Beynəlxalq müqaviləyə dair qeyd-şərtlər
Beynəlxalq müqavilənin məcburiliyinə hər hansı yolla razılıq verərkən dövlət bəyan edə bilər ki, müqavilənin hər hansı müddəasını qəbul etmək istəmir. Belə bir bəyanat vasitəsilə dövlət həmin müddəanı ya ümumiyyətlə qəbul etmir, ya da onun məzmununu özü üçün dəyişdirir. Buna beynəlxalq müqavilələr hüququnda qeyd-şərt deyilir.Qeyd-şərt ilə razı olmayan dövlət müqavilədə göstərilmiş müddətdən gec olmayaraq buna yazılı formada etiraz edə bilər. Lakin belə bir etirazın edilməsi bu dövlətlə qeyd-şəıti etmiş dövlət arasmda müqavilənin qüvvəyə minməsinə maneə yaratmır. Bu iki dövlət arasmda yalnız qeyd-şərtin aid olduğu müddəa qüvvəyə minmir. Bummia belə, qeyd-şərtə etiraz edən dövlət bəyan edə bilər ki, müqavilə bütövlükdə iki müvafiq dövlətin arasında qüvvəyə minməyəcəkdir.
Qyd-şərt və etirazlar istənilən vaxt, yazılı formada bildirilməklə, geri götürülə bilər.
Dostları ilə paylaş: |