Beynəlxalq müqavilənin anlayışı Beynəlxalq müqavilə - dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yazılı formada bağlanan və beynəlxalq hüquqla nizama salınan beynəlxalq razılaşmadır;
Sifahi sazişlərə («centlmen sazişləri») və habelə dövlətdaxili hüquqla nizama salınan müqavilələrə göstərdiyimiz konvensiyalann müddəaları bilavasitə tətbiq olunmur. Bundan əlavə tərəflərin həmin razılaşma ile özləri üçün məcburi öhdəliklər yaratmaq niyyətinin olmasıdır. Belə bir niyyət olmamışsa, beynəlxalq müqavilədən danışmaq olmaz.
Hər bir beynəlxalq müqavilənin müəyyən obyekti və məqsədi olur. Müqavilənin obyekti dedikdə, həmin müqavilənin yönəldiyi maddi və ya qeyri-maddi nemət, hərəkət və ya müəyyən hərəkətdən çəkinmə başa düşülür. Bir qayda olaraq, müqavilənin obyekti onun adında öz əksini tapır. Müqavilənin məqsədi isə müqaviləni qəbul edən dövlətlərin nəyi həyata keçirmək və ya nəyə nail olmaq istədiklərini göstərir. Müqavilənin məqsədi, bir qayda olaraq, müqavilənin preambulasında və yaxud ilk maddələrdə ifadə olunur.
Beynəlxalq müqavilədə tərəflər
1969-cu il və 1986-cı il Konvensiyalanna görə, müvafiq olaraq dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq müqavilənin tərəfi ola bilər.
Dövlət istənilən sahədə müqavilə bağlaya bilər və istənilən digərr müqaviləyə qoşula bilər. Düzdür, ikinci halda bu, müqavilə qapalı olmadığı halda mümkündür; belə ki, bəzi beynəlxalq sazişlərə yalnız müəyyən regionda yerləşən dövlətlərvə ya sazişin bütün iştirakçılannm razılığı ilə hər hansı dövlət tərəf ola bilər (məsələn, Avropa İqtisadi Birliyinin yaradılması haqqında 1957-ci il Roma Müqaviləsi). Beynəlxalq təşkilatlara gəldikdə isə, onlar həm dövlətlərlə, həm də digər beynəlxalq təşkilatlarla müqavilələr bağlaya bilər.
Beynəlxalq hüququn digər subyektləri də bu və ya digər dərəcədə beynəlxalq müqavilə bağlaya bilərlər. Məsələn, xarici işğaldan və ya müstəmləkəçilikdən azad olmaq uğrunda mübarizə aparan xalqı rəsmi təmsil edən qurumlar beynəlxalq sazişlərdə iştirak edə bilərlər. Fələstin Azadlıq Təşkilatının bir sıra beynəlxalq sazişə tərəf olması bizə yaxşı məlumdur.
Beynəlxalq müqavilələrin təsnifatı
Beynəlxalq müqavilələri aşağıda göstərilmiş əsaslara görə ayn- ayn növlərə bölmək olar:
A)iştirakçıların dairəsinə görə:1.ikitərəfli müqavilələr 2.çoxtərəfli müqavilələr
B)dövlətlərin həmin beynəlxalq müqavilələrdə iştirak etmək imkanına görə:
1.açıq müqavilələr 2.qapalı müqavilələr
C)məzmununa görə:
siyasi müqavilələr. Bu müqavilələrə, əsasən, aşağıdakılar aiddir:müttəfiqlik haqqında müqavilələr;qarşılıqlı yardım haqqında müqavilələr;neytrallıq haqqında müqavilər;sülh müqavilələri
Iqtisadi müqavilələr. Buraya daxildir:ticarət müqavilələri;
əmtəə göndərilməsi və dövriyyəsi haqqında sazişlər;texniki yardım haqqında sazişlər; beynəlxalq hesablaşmalar haqqında sazişlər;gömrük məsələləri və s. üzrə sazişlər;
Xüsusi məsələlər üzrə sazişlər. Bu qrupa aşağıdakı sahələrdə bağlanmış müqavilələri daxil etmək olar:nəqliyyat; rabitə ;kənd təsərrüfatı;hüq uqi məsələlər üzrə; mədəniyyət sahəsində və s.
Dostları ilə paylaş: |