toxunulduğunu hesab etdiyi istənilən halda mümkündür.


Maddə 32

Təhlükəsizlik Şurasının üzvü olmayan hor hansı Təşkilat Üzvü və ya Təşkilatın Üzvü olmayan hər hansı dövlət. Təhlükəsizlik Şurasında baxılan mübahisənin tərəfi olduqda, bu mübahisəyə aid olan müzakirədə, səsvermə hüququ olmadan, iştirak etmək üçün dəvət olunur. Təhlükəsizlik Şurası, Təşkilatın Üzvü olmayan dövlətin iştirakı üçün ədalətli hesab etdiyi şərtlər müəyyən edir.




    1. FƏSİL

MÜBAHİSƏLƏRİN DİNC YOLLA HƏLL OLUNMASI

Maddə 33





  1. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına təhlükə yarada biləcək hor hansı bir mübahisədə iştirak edən tərəflər, həmin mübahisəni, hər şeydən əvvəl, danışıqlar, müayinə, vasitəçilik, ba

rışdırma, arbitraj, məhkəmo vasitosilo, regional orqanlara və ya sazişlərə müraciət etməklə, yaxud öz seçimi ilə digər dinc vasitələrlə həll etməyə çalışmalıdırlar.

  1. Təhlükəsizlik Şurası, bunu zəruri hesab etdikdə, tərəflərdən mübahisəni bu vasitələrlə həll etməyi tələb edir.



Maddə 34

Təhlükəsizlik Şurası beynəlxalq ixtilafa gətirib çıxara bilən və ya beynəlxalq mübahisəyə səbəb ola bilən istənilən mübahisəni və ya situasiyanı, həmin mübahisənin və ya situasiyanın davam etməsinin beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına təhlükə yarada biləcəyini müəyyən etmək məqəsədilə təhqiq edə bilər.

Maddə 35

  1. Birləşmiş Millətlərin istənilən Üzvü 34-cü maddədə göstərilmiş xarakterə malik olan hər hansı mübahisəni və hər hansı situasiyam Təhlükəsizlik Şurasının və ya Baş Məclisin diqqətinə çatdıra bilər.

  2. Birləşmiş Millətlərin Üzvü olmayan dövlət, tərəfi olduğu hər hansı bir mübahisəni - əgər o, qabaqcadan həmin mübahisəyə münasibətdə bu Nizamnamədə nəzərdə tutulmuş dinc həll etmək vəzifələrini öz üzərinə götürürsə - Təhlükəsizlik Şurasının və ya Baş Məclisin diqqətinə çatdıra bilər.

  3. Baş Məclisdə bu maddənin əsasında onun diqqətinə çatdınimış məsələlərə baxılması 11-ci və 12-ci maddələrin göstərişləri nəzərə alınmaqla həyata keçirilir.



Maddə 36




  1. Təhlükəsizlik Şurası, 33-cü maddədə göstərilmiş xarakterə malik olan mübahisənin və ya oxşar xarakterli situasiyanın istənilən mərhələsində müvafiq nizamlama prosedurları və ya metodları tövsiyə edə bilər.

  2. Təhlükəsizlik Şurası mübahisənin həlli üçün tərəflərin artıq qəbul etmiş olduqları hər hansı proseduru nəzərə almalıdır.

  3. Bu maddənin əsasında tövsiyələr edərkən Təhlükəsizlik Şurası habelə nəzərə almalıdır ki, tərəflər hüquqi mübahisələri, ümumi qayda olaraq, Beynəlxalq Məhkəmənin Statutunun müddəalarına uyğun olaraq bu Məhkəməyə verməlidirlər.

Maddə 37


  1. Əgər tərəflər 33-cü maddədə göstərilmiş xarakterə malik olan mübahisəni həmin maddədə sadalanmış vasitələrlə həll edə bilmirlərsə, onda onu Təhlükəsizlik Şurasına verirlər.

  2. Əgər Təhlükəsizlik Şurası bu mübahisənin davam etməsinin həqiqətən beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına təhlükə yarada biləcəyini hesab edirsə, o, ya 36-cı maddənin əsasında hərəkət etməsi, ya da uyğun hesab etdiyi mübahisənin həlli şərtlərini tövsiyə etməsi barədə qərar qəbul edir.

Maddə 38

33-37-ci maddələrin göstərişlərinə xələl gətirmədən, Təhlükəsizlik Şurası, əgər hər hansı mübahisənin bütün tərəfləri bunu xahiş edirsə, həmin mübahisənin dinc həlli məqsədilə tərəflərə tövsiyələr edə bilər.


    1. FƏSİL

SÜLHƏ TƏHLÜKƏ, SÜLHÜN POZULMASI VƏ TƏCAVÜZ AKTLARI İLƏ BAĞLI TƏDBİRLƏR
Maddə 39

Təhlükəsizlik Şurası hər bir halda sülhə təhlükənin, sülhün pozulmasının və ya təcavüz aktının olmasını müəyyən edir və tövsiyələr edir və ya be)məlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün 41-ci və 42-ci maddələrə uyğun olaraq hansı tədbirlərin görülməsi haqqmda qərar qəbul edir.


Maddə 40
Situasiyanın pisləşməsinin qarşısını almaq məqsədilə, Təhlükəsizlik Şurası, tövsiyələr etməzdən və ya 39-cu maddədə nəzərdə tutulmuş tədbirlər haqqında qərar qəbul etməzdən qabaq, maraqlı tərəflərdən tələb edə bilər ki, onun zəruri və ya ar/uolunan hesab etdiyi müvəqqəti tədbirləri yerinə yetirsinlər. Bu cür müvəqqəti tədbirlər maraqlı tərəflərin hüquqlanna, iddialarına və mövqelərinə xələl gətirməməlidir. Təhlükəsizlik Şurası bu müvəqqəti tədbirlərin yerinə yetirilməməsini lazımi qaydada nəzərə alır.

Maddo 41
Təhlükosizlik Şurası öz qorarlarının hoyata keçirilməsi məqsədilə silahlı qüvvələrin istifadəsi ilə bağlı olmayan hansı tədbirlərin tətbiq olunması barədə qərar qəbul edə bilər və Birləşmiş Millətlərin Üzvlərindən bu tədbirlərin tətbiq olunmasını tələb edə bilər. Həmin tədbirlər iqtisadi münasibətlərin və dəmiryol, dəniz, hava, poçt, teleqraf, radio və digər rabitə vasitələrinin tamamilə və ya qismən dayandınimasını və diplomatik münasibətlərin kəsilməsini özünə daxil edə bilər.



Maddo 42

Əgər Təhlükəsizlik Şurası hesab etsə ki, 41-ci maddədə nəzərdə tutulmuş tədbirlər kifayət olmaya bilər və ya artıq kifayət olmamışdır, o, hava, dəniz və ya quru qüvvələrinin vasitəsilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması və ya bərpası üçün zəruri ola bilən tədbirlər görə bilər. Həmin tədbirlər Birləşmiş Millətlərin Üzvlərinin hava, dəniz və ya quru qüvvələrinin nümayişlərini, blokadasını və digər əmoliyyatlarını özünə daxil edə bilər.



Maddo 43

  1. Birloşmiş Millotlərin bütün Üzvləri, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına töhfə vermək məqsədilə öz üzərlərinə vəzifə götürürlər ki. Təhlükəsizlik Şurasının tələbi ilə və xüsusi sazişə və ya sazişlərə uyğun olaraq, onun sərəncamına, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması məqsədləri üçün zəruri olan silahlı qüvvələr, yardım və ərazidən keçmək hüququ da daxil olmaqla, müvafiq xidmət vasitələri versinlər.

  2. Bu cür saziş və ya sazişlər qoşunların sayını və növünü, onların hazırlıq vəziyyətini və ümumi mövqeyini, təmin edilməli olan xidmət vasitələrinin və yardımın xarakterini müəyyən edir.

  3. Həmin saziş və ya sazişlərin bağlanması haqqında danışıqlar mümkün qədər ən tez bir müddətə Təhlükəsizlik Şurasının təşəbbüsü ilə hoyata keçirilir. Onlar Təhlükəsizlik Şurası və Təşkilatın Üzvləri arasında, yaxud Təhlükosizlik Şurası və Təşkilat Üzvlərinin qruplan arasında bağlanır və onlan imzalamış dövlətlər tərəfindən, həmin dövlətlərin müvafiq konstitusiya prosedurlarına uyğun olaraq ratifikasiya edilməlidir.

Maddə 44
Təhlükəsizlik Şurası güc tətbiq etmək qərarına gəldikdə. Şurada təmsil olunmamış Təşkilat Üzvündən, 43-cü maddəyə əsasən onun öz üzərinə götürdüyü vəzifələrin yerinə yetirilməsi ilə bağlı silahlı qüvvələr verməyi tələb etməzdən qabaq, həmin Təşkilat Üzvünü, əgər o bunu arzu edirsə, onun silahlı qüvvələrinin kontingentinin istifadəsinə dair Təhlükəsizlik Şurasının qərarlarında iştirak etməyə dəvət edir.
Maddə 45

Birləşmiş Millətlərə təcili hərbi tədbirlər görmək imkanını yaratmaq məqsədilə, Təşkilatın Üzvləri birgə beynəlxalq məcburiyyət tədbirləri üçün öz milli hərbi-hava qüvvələrinin kontingentlərini dərhal hazırlıq vəziyyətində saxlamalıdırlar. Bu kontingentlərin hərbi gücü və hazırlıq dərəcəsi və onların birgə hərəkət planları Təhlükəsizlik Şurası tərəfindən, Hərbi Qərargah Komitəsinin köməyi ilə, 43-cü maddədə göstərilmiş xüsusi saziş və ya sazişlərdə nəzərdə tutulan hədlər çərçivəsində müəyyən olunur.


Maddə 46

Silahlı qüvvələrin tətbiqi planları Təhlükəsizlik Şurası tərəfindən.

Hərbi Qərargah Komitəsinin köməyi ilə tərtib edilir.
Maddə 47



  1. Təhlükəsizlik Şurasına, onun beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün hərbi tələbatına, sərəncammda olan qüvvələrin istifadəsinə və onlara komandanlıq edilməsinə, silahların nizama salınmasına və mümkün tərksilaha aid olan bütün məsələlər üzrə məsləhətlər vermək və kömək etmək məqsədilə Hərbi Qərargah Komitəsi yaradılır.

  2. Hərbi Qərargah Komitəsi Təhlükəsizlik Şurasının daimi üzvlərinin Qərargah rəislərindən və ya onların nümayəndələrindən ibarətdir. Komitədə daimi təmsil olunmayan Birləşmiş Millətlərin istənilən Üzvü, əgər Komitənin öz vəzifələrini səmərəli icra etməsi həmin Üzv dövlətin Komitənin işində iştirakmı tələb edirsə. Komitə tərəfindən əməkdaşlığa dəvət olunur.

göro mosuliyyot daşıyır. Bu qüvvolorə komandanlıq etməklo bağlı olan mosololər sonralar işlonib hazırlanmalıdır.

4. Hərbi Qərargah Komitəsi Təhlükəsizlik Şurasının icazəsi ilə və müvafiq regional orqanlarla məsləhətləşmədən sonra regional altkomi- tələr yarada bilər.


Maddə 48

  1. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması məqsədilə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların həyata keçirilməsi üçün tələb olunan tədbirlər, Təhlükəsizlik Şurasının özünün müəyyən etməsindən asılı olaraq. Birləşmiş Millətlərin bütün Üzvləri və ya onların bəziləri tərəfindən görülə bilər.

  2. Bu qərarlar Birləşmiş Millətlərin Üzvləri tərəfindən bilavasitə, eləcə də üzvü olduqları müvafiq beynəlxalq təşkilatlardakı fəaliyyətləri vasitəsilə həyata keçirilir.

Maddə 49

Birləşmiş Millətlərin Üzvləri Təhlükəsizlik Şurası tərəfindən qərara alınmış tədbirlərin həyata keçirilməsində bir-birlərinə qarşılıqlı kömək göstərmək üçün birləşməlidirlər.
Maddə 50

Əgər Təhlükəsizlik Şurası tərəfindən hər hansı dövlətə qarşı preventiv və ya məcburiyyət tədbirləri görülürsə, bu tədbirlərin həyata keçirilməsi nəticəsində ortaya çıxan xüsusi iqtisadi problemlərlə üzləşmiş istənilən başqa bir dövlət. Birləşmiş Millətlərin Üzvü olub-olmamasından asılı olmayaraq, həmin problemlərin həlli ilə əlaqədar məsləhət üçün Təhlükəsizlik Şurasına müraciət edə bilər.


Maddə 51

Bu Nizamnamənin heç bir müddəası, əgər Birləşmiş Millətlərin Üzvünə qarşı silahlı basqın baş verərsə. Təhlükəsizlik Şurası tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri olan tədbirlər görülənə qədər, aynimaz xarakter daşıyan fərdi və ya kollektiv özünümüdafiə hüququna xələl gətirmir.



    1. FƏSİL

REGİONAL SAZİŞLƏR
Maddo 52

  1. Bu Nb^mnamənin heç bir müddəası, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması ilə bağlı olan və regional tədbirlər üçün münasib olan məsələlərlə məşğul olmaq moqsədilə regional sazişlərin və ya orqanların mövcud olmasını istisna etmir, o şərtlə ki, bu cür saziş və ya orqanlar və onlann fəaliyyəti Birləşmiş Millətlərin Məqsəd və Prinsiplərinə uyğundur.

  2. Birləşmiş Millətlərin bu cür sazişlər bağlamış və ya bu cür orqanlar təsis elmiş Üzvləri bütün səylərini sərf etməlidirlər ki, həmin sazişlərin və ya orqanların vasitəsilə yerli mübahisələrin, onlann Təhlükəsizlik Şurasına verilməsindən qabaq, dinc yolla həllinə nail olsunlar.

  3. Təhlükəsizlik Şurası bu cür sazişlərin və ya bu cür orqanlann vasitəsilə, ya maraqlı dövlətlərin təşəbbüsü, ya da Şuranın öz təşəbbüsü əsasında, yerli mübahisələrin dinc yolla həllinin inkişafinı həvəsləndirməlidir.

  4. Bu maddə 34 və 35-ci maddələrin tətbiqinə heç cür xələl gətirmir.




  1. Təhlükəsizlik Şurası, münasib olan yerdə, bu cür regional saziş və orqanlardan öz rəhbərliyi altında məcburiyyət tədbirləri üçün istifadə edir. Lakin Təhlükəsizlik Şurasının vəkaləli olmadan həmin regional sazişlər əsasında və ya regional orqanlar tərəfindən heç bir məcburiyyət tədbiri görülə bilməz; lakin bu maddənin 2-ci bəndindəki kimi başa düşülən düşmən dövlətdən hər hansı birinin əleyhinə 107-ci maddədə və ya hər hansı belə bir dövlət tərəfindən təcavüzkar siyasətin yenidən başlanmasına qarşı yönəlmiş regional sazişlərdə nəzərdə tutulmuş və Təşkilatın üzərinə, maraqlı Hökumətlərin xahişi ilə, belə bir dövlət tərəfindən yeni təcavüzün qarşısını almaq üçün məsuliyyət qoyulan vaxta qədər görülə bilən tədbirlər burada istisna olunur.

  2. Bu maddənin 1-ci bəndində istifadə olunmuş «düşmən dövlət>> termini, bu Nizamnaməni imzalamış dövlətlərdən hər hansı birinə qarşı İkinci Dünya müharibəsi zamanı düşmən olmuş hər bir dövlətə tətbiq edilir.
Maddə 54

Təhlükəsizlik Şurasına hər bir zaman beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün regional sazişlər əsasında və ya re

gional orqanlar torəfmdon görülən vo ya planlaşdırılan tədbirlər barəsində tam məlumat verilməlidir.



    1. FƏSİL


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin