B2550/729 Məhkəmə qərarı icra prosesindədir. Binəqədi rayon məhkəməsi şikayətçinin xeyrinə qərar qəbul edərək, Binəqədi rayon İcra Hakimiyyətini şikayətçinin ailəsini mənzil ilə təmin etməyi tapşırmışdır. Layihəmiz prosesin ilkin mərhələsini həyata keçirtdi – Ədliyyə Nazirliyi təqsirkar şəxsləri cəzalandırdı və İcra hakimiyyətinin əməkdaşlarına qarşı məhkəmə qərarının yerinə yetirilməməsinə görə məhkəmə işinə başladı.
B2755/809 Yaşayış binasının bərpasına start verildi. Son 20 ildə Dövlət Neft Şirkətinin nəznində olan yaşayış binasının vəziyyəti acınacaqlı idi. Layihəmizin işə müdaxiləsindən sonra, Dövlət Neft Şirkəti binada təmir işlərinə başladı və binada yaşayanlar müvəqqəti olaraq başqa yerlərə yerləşdirildi. Vətəndaşların müvəqqəti yaşayış yerlərindəki ödədikləri icarə haqqının ödənilməsi də təmin edilmişdir.
B2860/836 Qeyri-qanuni ittiham dayandırıldı. Fövqəladə Hallar Nazirliyi vətəndaşı özəl tikinti zamanı təhlükəsizlik qaydalarından istifadə etmədiyinə görə ona qarşı iş qaldırdı. Layihəmizin işə müdaxiləsindən sonra işin icraatı dayandırıldı.
B2745/807 İş yerində hədə-qorxuya son qoyuldu. Tədqiqatçı və həkim olan vətəndaş rəhbərliyinin onun işdən azad olunması üçün ona hədə-qorxu gəldiyindən şikayətlənirdi. Layihəmizin işə qarışmasından sonra Səhiyyə Nazirliyi tərəfindən vətəndaşın probleminin həll edilməsinə təminat verildi.
B 2602/749 İttiham icra edildi.Vətəndaş, Xətai rayon Prokurorluğunun və rayon Polis İdarəsinin cinayətin üstünün bağlaması və ittihamın icra etməməsi ilə bağlı şikayət etmişdir. Layihəmizin məsələyə müdaxiləsindən sonra təqsirkar şəxslər polisin axtarışa olan şəxslər siyahısına əlavə edildilər.
B2846/829 Polis əməkdaşı cəzalandırıldı. Polis əməkdaşı şikayəti qəbul etməkdən imtina etdi və yanlış sənədləri imzalayaraq vətəndaşı aldatdı. Layihəmizin işə müdaxiləsindən sonra yoxlanış aparıldı və polis əməkdaşı cəzalandırıldı.
Gəncə üzrə
G 1478/1167 Vəzifədə irəliləmə təmin edildi. AzərAluminyum şirkətinin əməkdaşı həmin şirkətdə mühəndis vəzifəsində işləmək üçün müraciət etdi. Lakin bunun müqabilində, ondan rüşvət tələb edildi. Layihəmizin Əmək inspeksiyasına etdiyi müraciətdən sonra əməkdaş mühəndis vəzifəsinə yüksəldi.
G 2415/2007 Sürücülük vəsiqəsi qaytarıldı. Vətəndaş şikayət edirdi ki, polis texniki baxış zamanı onun sürücülük vəsiqəsini əlindən almış və sənədlərin qaytarılması üçün ondan 800 ABŞ dolları məbləğində rüşvət tələb etmişdir. Vətəndaş 500 ABŞ dolları vermiş, lakin sənədlərini geri almamışdır. Layihəmizin işə müdaxiləsindən sonra 500 ABŞ dolları məbləği və sənədlər vətəndaşa qaytarılmışdır.
G 2758/2229 Müəllimin dərs saatları təyin edildi.Müəllim şikayət edirdi ki, məktəb direktoru dərs saatlarını təyin etmək üçün rüşvət yığırdı. Layihəmizin işə müdaxiləsindən sonra məktəb direktoruna xəbərdarlıq edildi və müəllim öz dərslərinə təyin edildi.
G2165/1946 Məhkəmə vətəndaşın şikayətini qeydiyyata aldı.Vətəndaş şikayət edirdi ki, Nizami məhkəməsi onun şikayətini qeydiyyata almaqdan imtina edir. Layihəmizin məsələyə müdaxiləsindən sonra şikayət qeydiyyata alındı.
Lənkəran üzrə
L804/191 Pulsuz tibbi yardım göstərildi. Vətəndaş şikayət edirdi ki, Lənkəran Tibb Mərkəzində ondan rüşvət tələb edilirdi. Layihəmizin məsələyə müdaxiləsindən sonra vətəndaş pulsuz olaraq tibbi müalicə aldı.
L929/203 Fermer kompensasiya aldı.Masallıdan olan fermer şikayət edirdi ki, o Kənd Təsərrüfatı Nazirliyindən yanacağa görə kompensasiya almır. Layihəmizin məsələyə müdaxiləsindən sonra məsələ öz həllini tapdı.
Quba üzrə
Q 1453/97 Ünvanlı sosial yardımın verilməsi təmin edildi. Vətəndaş şikayət edirdi ki, ona heç bir səbəb gətirilmədən ünvanlı sosial yardım verilmirdi. Layihənin işə müdaxiləsi şikayətçinin hüququnu bərpa etdi.
Q1572/99 Poçtun çatdırılması haqqında məlumat alındı. Vətəndaş şikayət edirdi ki, poçt onun məktubunun Strasburqdakı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə çatıb çatmaması ilə bağlı məlumat vermir. Layihəmizin işə müdaxiləsindən sonra məsələ öz həllini tapdı.
1722/101; 1800/103; 1906/109 Üç məhkəmə qərarı qəbul edildi. Üç nəfər vətəndaş şikayət edirdi ki, Sumqayıt və Xaçmaz Appelyasiya Məhkəmələri, habelə Yasamal məhkəməsi qərar verməkdən imtina edirlər. Layihəmizin işə müdaxiləsindən sonra məsələ öz həllini tapdı.
Şəki üzrə
Sh 703/50 Torpaq sənədləri verildi.Vətəndaşa, keçmişdə torpaqların bölüşdürülməsi zamanı səhvlərin olduğu səbəbi gətirilərək Torpaq və Xəritəçəkmə Komitəsindən torpaq sənədləri verilmirdi. Layihəmizin işə müdaxiləsindən sonra məsələ öz həllini tapdı.
Sh 592/48 Şəxsiyyət vəsiqəsi verildi.Vətəndaş şikayət edirdi ki, polis rüşvət almadan şəxsiyyət vəsiqəsini verməkdən imtina edir. Layihəmizin işə müdaxiləsindən sonra vətəndaş dövlət rüsumuna əsasən öz şəxsiyyət vəsiqəsini aldı.
Sh 704/51 Mülkiyyət hüququ notariat tərəfindən təsdiq edildi. Vətəndaşa qanunla nəzərdə tutulan vaxt keçdiyindən mülkiyyət hüquqlarının təsdiq edilməsi notariat tərəfindən imtina edilirdi. Layihəmizin işə müdaxiləsindən sonra müddət Ədliyyə Nazirliyi tərəfindən uzadıldı.
842/57 Məhkəmənin tərkibi təsdiq edildi. Appelyasiya məhkəməsi heç bir səbəb gətirmədən yeni məhkəmə tərkibi qurmaqdan imtina etdi. Layihəmizin işə müdaxiləsindən sonra məsələ öz həllini tapdı.