Səsvermə
Maddə 67
İqtisadi və Sosial Şuranın hər bir üzvü bir səsə malikdir.
İqtisadi və Sosial Şuranın qərarları iştirak edən və səs verən üzvlərin səs çoxluğu ilə qəbul olunur.
Prosedur
Maddə 68
İqtisadi və Sosial Şura iqtisadi və sosial sahələrdə və insan hüquq- lanna dəstək vermək üçün komissiyalar və habelə öz funksiyalanmn icrası üçün tələb olunan digər bu cür komissiyalar təsis edir.
Maddə 69
İqtisadi və Sosial Şura Birləşmiş Millətlərin hər hansı Üzvünü, bu Üzv dövlət üçün xüsusi maraq kəsb edən istənilən məsələnin müzakirəsində, səsvermə hüququ olmadan, iştirak etməyə dəvət edir.
Maddə 70
İqtisadi və Sosial Şura ixtisaslaşmış təsisatlann nümayəndələrinin Şurada və onun təsis etdiyi komissiyalarda keçirilən müzakirələrdə səsvermə hüququ olmadan iştirakı üçün və habelə öz nümayəndələrinin ixtisaslaşmış tosisat- lardakı müzakirələrdə iştirakı üçün tədbirlər həyata keçirə bilər.
Maddə 71
İqtisadi və Sosial Şura onun səlahiyyətləri çərçivəsində olan məsələlərlə məşğul olan qeyri-hökumət təşkilatlan ilə məsləhətləşmə aparıl
ması üçün müvafiq tədbirlər həyata keçirə bilər. Bu tədbirlər beynəlxalq təşkilatlarla vo buna lü/um varsa, maraqlı 1 əşkilat Üzvü ilə məsləhətləşmədən sonra milli təşkilatlarla razılaşdırıla bilər.
Maddə 72
İqtisadi vo Sosial Şura öz Sədrini seçmək qaydası da daxil olmaqla, özünün prosedur qaydalarını müəyyən edir.
İqtisadi və Sosial Şura, buna lüzum olduqda, öz qaydalanna uyğun olaraq çağırılır; bu qaydalar Şuranın üzvlərinin əksər hissəsinin tələbi ilə iclasların çağırılması barədə müddəanı özündə əks etdirməlidir.
FƏSİL
ÖZÜ-ÖZÜNÜ İDARƏ ETMƏYƏN ƏRAZİLƏRƏ DAİR BƏYANNAMƏ
Maddə 73
Xalqları hələ tam özünüidarəyə nail olmamış ərazilərin idarə edilməsinə görə məsuliyyət daşıyan və ya belə məsuliyyəti öz üzərinə götürən Birləşmiş Millətlər Təşkilatının Üzvləri belə bir prinsipi tanıyırlar ki, bu ərazilərin əhalisinin mənafeyi ümdə əhəmiyyətə malikdir vo müqəddəs borc kimi belə bir öhdəlik qəbul edirlər ki, bu Nizamnamə ilə müəyyən olunmuş beynəlxalq sülh və təhlükəsizlik sistemi çərçivəsində həmin ərazilərin əhalisinin rifah halına maksimal dərəcədə dəstək versinlər və bu məqsədlə:
həmin xalqların mədəniyyətinə lazımi hömıət göstərməklə, onların siyasi, iqtisadi, sosial tərəqqisini və təhsil sahəsində tərəqqisini, onlarla ədalətli rəftarı və sui-istifadələrdən müdafiəsini təmin etsinlər;
özünüidarəni inkişaf etdirsinlər, həmin xalqların siyasi səylərini lazımi qaydada nəzərə alsınlar və hər bir əraziyə və onun xalqlarına xas olan spesifik hallara və müxtəlif inkişaf səviyyələrinə uyğun olaraq, onlann azad siyasi institutlarının mütərəqqi inkişafında kömək etsinlər;
e) beynəlxalq sülhü və təhlükəsizliyi möhkəmləndirsinlər;
d) konstruktiv inkişaf tədbirlərinə dəstək versinlər, tədqiqatlan həvəsləndirsinlər və bu maddədə göstərilmiş sosial, iqtisadi və elmi məqsədlərə praktik nail olmaq məqsədilə bir-birilə və münasib olan vaxtda vo yerdə, ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlıq etsinlər və
c) XII və XIII fəsillərin şamil olunduğu ərazilərdən başqa, onların müvafiq olaraq məsuliyyət daşıdıqlan bütün ərazilərdə iqtisadi, sosial və təhsil şəraitinə aid olan statistik və digər texniki xarakterli məlumatı, təhlükəsizlik və konstitusiya baxımından zəruri olan məhdudiyyətlər nəzərə alınmaqla, müntəzəm olaraq məlumat üçün Baş Katibə versinlər.
Maddə 74
Birləşmiş Millətlərin Üzvləri habelə razılaşırlar ki, onların bu Nizamnamənin şamil olunduğu ərazilərə aid siyasəti, sosial, iqtisadi və ticarət məsələlərində dünyanın qalan hissəsinin maraqları və əmin-amanlığı lazımi ölçüdə nəzərə alınmaqla, metropoliyalara münasibətdə heç də az olmayaraq mehriban qonşuluq ümumi prinsipinə söykənməlidir.
FƏSİL
Dostları ilə paylaş: |