Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


vətəndaşlığın əldə edilməsi və itirilməsi



Yüklə 0,96 Mb.
səhifə60/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   219
beynelxalq huquq

vətəndaşlığın əldə edilməsi və itirilməsi



Vətəndaşlıq aşağıdakı üsullarla əldə edilə bilər:

  1. doğulma nəticəsində. Bu, vətəndaşlığın əldə edilməsinin əsas və ən adi üsuludur;

  2. naturalizasiya yolu ilə (vətəndaşlığa qəbul);

  3. reinteqrasiya yolu ilə (vətəndaşlığa bərpa); ç) vətəndaşlığın bağışlanılması vasitəsilə;

  4. beynəlxalq müqavilə əsasında.

Dövlətlərin qanunvericilik təcrübəsinə əsacən, doğulma nəticəsində vətəndaşlığın əldə edilməsi iki başlıca prinsipə söykənir:

1) «qan hüququ» («jus sanguinis») və ya 2) «torpaq hüququ» («jus soli»).

«Qan hüququ» prinsipinə görə, doğulmuş uşağın vətəndaşlığı onun valideynlərinin (və ya onlardan birinin) vətəndaşlığı ilə müəyyən olunur və uşağın doğulduğu yerdən asılı olmur. Avropa və Asiyanın əksər ölkələrində bu prinsip əsas götürülür.

«Torpaq lıüququ» prinsipinə görə, müəyyən dövlətin ərazisində doğulmuş uşaq, onun valideynlərinin hansı ölkəyə mənsub olmasından asılı olmayaraq, bu dövlətin vətəndaşlığını əldə etmiş olur.

Göstərilon prinsip Latın Amerikasının bir çox ölkolorindo olaraq vətəndaşlığa qəbul etmək olmaz. Məcburi naturalizasiya beynəlxalq hüquqa ziddir. Naturalizasiya, bir qayda olaraq, qanunvericilikdə nəzərdə tutulmuş şərtləri (oturaqlıq senzi, əmlak senzi və s.) nəzərə almaqla həyata keçirilir.

Məsələn, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqın- da» Qanunun 14-cü maddəsinə görə, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində yaşayan və Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Bundan əlavə, həmin maddədə göstərilir ki, «Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa qəbul haqqında vəsatəti rədd cdilir».

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə əsasən, vətəndaşlıq haqqında, o cümlədən vətəndaşlığa qəbul haqqında məsələlərin həlli Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aid edilmişdir.

Oğulluğa götürmə, nikaha daxil olma hallarında vətəndaşlığa qəbulun sadələşdirilmiş qaydası tətbiq olunur. Bir çox ölkələrin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyində Ərli qadının vətəndaşlığı haqqında 1957-ci il Konvensiyasına uyğun olaraq müəyyən edilmişdir ki, qadının nikaha daxil olması onun öz ərinin vətəndaşlığını avtomatik əldə etməsinə gətirib çıxarmır.

Reinteqrasiya ilkin vətəndaşlığın sadələşdirilmiş qaydada bərpasıdır,

((Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 15-ci maddəsində göstərilir ki, ((əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikasının və-

tondaşhğma xitam verilmiş şoxsin vosatoti ilə o.., Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər».

Naturalizasiyadan fərqli olaraq, vətəndaşlığın bağışlanılması şəxsin öz xahişi ilə deyil, dövlətin səlahiyyətli orqanlannın təşəbbüsü ilə həyata keçirilir. Bu yolla vətəndaşlıq şəxsə həmin dövlət qarşısında xüsusi xidmətlərinə görə verilir.



Beynəlxalq müqavilə əsasında vətəndaşlıq aşağıdakı hallarda əldə edilir: iki və ya daha artıq dövlətin bir dövlətdə birləşməsi; dövlətin parçalanması; sülh müqavilələrinin, repatriasiya haqqında sazişlərin, ərazi dəyişiklikləri haqqında xüsusi sazişlərin bağlanması zamanı.

Ərazi dəyişiklikləri zamanı optasiya transfert baş verə bilər.

Optasiya - yaşadığı ərazinin başqa dövlətə verildiyi zaman şəxsin yaşayacağı dövlətin vətəndaşlığını könüllü seçməsidir; bu halda şəxs öz əvvəlki vətəndaşlığını da saxlaya bilər,

Transfert - bir ərazinin başqa dövlətə keçdiyi zaman həmin ərazidə yaşamış əhalinin dövlət mənsubiyyətinin avtomatik dəyişməsidir. 1990-cı ildə ADR AFR ilə birləşdiyi zaman faktik olaraq transfert baş vermişdi.

Vətəndaşlığın itirilməsi (ekspatriasiya) üç formada mümkündür: 1) vətəndaşlıqdan çıxma; 2) vətəndaşlığın avtomatik itirilməsi 3) vətəndaşlıqdan məhrum edilmə.

Vətəndaşlıqdan çıxma şəxsin öz xahişi ilə dövlətin səlahiyyətli orqanlarının qərarı əsasında həyata keçirilir. Bu, vətəndaşlığa xitam verilməsinin ən geniş yayılmış üsuludur.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma qaydası

«Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 17- ci maddəsində müəyyən edilmişdir. Maddədə deyilir: «Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şoxsin vəsatəti üzrə həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxma haqqında vəsatəti rədd edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs müttəhim

kimi cinayət məsuliyyətinə cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir...».



Vətəndaşlığın avtomatik itirilməsi qanunvericilikdə nəzərdə tutulmuş müəyyən halların baş vennəsi ilə mümkündür. Məsələn, ABŞ qanunvericiliyinə görə, digər bir dövlətdə naturalizasiya olunmuş və ya seçkilərdə iştirak etmiş ABŞ vətəndaşı Amerika vətəndaşlığını avtomatik itirmiş sayılır.

Vətəndaşlıqdan çıxmadan fərqli olaraq, vətəndaşlıqdan məhrum edilmə dövlət orqanlarının təşəbbüsü ilə həyata keçirilir və əsasən, ağır dövləti cinayətlər törətmiş şəxslərə (Türkiyədə - habelə əsgəri xidmətdən qəsdən boyun qaçıran şəxslərə) qarşı tətbiq edilir. Müasir beynəlxalq hüquq vətəndaşlıqdan məhrum edilməni qadağan edir. Azərbaycan Respublikasının Konstitusiyasında imperativ qaydada müəyyən olunmuşdur ki, «Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz» (53-cü maddənin 1 hissəsi) və «... Azərbaycan Respublikasından qovula bilməz...» (53-cü maddənin II hissəsi).



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin