MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 24 ____________________________
ERP-sistemləri müəssisədə planlaşdırma, idarəetmə və
nəzarət məsələlərinin gerçək inteqrasiya edilmiş şəkildə
həllinə imkan verir. Bu mənada,
ERP-sistemləri inteqrasiya
edilmiş informasiya sistemləridir (İNEDİNSİ). Bunlar bəzən də
inteqrasiya edilmiş idarəetmə sistemləri (İNEDİS) adlanır.
Çünki burada informasiya sistemləri şirkətin funksional
altsistemlərini təmin edən informasiya proseslərini dəstəklə-
yən verilənlər mübadiləsini vahid standartlar çərçivəsində
saxlayan
birləşdirilmiş
informasiya
texnologiyaları
platformalarına əsaslanır. Məsələn,
SAP R/3 tam funksionallıq
təmin edir. Yəni şirkətin istehsal, maliyyə, mühasibatlıq,
marketinq, zəruri resursların satın alınması, hazır məhsulun
satışı və s. kimi bütün funksional istiqamətlərindəki biznes-
prosesləri avtomatlaşdırmaq imkanı verir.
SAP R/3 inteqrasiya edilmiş qərar hazırlayır. Çünki qərar
qəbulunu şirkətin bu sistemin xidmətlərindən istifadə edən
bütün bölmələrində verilənlər və informasiyanın hazırlanması
və təqdim edilməsinin vahid standartlarına əsasən hazırlayır.
Beləliklə,
ERP-sistemlər şirkətin biznes-proseslərini vahid
texnoloji və informasion əsasda avtomatlaşdırmaq üçün
vasitələr təqdim edir.
Digər tərəfdən,
ERP-sistemlər daha bir vacib xassə
nümayiş etdirir. İri şirkət və ya xoldinq, bir qayda olaraq,
müxtəlif bölmələrdə və ya tabe (qız) müəssisələrdə
müvəffəqiyyətlə işləyən bir-neçə müxtəlif informasiya
sistemlərinə malik olur. Göstərək ki,
ERP-sistemin müvafiq
modulları pərakəndə paylanmış sistemlərdə ya xüsusi hazırlıq
işi görülmədən işləmir, ya da məqsədəuyğun olmur. Bu halda
ERP-sistem birləşdirici və ya inteqrasiyaedici rol oynayır. Yəni
şirkətdə bütün iyerarxiya səviyyələri üzrə fəaliyyət göstərən
müxtəlif təbiətli və müxtəlif funksional imkanlara malik olan