Nazirlər Komitəsi Şuranın ali orqanıdır. O, üzv dövlətlərin xa- riei işlər nazirlərindən ibarətdir. Nazirlər səviyyəsində Komitə ildə iki dəfədən az olmayaraq sessiyalar keçirir, üzv dövlətlərin daimi nümayəndələri səviyyəsində isə müntəzəm fəliyyət göstərir. Nazirlər Komitəsi əməkdaşlığın siyasi aspektlərini müzakirə edir, Avropa Şurasının fəaliyyət proqramını işləyib hazırlayır, eari büdeəni təsdiq edir. Parlament Assambleyasının tövsiyələrini nəzərdən keçirir, yekdillik prinsipi əsasında üvz dövlətlərə tövsiyələr
qəbul edir. Müəyyən məsələlər üzrə Nazirlər Komitəsinin qərarları məcburi xarakter daşıyır.
Parlament Assambleyası məşvərətçi orqandır və qanunvericilik səlahiyyətinə malik deyildir. O, hər bir üzv dövlətin parlamentindən seçilən (təyin olunan) nümayəndələrdən ibarətdir. Hər bir nümayəndə heyəti öz ölkəsinin müxtəlif siyasi dairələrinin, o cümlədən müxalifət partiyalanmn mənafelərini ifadə etməlidir. Dövlətlərin Parlament Assambleyasmdakı nümayəndələrinin sayı eyni deyildir (2-dən 18-ə kimi); məsələn, Almaniya, Böyük Britaniya, İtaliya və Rusiyadan - 18, İspaniya, Türkiyə və Ukraynadan - 12, Yunanıstan və Belçikadan - 7, Azərbaycan Respublikasından - 6, Moldovadan - 5 və s. Parlament Assambleyası öz plenar iclaslannı ildə üç dəfə keçirir. O, Nazirlər Komitəsinə və üzv dövlətlərin hökumətlərinə bu və ya digər məsələlər üzrə tövsiyələr verir, konfranslar, kollokviumlar təşkil edir, Avropa Şurasının Baş Katibini və Avropa İnsan Hüquqlan Məhkəməsinin hakimlərini seçir.
Avropa yerli və regional hakimiyyətlər Konqresi üzv dövlətlərin müvafiq ərazi qummlannm nümayəndələrindən ibarətdir. Nümayəndələrin sayı Parlament Assambleyasmdakı kvotaya uyğundur.
Katiblik Avropa Şurasının inzibati orqanıdır. Ona Parlament Assambleyası tərəfindən 5 il müddətinə seçilən Baş Katib rəhbərlik edir.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT). Bu təşkilat regional təşkilatlar çərçivəsindən kənara çıxır, çünki dünyanın dörd qitəsində yerləşən müsəlman dövlətlərini özündə birləşdirir. 2011-ci ilin iyununa qədər İslam Konfransı Təşkilatı adlanan bu qurum 1969- cu ildə yaradılmışdır. Onun Nizamnaməsi 1972-ci ildə qəbul olunmuşdur. Hazırda 57 ölkə bu təşkilatın üzvüdür. Onlann içərisində Azərbaycan da vardır (1992-ci ildən). Qeyri-müsəlman ölkələrindəki müsəlman azlıqları öz nümayəndələrini müşahidəçi qismində göndərə bilərlər. Yalnız müsəlman dövlətləri İƏT-in üzvü ola bilər. Lakin İƏT-i qətiyyən dini təşkilat hesab etmək olmaz. Onun başlıca vəzifəsi ən mühüm beynəlxalq problemlər üzrə müsəlman dövlətlərinin mövqeyini yaxınlaşdırmaq, onlann siyasətini əlaqələndirməkdir. İƏT-in BMT yanında daimi müşahidəçi statusu vardır.
İƏT-in aşağıdakı moqsodləri vardır: müsolman homroyliyinin möhkəmləndirilməsi; iqtisadi, sosial, mədəni, elmi sahələrdə əməkdaşlığın inkişafı; irqçiliyin və müstəmləkəçiliyin ləğvinə dəstək vermək; beynəlxalq təşkilatlarda üzv dövlətlər arasında məsləhətləşmələr apannaq; müsəlman xalqlannı onların milli müstəqillik uğrunda mübarizəsində birləşdirmək; öz ərazisinin azad edilməsi uğrunda mübarizə aparan Fələstin xalqına kömək göstərmək.
İƏT-in ali orqanı İslam Sammitidir. Sammit üç ildən bir çağırılır. Təşkilatın fəaliyyətinin cari problemlərini müzakirə etmək üçün hər il Xarici işlər nazirləri Şurası çağırılır. 1980-ci ildə daimi fəaliyyət göstərən Nazirlər Komitəsi yaradılmışdır. Onun tərkibinə 11 nazir və İƏT-in Baş Katibi daxildir. Komitənin başlıca funksiyası üzv dövlətlərin birində baş vermiş fövqəladə situasiyanı və ya böhranı nəzərdən keçirmək, müsəlman ölkələri arasında olan münaqişə və mübahisələri nizamlamaqdır. İƏT çərçivəsində bir sıra daimi komitə və komissiyalar fəaliyyət göstərir. Baş Katibliyə iki il müddətinə seçilən Baş Katib rəhbərlik edir.
GUAM 1997-ci ilin oktyabnnda dörd dövlətin (Azərbaycan Respublikası, Gürcüstan, Ukrayna və Moldova) məşvərətçi forumu kimi fəaliyyətə başlamışdır. Özbəkistan 1999-cu ildə GUAM-a qoşulsa da, 2005-ci ilin mayında birlikdən çıxmışdır. 2006-cı ilin mayında qəbul olunmuş Nizamnaməyə uyğun olaraq, birlik «GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat» adlanan regional təşkilata çevrilmişdir.
GUAM-ın əsas orqanları aşağıdakılardır: Prezidentlərin ildə bir dəfə keçirilən zirvə görüşləri (ali orqan); Xarici işlər nazirləri şurası (icra orqanı); Milli koordinatorlar komitəsi (işçi orqan); Parlament Assambleyası və Katiblik. Kiyev şəhərində yerləşən Katiblik GUAM-a təşkilati-tcxniki yardım göstərir. Ona Baş katib rəhbərlik edir. Bunlardan əlavə, 'fəşkilat çərçivəsində müxtlif məsələlər (enerji, nəqliyyat, ticarət və iqtisadiyyat, mədəniyyət, elm və təhsil; turizm; terrorçuluğa, mütəşəkkil cinayətkarlığa və narotik- lərin yayılmasına qarşı mübarizə və s. məsələlər) üzrə işçi qrupları fəaliyyət göstərir.
Dostları ilə paylaş: |