Yanğın zamanı insanların təhlükəsizliyinin təmini
İstehsalat, inzibati, ictimai və digər təyinatlı bina və otaqlarda yanğın baş verərkən insanların təxlyyə planı üzrə təhlükəsiz köçürülməsi təmin olunmalıdır.
Yanğın zamanı insanların təhlükəsizliyinin təmin edilməsi üçün aşağıdakı tədbirlər həyata keçirilməlidir:
- bina və otaqların konstruktiv-planlı həlli insanların tez köçürülmə imkanlarının həyata keçirilməsini, yanğının yayılmasının qarşısının alınmasını təmin etməlidir;
- hər bir müəssisədə təxliyyə planı olmalıdır, işçilər həmin planla tanış edilməlidir; təxliyyə planları binaların görünən yerlərində (hər mərtəbədə) asılmalıdır;
- insanların köçürülmə yollarındakı divar və tavanların bəzədilməsində yanar materiallardan, həmçinin səthi yanan və boğucu qazlar ayıran materiallardan istifadə edilməməlidir;
- yanğın və qəza hallarında insanların müvəffəqiyyətlə köçürülməsinə imkan verən xüsusi avadanlıqlar daima saz vəziyyətdə saxlanılmalıdır (təcili xəbərdarlıq sistemi, qəza vəziyyətində işıqlandırma, təhlükəsizlik işarələri);
- işçi heyət yanğının ləğvi və lokallaşdırılması planı ilə tanış olmalı, yanğın baş verən zaman bu plana uyğun hərəkət etməlidir;
- tüstüdən mühafizə sisteminə daxil olan qurğular saz vəziyyətdə saxlanılmalıdır;
- təxliyyə yolları (dəhlizlər, pilləkən qəfəsələri, vestibüllər) gecə vaxtı normativ tələblərə uyğun işıqlandırılmalıdır;
- təmir işləri, elektrik cihaz və qurğularının, isitmə sistemlərinin istismarı zamanı texniki təhlükəsizlik tələblərinə ciddi riayət olunmasına müəssisənin rəhbərliyi tərəfindən daim nəzarət olunmalıdır.
Ərazilərə, istehsalat və inzibati binalara, otaqlara və
avadanlıqlara olan yanğın təhlükəsizliyi tələbləri
Müəssisələrin və obyektlərin əraziləri, istehsalat otaqları və avadanlıqları daim təmiz və qaydasında saxlanılmalıdır.
İstehsalat ərazisinin, otaqların və avadanlıqların asan alışan və yanar maddələrlə (AAM və YM), zibil və istehsalat qalıqları ilə çirklənməsinə yol verilməməlidir. Ətraf mühitə zərər verə biləcək maddə və materiallrın yandırılmasına yol verilməməlidir, istehsalat qalıqları, zibil, quru ot yığılmalı və xüsusi yerlərə daşınmalıdır.
AAM və YM torpağa hopmuş yerlər təmizlənməli, həmin yerlərə quru qum tökülməlidir.
Müəssisələrin ərazisində, açıq anbar və çuxurlarda AAM və YM saxlanılmasına yol verilməməlidir.
Müəssisələrin ərazisində yerləşən partlayış-yanğın təhlükəli obyektlərin və tikililərin ətrafında radiusu 5m-dən az olmayan zonada otlar vaxtaşırı biçilməli və yanğından təhlükəsiz yerlərə daşınmalıdır. Həmin zonada yanar materialların saxlanılması qadağandır.
Partlayış-yanğın təhlükəli obyektlərin önündə yanğınsöndürmə vasitələrinin yerini gös-tərən lövhələr asılmalıdır.
Keçidlərin və yolların bir hissəsinin bağlanmasına (məsələn, yolun təmiri məqsədi ilə) və kənar yolların düzəldilməsinə, aparılacaq işin yeri, xüsusiyyəti və icra müdddəti göstərilməklə müəssisə rəhbərinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti ilə razılaşdırılmış icazəsindən sonra yol verilir.
Yollar qazılarkən, eni 3.5m az olmayan keçidlər saxlanılmalı, xəndəklər üzərində kör-pülər quraşdırılmalıdır. Keçidlərin saxlanılması mümkün olmayan hallarda yanğın maşınlarının hərəkəti üçün eni 3.5m-dən az olmayan dolayı yollar çəkilməlidir.
Bu hallarda istifadə olunan hərəkət işarələri müvafiq normativ-texniki sənədlərin tələblərinə uyğun olmalıdır.
Müəssisədə, yanğından mühafizə xidməti ilə razılaşdırılmış, siqaret çəkmək üçün xüsu-si yerlər ayrılmalıdır. Bu yerlər kanalizasiya quyularından, hidravlik qurğulardan, neftvurma nasos stansiyalarının binalarından 20 m-dən az olmayan, neft çənləri parkından və ayrı dayanmış neft çənlərindən, açıq neft tutucularından, siyirtmələrin manifold qovçaqlarından, neftin boşaldılması və doldurulması və boşaldılması üçün dəmir yolu estakadalarından isə 50 m-dən yaxın olmayan məsafədə müəyyən edilməlidir.
Həmin yerlərdə “Siqaret çəkmək üçün yer” yazılan lövhə asılmalı, su ilə dolu tutum və ya qum yeşiyi qoyulmalıdır.
Partlayış təhlükəli otaqlardakı telefon aparatları və onlara qoşulan xəbərverici qurğular, həmin otaqlarda əmələ gələ bilən partlayış təhlükəli qarışıqların kateqoriya və qrupuna uyğun partlayışdan mühafizəli quruluşda olmalıdır.
Hər telefon aparatının yanında yanğından mühafizə xdmətinin telefon nömrəsi yazılmış lövhə asılmalıdır.
Müəssisələrin ərazisində tonqalların qalanması, quru otların və yanacaq-sürtgü materiallarının yandırılması qadağandır.
Partlayış-yanğın təhlükəli müəssisələrin və qurğuların (çənlər parkı və s.) ərazisinə giri-şə yalnız xüsusi buraxılış vərəqəsi ilə icazə verilir. Avtonəqliyyat, traktor və digər aqreqatlar qığılcımsöndürən və yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır.
Partlayış-yanğın təhlükəli maddələri nəql edən boru xətlərinin məişət, yardımçı, inziba-ti-təsərrüfat otaqlarından, paylayıcı qurğular, nəzarət-ölçü cihazları və ventilyasiya kameraları olan otaqlardan çəkilməsi qadağandır.
Yanacaq doldurma məntəqələrinin, akkumlyator otaqlarının, yanacaq-sürtgü materialla-rı anbarlarının, nasosxanaların və digər partlayış-yanğın təhlükəli istehsalat obyektlərinin məşəl, kibrit, şam, kerosinli fənarlar, tonqal və digər açıq alov mənbələri ilə işıqlandırılması qadağandır.
Hər bir müəssisədə istehsalat sexlərinin, ayrı-ayrı otaqların, qurğuların və anbarların partlatış-yanğın və yanğın təhlükəsizliyi üzrə kateqoriyalarını müəyyən edən siyahı tərtib olunmalıdır.
Nasaz avadanlıqlarda istehsalat əməliyyatlarının aparılması, qurğularda yanar qazların, buxarların qatılığını, təzyiqini, temperaturunu və digər texnoloji parametrlərini ölçən NÖC-nın söndürülməsi qadağandır.
İstismar zamanı səthlərinin temperaturu 450C-dən yüksək olan boru xətlərinin və avadanlıqların, onlarla işçi heyyətin təmasda ola biləcək sahəsində çəpəri və ya yanmayan istilik izolyasiyası olmalıdır.
Təzyiq altında işləyən avadanlıqlarda təmir işlərinin aparılması, nasos və kompres-sorların işlək vəziyyətində kipgəclərinin doldurulması və sıxılması qadağandır.
Boru xətlərində və aqreqatlarda (nasoslarda, kompressorlarda), onları sistemdəki digər aparat və boru xətlərindən siyirtmə və tıxacların vasitəsi ilə ayırmamış və sistemdəki təzyiqi endirməmiş, flanslarının sıxılması qadağandır.
Avadanlıqların, xüsusi ilə flans birləşmələrinin və kipgəclərin germetik¬liyinə nəzarət olunmalıdır. Məhsulun sızması yerləri aşkar olduqda, nasazlığın aradan qaldırılması üzrə tədbirlər görülməlidir.
Donmuş aparatlar, armaturlar, boru xətləri, siyirtmələr yalnız buxar və ya isti su ilə qizdırılmalıdır. Bu məqsəd üçün lehim lampasından və yaxud açıq alovdan istifadə etmək qadağandır.
İstehsalat bina və tikililəri arasındakı məsafələr qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməlidir.
Partlayış və yanğın baxımından təhlükəli ayrılmalar (qazların, qaz-hava qarışıqlarının, partlayış təhlükəli tozların və s.) olan otaqlardan ayıran divardan keçən transmissiya valları və boru xətlərində, bu ayrılmaların başqa otaqlara yayılmasının qarşısını alan kipgəc və kipləşdrici qurğular (kipgəc, və s.) nəzərdə tutulmalıdır.
Yağlanmış, benzin, kerosin və digər yanar mayelərə bulaşmış silgi materialları qapağı kip örtülən metal qutularda yığılıb saxlanılmalıdır. İş başa çatdıqdan sonra (və ya növbə təhvil verilməzdən əvvəl) qutular yanğından təhlükəsiz yerlərə aparılmalıdır. İstifadəyə yarasız silgi materialları obyektin müdirinin və ya sex rəisinin göstərişi ilə, müəssisənin yanğın təhlükəsizliyi xidməti ilə razılaşdırılaraq, xüsusi ayrılmış yerlərdə yandırılmalıdır.
Girişlər, çıxışlar, dəhlizlər, tamburlar, stasionar yanğın pilləkənləri, binaların damındakı yanmayan çəpərlər, pilləkən qəfəsələri, çardaqlar həmişə saz və təmiz vəziyyətdə saxlanılmalı, artıq əşyalarla qalaqlanmamalıdır.
Çardaqlar və dam pəncərələri bağlı saxlanılmalıdır. Pilləkən qəfəsələrində müxtəlif əşyaların yığılıb saxlanılması, qaz xətlərinin, tez alışan və yanar mayelər nəql edən boru xətlərinin çəkilməsi, həmçinin insanların hərəkətinə mane olan avadanlığın quraşdırılması qadağandır.
Təxliyyə yollarının qapıları binadan çıxışa doğru istiqamətdə sərbəst açılmalıdır. Yanğın baş verərdikdə istehsalat və inzibati binalarda olan insanların təhlükəsiz təxliyyəsi təmin edilməlidir.
İstehsalat və inzibati binaların zirzəmilərində və kürsülü mərtəbələrində partlayıcı maddələrin, təzyiq altında olan (dolu) qaz balonlarının, selluloidin, kinoplyonkaların və digər yüksək yanğın təhlükəli maddələrin saxlanılması qadağandır.
Hər bir istehsalat binasının və otaqlarının təxliyyə çıxışlarının kon-struksiyası, planlaşdırılması və sayı qüvvədə olan tikinti norma və qaydaların tələblərinə cavab verilməlidir.
İstehsalat obyektlərinin taxta konstruksiyaları odadavamlı tərkibli materiallarla işlənilməlidir. Bu proses vaxtaşırı aparılmalıdır.
Yanğına qarşı divarlarda və örtüklərdə olan aralıqlardan alovun yayılmasının və məhsulların yanmasının qarşısını almaq üçün qoruyucu qurğular quraşdırılmalıdır (yanğına qarşı qapılar, su pərdəsi, qapaqlar, sipərlər, şiferlər, tüstüyə qarşı qurğular).
Yanğına qarşı sədd müxtəlif kommunikasiya xətləri ilə kəsişdiyi yerlərdə əmələ gələn aralıqları yanmayan materialla kip tutmaq lazımdır.
Yerli nəzarət orqanları və FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırıl-mış və müəssisə rəhbəri tərəfindən təsdiq edilmiş müvafiq lahiyə olmadığı halda, istehsalat və xidməti otaqların yenidən planlaşdırılması qadağandır. Yenidən planlaşdırma zamanı tikinti konstruksiyalarının odadavamlılıq həddlərinin aşağı salınmasına və insanların köçürülmə şəraitinin pisləşməsinə yol verilməməlidir. 1, 2, və 3-cü dərəcəli odadavamlı binalarda yanar materiallardan antresollar, arakəsmələr, məişət yerləri, anbarların quraşdırılması qadağandır.
AAM, YM və qazlardan istifadə olunan sexlərdə və laboratoriyalarda, onların iş yerlə-rinə mərkəzləşdirilmiş qaydada daşınması və paylanması təşkil edilməlidir. Bütün hallarda AAM və YM daşınması zamanı xüsusi konstruksiyaya malik təhlükəsiz qablardan (taralardan) istifadə edilməlidir.
Sex anbarlarında AAM və YM, boyaların, həlledicilərin bir yerdə saxlanılması üçün yol verilə bilən maksimum miqdarları normaylara uyğun təyin edilməlidir.
İş yerlərində saxlanılan materialların (istifadəyə hazır şəkildə olan) miqdarı növbə təlabatından artıq olmamalı, onlar saxlanılan qablar kip bağlanmalıdır.
Boyalar, laklar və həlledicilər saxlanılan obyekt anbarlarına olan tələblər qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməlidir.
Partlayış-yanğın təhlükəli obyektlər yanğın təhlükəsizliyi işarələri və plakatları ilə təchiz olunmalıdır.
İstehsalat otaqları və avadanlıqlar vaxtaşırı tozdan və digər yanar materiallardan təmizlənməlidir. Təmizlənmə müddəti texnoloji reqlamentə və ya sex təlimatına əsasən təyin olunmalıdır. İntensiv sürətdə toz halında olan maddələrin yığıldığı yerlərdə yanğın təhlükəliliyi gösətəriciləri müəyyən olunmalıdır.
İşçilərin xüsusi geyimləri vaxtında yuyulmalı və təmir edilməlidir. Müəssisənin müdriyyəti tərəfidən hər bir sex (istehsalat əməliyyatı) üçün çirklənmiş xüsusi geyimlərin təmizi (yenisi) ilə əvəz olunması müvafiq qaydada həyata keçirilməlidir.
Dostları ilə paylaş: |