Həyat Fəaliyyətinin Təhlükəsizliyi üzrə İxtisas fənlər kafedrası



Yüklə 0,55 Mb.
səhifə1/5
tarix25.10.2022
ölçüsü0,55 Mb.
#66151
  1   2   3   4   5
Sənaye təhlükəsizliyi Vüqar.





Həyat Fəaliyyətinin Təhlükəsizliyi üzrə
İxtisas fənlər kafedrası







Fənnin adı

Sənaye təhlükəsizliyi







Dinləyicinin soyadı və adı

İbrahimli Vüqar







Kursun və taqımın nömrəsi

II kurs, HFT20Q1







Sərbəst işin nömrəsi və mövzusu

Sərbəst iş №1, Sənaye







obyektlərində yanğın profilaktikası

























İstifadə olunan ədəbiyyat

Dərslik vəsaiti; İnternetdə araşdırma;







Yanğın təhlükəsizliyi qaydaları







Fənn müəlliminin soyadı və adı

Süleymanova/Rəhmanlı Aysel







Sərbəst işin qəbulu haqqında müəllimin qeydi



















Müəllimin işi yoxladığı tarix










Dinləyicinin aldığı bal










Müəllimin imzası










Qeyd: Sərbəst iş ən azı 2 vərəq həcmində yazılmalıdır. Mövzu
yazılarkən giriş hissə, işin məzmunu və nəticə qeyd olunmalıdır.



Ayrı-ayrı obyektlərdə - sexlərdə, laboratoriyalarda, anbarlarda, emalatxanalarda və digər istehsalat sahələrində yanğın təhlükəsizliyinə həmin obyektlərin rəhbərləri və ya onları əvəz edən şəxslər cavabdehdir.


Hər bir obyektdə görünən yerlərdə yanğın təhlükəsizliyinə məsul şəxslərin vəzifəsi, adı, atasının adı və soyadı yazılmış lövhələr asılmalıdır.
Yanğın təhlükəsizliyi qaydalarının tələblərini pozan təqsirkar şəxslər, həmin pozuntuların xarakterindən və nəticələrindən aslı olaraq mövcud qanunvericiliyə əsasən intizam, inzibati və cinayət məsuliyyəti daşıyır.
Birlik, müəssisə və təşkilatların rəhbərləri aşağıdakı işləri təmin etməlidirlər:
- tabeliyində olan bütün mühəndis-texniki işçilər (MTİ), fəhlələr və qulluqçular tərəfindən yanğın təhlükəsizliyi qaydalarının tələblərinin yerinə yetirilməsini;
Müəssisələr «Sənaye müəssisələrində və digər obyektlərdə könüllü yanğından mühafizə dəstələri haqqında Əsasnamə»yə uyğun olaraq könüllü yanğından mühafizə dəstələri təşkil etməlidir.
Yanğın-texniki komissiya öz fəaliyyətində yanğın təhlükəsizliyi qaydalarını və «Sənaye müəssisələrində yanğın-texniki komissiya haqqında Əsasnamə”ni rəhbər tutmalıdır.
İstehsalat, sex, qurğu, laboratoriya, anbar və digər yanğın təhlükəsizliyinə cavabdeh struktur bölmələrin rəhbərləri:
- istehsalatın texnoloji proseslərini bilməli və yanğın təhlükəsizliyi qaydalarına əməl etməli;
- xidməti heyətin yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinə nəzarət etməli;
- obyektin rəhbərinin və ya baş mühəndisinin yazılı icazəsi olmadan və yanğın təhlükəsizliyi xidməti ilə razılaşdırmadan odlu işlərin aparılmasına icazə verməməli;
- binalara, tikililərə, su mənbələrinə gedən keçidlərin, istehsalat obyektlərinə gedən yolların, həmçinin binalarda keçidlərin, pilləkan qəfəsələrinin, yanğın avadanlıqlarına girişlərin hər hansı bir əşyalarla tutulmasına yol verməməli;
- yanğınsöndürmə vasitə və cihazların hər gün baxışdan keçirməli, onların sazlığını və işə hazırlığını müvafiq təlimatların tələblərinə uyğun yoxlamalı, yanğınsöndürmə avadanlıqlarının təyinatını və onlardan istifadə etmə qaydalarını bilməli;
- yanğın təhlükəsizliyi qaydalarının pozulmasını və yanğın avadanlıqlarında nasazlıq aşkar edərkən, dərhal müəssisənin mühafizə xidmətinə xəbər verməli və nöqsanların aradan qaldırılması üçün tədbirlər görməli;
- qəza nəticəsində yanğın baş verərsə, eləcə də digər səbəblərdən təhlükəli vəziyyət yaranarsa, dərhal yanğınsöndürmə və qəza xilasetmə dəstəsini çağırmalı, eyni zamanda əldə olan güvvə və vasitələrdən istifadə edərək yanğının və ya qəzanın ləğv edilməsinə və insanların köçürülməsinə başlamalıdır.
Müəssisə və təşkilatlarda çalışan hər bir işçi müəyyən edilmiş yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməli və yanğına səbəb ola biləcək hərəkətlərə yol verməməlidir.
Hər bir işçi yanğın təhlükəsizliyi qaydalarının pozulmasına və ya yanğınsöndürmə avadanlıqlarının düzgün istifadə edilməsi hallarına rast gələrsə, dərhal bu barədə obyektdə yanğın təhlükəsizliyi üzrə məsul şəxsə məlumat verməlidir.
Ayrı-ayrı obyektlərin və qurğuların tikintisi, təmiri və yenidən qurulması ilə bağlı işlərin yerinə yetirilməsi müqavilə əsasında digər bir təşkilata və ya şəxsə tapşırıldıqda yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi üzrə məsuliyyəti həmin təşkilatın rəhbəri daşıyır. Yanğın təhlükəsizliyinin bütün tələblərinin yerinə yetirilməsinə görə ümumi məsuliyyət isə müəssisə rəhbərlərinin üzərinə düşür.



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin