Birləşmiş Millətlər Təşkilatı (BMT)
BMT bütün dünyada sülhün vo təhlükəsizliyin qorunub saxlanması və dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış universal beynəlxalq təşkilatdır. BMT-nin Nizamnaməsi 1945-ei il iyunun 26-da imzalanmış və 1945-ei il oktyabrın 24-də qüvvəyə minmişdir. Birləşmiş Millətlər 'fəşkilatmın özünün xüsusi statusunu, siyasi çəkisini və beynəlxalq həyatdakı rolunu, Nizamnamənin xüsusi növ (sui generis) beynəlxalq müqavilə olduğunu və onun hüquqi qüvvəsini (bu barədə bax: Nizamnamənin 103-eü maddəsi) nəzərə alaraq, Nizamnaməni beynəlxalq birliyin Konstitusiyası adlandırmaq olar.
Hazırda BMT-nin 193 üzvü vardır.
BMT-nin 193-cü üzvü Cənubi Sudan Respublikasıdır. 2011-ei ilin yanvannda beynəlxalq nəzarət altında keçirilmiş referendumun nəticəsi olaraq. Cənubi Sudan Respublikası 2011-ci il iyulun 9-da Sudandan rəsmi surətdə ayrılmış, 2011-ci il iyulun 14-də BMT-nin Baş Məclisi tərəfindən yeni üzv dövlət kimi BMT-yə qəbul edilmişdir.
BMT-nin altı əsas orqanı vardır: Baş Məclis, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblik.
Baş Məclis BMT-nin nümayəndəli orqanıdır; BMT-nin bütün üzvləri Baş Məclisdə təmsil olunmuşdur. Baş Məclisin səlahiyyətinə BMT Nizamnaməsinin tətbiq dairəsində olan istənilən məsələ aiddir. O, sülhün və beynəlxalq təhlükəsizliyin qorunub saxlanması ilə bağlı dövlətlərin əməkdaşlığının ümumi prinsiplərini, o cümlədən tərksilah məsələlərini nəzərdən keçirə bilər, siyasi, iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlıq məsələlərini, insan hüquq və azadlıqlarının həyata keçirilməsinə dəstək verilməsi, beynəlxalq hüququn mütərəqqi inkişafı və onun məcəllələşdirilməsi məsələlərini müzakirə edə bilər və Birləşmiş Millətlərin Üzvlərinə və/və ya Təhlükəsizlik Şurasına hər hansı bu cür məsələ və ya işlər üzrə tövsiyələr edə bilər.
Baş Moclis beynolxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına aid olan, Təhlükəsizlik Şurası və ya hər hansı dövlət tərəfindən ona təqdim olunmuş istənilən məsələni müzakirə edə bilər və müvafiq tövsiyələr edə bilər. Barəsində tədbir görülməli olan hər hansı belə məsələ Baş Məclis tərəfindən Təhlükəsizlik Şurasına verilir. Təhlükəsizlik Şurası, hər hansı bir mübahisə və ya situasiya ilə bağlı bu Nizamnamənin onun üçün nəzərdə tutduğu funksiyaları yerinə yetirdiyi zaman. Baş Məclis, əgər Təhlükəsizlik Şurası ondan bu barədə xahiş etmirsə, həmin mübahisə və ya situasiya ilə bağlı heç bir tövsiyə verə bilməz.
Baş Məclis BM'f-nin büdcəsini nəzərdən keçirir və təsdiq edir. O, l'əhlükəsizlik Şurasının qeyri-daimi üzvlərini, İqtisadi və Sosial Şuranın üzvlərini seçir, köməkçi orqanlar yaradır. Təhlükəsizlik Şurasının təqdimatı əsasında Baş Məclis BMT-yə yeni üzvlərin qəbul edilməsi və üzvlükdən çıxarılması, BMT üzvlərinin öz hüquq və imtiyazlarını həyata keçirməsinin müvəqqəti dayandırılması məsələlərini həll edir. Baş Katibi təyin edir. Təhlükəsizlik Şurası ilə paralel Beynəlxalq Məhkəmənin üzvlərini seçir.
Baş Məclis öz müntəzəm illik sessiyalarına və vəziyyət tələb etdikdə, xüsusi sessiyalara yığışır. Müntəzəm sessiyalar hər il sentyabr ayının üçüncü çərşənbə axşamı açılır. Xüsusi sessiyalar Baş Katib tərəfindən Təhlükəsizlik Şurasının və ya BMT üzvlərinin əksər hissəsinin tələbi ilə çağırılır.
Baş Məclisin altı əsas komitəsi vardır: Birinci komitə (Tərksilah və beynəlxalq təhlükəsizlik məsələləri); İkinci komitə (iqtisadi və maliyyə məsələləri); Üçüncü komitə (sosial, humanitar və mədəni məsələlər); Dördüncü komitə (xüsusi siyasi məsələlər və müstəmləkəçilikdən azad olma məsələləri); Beşinci komitə (inzibati və büdcə məsələləri); Altıncı komitə (hüquqi məsələlər).
Baş Məclisin mühüm məsələlər üzrə qərarları onun sessiyada və səsvermədə iştirak edən üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Bu məsələlərə aşağıdakılar daxildir: beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması ilə əlaqədar tövsiyələr, 1’əhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin seçilməsi, İqtisadi və Sosial Şuranın üzvlərinin seçilməsi. Birləşmiş Millətlərə yeni Üzvlərin qəbul olunması. Təşkilat Üzvlərinin hüquq və imtiyazla-
nnın müvəqqəti dayandın iması. Üzvlərin Təşkilatdan çıxarılması və büdcə məsələləri.
Digər məsələlər üzrə qərarlar sessiyada və səsvermədə iştirak edən üzv dövlətlərin sadə səs çoxluğu ilə qəbul edilir.
Təhlükəsizlik Şurası BMT orqanları sistemində xüsusi yer tutur. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında başlıca məsuliyyət məhz onun üzərinə qoyulmuşdur. Bu məqsədlə müəyyən tədbirlər görərkən Təhlükəsizlik Şurası bütün üzv dövlətlərin adından çıxış edir.
Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Onlardan beşi daimi üzvlərdir - ABŞ, Böyük Britaniya, Rusiya, Fransa və Çin. Qalan on dövlət isə - bunlar qeyri-daimi üzvlərdir - Baş Məclis tərəfindən iki il müddətinə seçilir. 2011-ci ilin oktyabrında Azərbaycan Respublikası 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Təhlükəsizlik Şurasının geniş səlahiyyətləri vardır. O, beynəlxalq ixtilafa gətirib çıxara bilən və ya beynəlxalq mübahisəyə səbəb ola bilən istənilən mübahisəni və ya situasiyanı, həmin mübahisənin və ya situasiyanın davam etməsinin beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına təhlükə yarada biləcəyini müəyyən etmək məqsədi ilə tədqiq edə bilər.
Sülhə təhlükənin, sülhün pozulmasının və ya təeavüz aktının olmasının müəyyən edilməsi Təhlükəsizlik Şurasının müstəsna səlahiyyətinə aiddir. Belə bir faktı müəyyən etdikdən sonra Təhlükəsizlik Şurası iki cür qərar qəbul edə bilər: l) silahlı qüvvələrin istifadəsi ilə bağlı olmayan tədbirlər (41-ci maddə); 2) silahlı tədbirlər (42-ci maddə). Silahlı qüvvələrin istifadəsi ilə bağlı olmayan tədbirlər iqtisadi münasibətlərin və dəmiryol, dəniz, hava, poçt, teleqraf, radio və digər rabitə vasitələrinin tamamilə və ya qismən dayandırılmasını və diplomatik münasibətlərin kəsilməsini özünə daxil edə bilər. Nizamnamənin 42-ci maddəsinə görə, əgər Təhlükəsizlik Şurası hesab etsə ki, 41-ei maddədə nəzərdə tutulmuş tədbirlər kifayət olmaya bilər və ya artıq kifayət olmamışdır, o, hava, dəniz və ya quru qüvvələrinin vasitəsilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması və ya bərpası üçün zəruri ola bilən tədbirlər görə bilər; həmin tədbirlər Birləşmiş Millətlərin
üzvlərinin hava, dəniz və ya quru qüvvələrinin nümayişlərini, blokadasını və digər əməliyyatlarını özünə daxil edə bilər.
Bunlardan əlavə, 1 ohlükəsizlik Şurasının praktikada geniş həyata keçirdiyi, lakin BMT Nizamnaməsinin özündə birbaşa göstərilməyən daha bir mühüm səlahiyyəti vardır: potensial və ya mövcud münaqişə rayonuna müvafiq dövlətin razılığı ilə sülhməramlı qüvvələrin göndərilməsi (sülhün bərpa edilməsi və ya qorunub saxlanması üzrə əməliyyatlar). Hazırda dünyanın 4 qitəsində 15 bu cür əməliyyat həyata keçirən qüvvələr yerləşdirilmişdir (Kiprdə, Konqo Dcmolo-atik Res- pubikasında, Liberiyada, Livanda, Sudanda və b.).
Baş Məclisin aktlarından fərqli olaraq, 'fəhlükəsizlik Şurasının qətnamələri məcburi xarakter daşıyır və bütün dövlətlər tərəfindən yerinə yetirilməlidir. Təəssüf ki, onların xeyli hissəsinə praktikada siyasi mülahizələr ucbatından əməl olunmur. Məsələn, hamımıza yaxşı məlumdur ki. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Təhlükəsizlik Şurasının çıxardığı dörd qətnamə (822, 853, 874 və 884) indiyə qədər kağız üzərində qalır.
Təhlükəsizlik Şurası elə təşkil olunur ki, fasiləsiz fəaliyyət göstərə bilsin, 'fəhlükəsizlik Şurasının hər bir üzvü bu məqsədlə 'fəşkilatm olduğu yerdə hər an təmsil olunmalıdır.
'fəhlükəsizlik Şurasının hər bir üzvü bir səsə malikdir. Təhlükəsizlik Şurasının prosedur məsələlər üzrə qərarlan doqquz üzvün lehinə səs vennəsi ilə qəbul olunur, 'fəhlükəsizlik Şurasının bütün digər məsələlər üzrə qərarları, daimi üzvlərin uyğun gələn səsləri də daxil olmaqla, doqquz üzvün lehinə səs verməsi ilə qəbul olunur. Şuranın hər hansı bir üzvü qərarın əleyhinə səs verirsə, qərar qəbul olunmur, 'fəhlükəsizlik Şurasının daimi üzvlərinin bu müstəsna hüququ veto hüququ adlanır. Əgər daimi üzvlərdən biri və ya bir neçəsi səsvermə zamanı bitərəf qalırsa və ya səsvermədə iştirak etmirsə, doqquz üzvün lehinə səs verdiyi qərar qəbul olunmuş sayılır.
İqtisadi və Sosial Şura (EKOSOK) BM'f-nin və onun ixtisaslaşmış təsisatlarının iqtisadi və sosial sahələrdə fəaliyyətini əlaqələndirən orqandır. O, Baş Məclis tərəfindən üç il müddətinə seçilən 54 üzv dövlətdən ibarətdir; bu tərkibin üçdə biri, yəni 18 üzv dövlət hər il yenidən seçilir.
EKOSOK beynəlxalq iqtisadi və sosial problemləri müzakirə etmək və müvafiq tövsiyələr işləyib hazırlamaq üçün mərkəzi forum rolunu oynayır. O, iqtisadi, sosial, mədəni, təhsil, səhiyyə və yanaşı sahələrdə beynəlxalq məsələlərə aid tədqiqatlar və məruzələr edir və ya istənilən belə məsələlərə aid Baş Məclisə, Birləşmiş Millətlərin Üzvlərinə və maraqlı ixtisaslaşmış təsisatlara tövsiyələr edir. Baş Məclisə təqdim etmək üçün konvensiya layihələri hazırlayır, beynəlxalq konfranslar çağırır.
EKOSOK-un ən mühüm səlahiyyətlərindən biri BMT-nin ixtisaslaşmış təsisatlarının fəaliyyətini əlaqələndirməkdən biridir. EKOSOK bu təşkilatlarla xüsusi sazişlərə girir, onlarla məsləhətləşmələr apanr və tövsiyələr edir, onlardan müntəzəm məruzələr alır.
EKOSOK iqtisadi və sosial sahələrdə və insan hüquqlarına dəstək vermək üçün komissiyalar təsis edir. Hazırda onun 9 funksional komissiyası vardır: Statistika komissiyası, Sosial inkişaf üzrə komissiya, Əhali və inkişaf üzrə komissiya. Qadınların vəziyyəti üzrə komissiya, Cinayətkarlığın qarşısının alınması və cinayət ədalət mühakiməsi üzrə komissiya, Narkotik vasitələr üzrə komissiya, Elm və texnologiya üzrə komissiya. Davamlı inkişaf üzrə komissiya, Meşələr üzrə BMT Forumu. Bundan əlavə, köməkçi orqan kimi EKOSOK-un 5 regional komissiyası vardır: Afrika üzrə İqtisadi komissiya, Asiya və Sakit okean üzrə İqtisadi və sosial komissiya, Avropa iqtisadi komissiyası, Latın Amerikası və Karib hövzəsi üzrə İqtisadi komissiya və Qərbi Asiya üzrə İqtisadi və sosial komissiya.
EKOSOK öz səlahiyyətləri çərçivəsində olan məsələlərlə məşğul olan qeyri-hökumət təşkilatlan ilə məsləhətləşmələr apanr.
EKOSOK BMT-yə üzv olan hər hansı dövləti, həmin dövlət üçün xüsusi maraq kəsb edən istənilən məsələnin müzakirəsində iştirak etməyə (səsvermə hüququ olmadan) dəvət edir. EKOSOK- un hər üzvü bir səsə malikdir. Onun qərarları iştirak edən və səs verən üzvlərin səs çoxluğu ilə qəbul olunur.
Qəyyumluq Şurası BMT Nizamnaməsində fonnal qalsa da, artıq fəaliyyət göstərmir. O, beynəlxalq qəyyumluq sisteminə daxil olan ərazilərin siyasi, iqtisadi və sosial tərəqqisinə, onların özünüidarəyə və müstəqilliyə doğru inkişafına dəstək venuək üçün
yaradılmışdı. Şuranın fəaliyyəti dövründə 11 qəyyumluq altında olan ərazinin hamısı müstəqillik qazanmışdır (Qana, Somali, Kamerun, Toqo, Ruanda, Burundi, Tanzaniya, Samoa, Nauru, Papua- Yeni Qvineya və Palua). 1994-cü ildə axırıncı belə ərazi kimi Paluanın BMT-yə üzv qəbul edilməsi vo Qəyyumluq haqqında Sazişin qüvvədə olma müddətinin bitməsi ilə Qəyyumluq Şurası öz vəzifəsini tam yerinə yetirmişdir. Həmin il qəbul olunmuş qərara görə. Qəyyumluq Şurası gələcəkdə yalnız vəziyyət tələb etdikdə, yığışa bilər.
Beynəlxalq Məhkəmə Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanıdır. O, BM'f Nizamnaməsinə əlavə olunan və onun ayrılmaz tərkib hissəsini təşkil edən Statuta uyğun olaraq fəaliyyət göstərir. Beynəlxalq Məhkəmə dövlətlər arasındakı mübahisələri həll edir və hüquqi məsələlər üzrə məsləhət xarakterli rəylər çıxarır. Hər bir dövlət tərəf kimi çıxış etdiyi işdə Beynəlxalq Məhkəmənin qərarına əməl etməlidir.
BMT-nin bütün üzvləri ipso facto Beynəlxalq Məhkəmənin Statutunun iştirakçılarıdır. BMT-nin üzvü olmayan dövlət Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında Baş Məclis tərəfindən müəyyən olunan şərtlərlə. Beynəlxalq Məhkəmənin Statutunun iştirakçısı ola bilər.
Beynəlxalq Məhkəməyə 15 hakim daxildir; onlar Baş Məclis və Təhlükəsizlik Şurası tərəfindən seçilir. Məhkəmənin yerləşdiyi yer Niderlandın Haaqa şəhəridir.
BMT Katibliyinin başlıca vəzifəsi bütün Təşkilatın normal fəaliyyətini təmin etməkdən ibarətdir.
Katiblik Baş Katibdən və Təşkilat üçün tələb olunan ştatdan ibarətdir (Nizamnamənin 97-ci maddəsi). Baş Katib tərəfindən Baş Məclisin müəyyən etdiyi qaydalara əsasən təyin olunan Katibliyin işçiləri beynəlxalq vəzifəli şəxslər hesab olunur. Katibliyin əməkdaşlarını işə qəbul edərkən əsas tələblər kimi onlann yüksək iş qabiliyyəti səviyyəsi, səlahiyyətliliyi və təmizliyi ön plana çəkilir. Heyətin mümkün qədər geniş coğrafi əsasda seçilməsinin vacibliyinə lazımi diqqət yetirilməlidir. Öz vəzifələrini icra edərkən Baş Katib və Katibliyin əməkdaşlan hər hansı hökumətdən və ya BMT üçün kənar olan hər hansı digər orqandan göstəriş istəyə və ya ala bilməzlər.
BMT-nin hər bir Üzvü Baş Katibin və Katibliyin əməkdaşlannın vəzifələrinin sırf beynəlxalq xarakterinə hönnət etməli və onlara öz vəzifələrini yerinə yetirərkən heç bir təsir göstərməməlidir.
BMT-nin Baş Katibi Təşkilatın baş inzibati vəzifəli şəxsidir. O, Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında Baş Məclis tərəfindən 5 illik müddətə təyin olunur. O, əsasən icra-sərəncam funksi- yalannı yerinə yetirir.
İndiyə qədər aşağıdakı şəxslər BMT-nin Baş katibi olmuşlar: Trüq- ve Li (Norveç) - 1945-1953; Daq Hammerşcld (İsveç) - 1953-1961; U Tan (Birma) - 1961-1971; Kurt Valdhaym (Avstriya) - 1971-1981; Xavyer Peres de Kuelyar (Peru) - 1982-1991; Butros Butros Qali (Misir) - 1992-1996, Kofi Annan (Qana) - 1997-2006; Ban Ki-mun (Cənubi Koreya) - 2007-ci il yanvann 1-dən (2011-ci ilin iyununda yenidən bu vəzifəyə seçilmişdir).
Baş Katib Baş Məclisin, Təhlükəsizlik Şurasının və İqtisadi və Sosial Şuranın bütün iclaslarında fəaliyyət göstərir və bu orqanlar tərəfindən ona həvalə olunan digər funksiyaları icra edir. O, Təşkilatın işi barədə Baş Məclisə illik məruzə təqdim edir.
Baş Katibin mühüm səlahiyyətlərindən biri ondan ibarətdir ki, 0, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına qorxu törədə bilən istənilən məsələni Təhlükəsizlik Şurasının nəzərinə çatdıra bilər. Baş Katib beynəlxalq mübahisələrin və situasiyaların nizamlanmasında mühüm
rol oynayır.
Dostları ilə paylaş: |