Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Dövlətin mülki-hüquqi və cinayət yurisdiksiyası



Yüklə 0,96 Mb.
səhifə57/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   219
beynelxalq huquq

Dövlətin mülki-hüquqi və cinayət yurisdiksiyası

Hər bir dövlət müxtəlif prinsiplər əsasında şəxslər üzərində öz mülki-hüquqi və cinayət-hüquqi yurisdiksiyasını həyata keçirir. Bu prinsiplər dövlətin öz qanunvericiliyində müəyyən olunur və beynəlxalq huquqla zidiyyət təşkil etmir. Bunlar aşağıdakılardır:



Ərazi yurisdiksiyası. Yuxanda qeyd edildiyi kimi, dövlot öz ərazisində baş verən bütün məsələlər üzərində yurisdiksiyaya malikdir. Müvafiq şəxslərin dövlətin öz vətəndaşları, əcnəbi vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər olmasının məsələyə dəxli yoxdur. Mülki və cinayət hüquq qaydasında yurisdiksiyanın əksər hissəsi dövlətlər tərəfindən məhz bu prinsipə əsasən həyata keçirilir. Onun iki növü vardır;

    1. obyektiv ərazi yurisdiksiyası. Dövlət öz ərazisində başa çatmış hüquq pozuntuları üzərində yurisdiksiyaya malikdir; bu zaman cinayətin və mülki hüquq pozuntusunun hər hansı bir ünsürü xaricdə baş verə bilər.

Daimi Beynəlxalq ədalət məhkəməsinin Lotus işi üzrə çıxardığı qərarı misal göstəraıək olar. Fransa gəmisi («Lotus») ilə Türkiyə gəmisinin toqquşması nəticəsində 'lurkiyə gəmisində səkkiz adam həlak olmuşdu. Türkiyənin fransız gəmi kapitanı üzərində yurisdiksiya həyata keçinnəsino Fransa etiraz etmişdi. Lakin Məhkəmə, əvvəla, qeyd etdi ki, Türkiyənin gəmisi Türkiyənin ərazisi kimi qəbul olunmalıdır. Daha sonra Məhkəmə göstərdi ki, Türkiyənin öz yurisdiksiyasını həyata keçinuək hüququ vardır, çünki baş vermiş cinayətin tərkib ünsürü - adamların həlak olması - 'lurkiyə ərazisində baş vermişdir.

    1. subyektiv ərazi yurisdiksiyası. İndicə şərh etdiyimiz prinsipin əks variantıdır. Belə ki, dövlət öz ölkəsində başlanmış bütün hüquq pozuntuları üzərində yurisdiksiyaya malikdir, bu zaman hüquq pozuntusunun hər hansı bir ünsürü və ya onun başa çatması həp hansı digər ölkədə ola bilər.

Vətəndaşlıq yurisdiksiyası. Beynəlxalq hüquq dövlətə icazə verir ki, bütün öz vətəndaşlarına münasibətdə, cinayətin və ya mülki hüquq pozuntusunun harada baş verməsindən asılı olmayaraq, yurisdiksiya həyata keçirsin. Əlbəttə, vətəndaş yalnız öz dövlətinə qayıtdıqdan sonra dövlət yurisdiksiyasını həyata keçirə bilər və ola bilər ki, müvafiq ölkədə məsələyə artıq baxıldığına görə həmin dövlət heç bir tədbirə əl atmasın.

Bir dəfə Böyük Britaniya vətəndaşı ikinci dəfə evlənməyə görə, ikinci nikahın Böyük Britaniyadan kənarda bağlandığına baxmayaraq mühakimə olunmuşdu.

Passiv vətəndaşlıq yurisdiksiyası. Vətəndaşlıq 3nırisdiksiyası kimi, passiv vətəndaşlıq prinsipi də cinayət əməlinə cəlb olunmuş fərdin şəxsiyyətinə söykənir. Bununla belə, əgər birinci prinsip cinayətkann şəxsiyyəti ilə bağlıdırsa, ikinci prinsip cinayətin qurbanı ilə bağlıdır. Belə ki, bu prinsipə görə, dövlət öz vətəndaş- lannın cinayətin qurbanı olduğu bütün cinayət əməlləri üzərində yurisdiksiya həyata keçirə bilər; bu zaman cinayətin törədildiyi yer və ya cinayəti törədən şəxsin vətəndaşlığı əhəmiyyət kəsb etmir.

Yuxarıda qeyd edilmiş Lotus işində Türkiyə öz yurisdiksiyasını həm də onunla əsaslandırırdı ki, həlak olmuş şəxslər Türkiyə vətəndaşları idilər. Doğrudur, məhkəmə bu işdə passiv vətəndaşlıq prinsipinin beynəlxalq hüquqa görə məqbul prinsip olması məsələsinə baxmağı lüzum bilməmişdi.

Qeyd etmək lazımdır ki, passiv vətəndaşlıq yurisdiksiyasının həyata keçirilməsi praktikada çoxlu problemlər doğura bilər və yuxarıda şərh etdiyimiz digər prinsiplərlə kolliziyaya girə bilər. Məsələn, hər hansı əməl bu əməlin qurbanı olan şəxsin vətəndaşı olduğu ölkənin qanunvericiliyinə görə cinayət olduğu halda, əməlin baş verdiyi ölkənin (ərazi yurisdiksiyası) və ya əməli törədən şəxsin vətəndaşı olduğu ölkənin (vətəndaşlıq yurisdiksiyası) qanunvericiliyinə görə cinayət olmaya da bilər. Bu cür hallarda, yəni üst-üstə düşən yurisdiksiya hallarında passiv vətəndaşlıq prinsipi, əsasən, arxa plana keçir.

Unvcrsal yurisdiksiya. Beynəlxalq hüquqa görə, elə cinayətlər vardır ki, (məsələn, təcavüz, soyqınm, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və s.) onlar bütün dövlətlərin maarağına toxunur və beynəlxalq hüquq qaydası üçün təhlükəlidir; buna görə də dünyanın istənilən dövləti bu cür cinayətlərlə bağlı yurisdiksiya həyata keçirə bilər. Universal yurisdiksiya, cinayət əməlinin harada baş verməsindən və əməli törədən şəxsin vətəndaşlığından asılı olmayaraq həyata keçirilir. Beləliklə, bu yurisdiksiya üçün əsas ərazi və ya vətəndaşlıq yox, törədilmiş əməlin xarakteridir.

1996-cı ildə İspaniya məhkəmələrinin birində bir sıra Argentina zabitlərinə qarşı proses başlandı. Zabitlər 1976-1983-cü illərdə

Argentinada hərbi xuntanın hökmranlığı zamanı ispan vətəndaşlarının oğurlanması və öldürülməsində ittiham edilirdilər. Argentina qəti surətdə əməkdaşlıqdan imtina etdi; bu zaman o, belə dəlillər gətirirdi ki, ispan məhkəməsi Argentinada törədilmiş əməllərlə bağlı yurisdiksiyaya malik deyildir və bundan əlavə, həmin zabitlər artıq Argentina məhkəməsi tərəfindən məhkum edilmişlər və sonralar Argentinanın prezidenti tərəfindən əfv olunmuşlar. Lakin ispan məhkəməsi bu əməllər üzərində yurisdiksiyaya malik olduğunu bəyan edərək qeyd etdi ki, insanlığa qarşı cinayətlər istənilən yerdə təqib oluna bilər. İşin hallarını təhqiq edərək, ispan orqanları müttəhimlərin hər hansı birinə məxsus olan gizli bank hesablarını tapmaq xahişi ilə İsveçrənin müvafiq orqanlarına müraciət etdilər; məqsəd bu puldan, törədilmiş cinayət əməllərinin qurbanlarına kompensasiya üçün istifadə etmək idi. İsveçrə hökuməti həmin xahişi yerinə yetirdi və tapılmış bank hesablarının dondurulması barədə sərəncam verdi.

Universal yurisdiksiya prinsipi BM'f Beynəlxalq hüquq komissiyası tərəfindən işlənib hazırlanmış Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə Cinayətlər Məcəlləsinin Layihəsində birbaşa ifadə olunmuşdur.

’fəqdirəlayiq haldır ki, universal yurisdiksiya prinsipi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də öz əksini tapmışdır. Məcəllənin 12.3-cü maddəsində deyilir: «Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, hava gəmisini qaçırma, girov götümıə, işgəncələr, dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asdı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandınlır» (ayırma bizimdir. - L.H.).

Qoruyucu (mühafızəcdici) yurisdiksiya. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, dövlət onun üçün mənfi nəticələr törədən əməllər üzərində, - bu əməllərin harada baş verməsindən və kim tərəfindən törədildiyindən asılı olmayaraq, - öz hakimiyyət səlahiyyətini həyata keçirə bilər. Bu prinsipə əsaslanan milli qanunlar eksterritorialhğa malik olur, yəni dövlət ərazisindən kənarda baş verən əməllərə şamil olunur. Universal yurisdiksiya prinsipindən qoruyucu yurisdiksiya onunla fərqlənir ki, birincisi yalnız müəyyən beynəlxaq cinayətlərə tətbiq edilir, ikincisi isə müvafiq dövlətin maraqları üçün təhlükəli olan istənilən əmələ şamil edilir. Məsələn, ABŞ-dan 1988-ci ildə qəbul olunmuş Apar- deid əleyhinə Akt, İngiltərənin Radio verilişləri haqqında 1990-cı il Aktı bu prinsipə əsaslanır.



        1. Yüklə 0,96 Mb.

          Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin