412
dərəcəli limfadenopatiya, visseral zədələnmələrin olmaması, CD16-nın normal miqdarı.
Xəstəliyin davametmə müddəti ən azı 2 ildir. Fotoferez 4-6 ay ərzində, ayda 2 dəfə
aparılır. 8-metoksipsoralenin qandakı optimal dərəcəsi 100-200 mkq/ml-dir. Xəstələrin
15-25%-ində bu müalicə klinik effekt verir. Remissiya dövrü 6 aydan 2 ilə qədər uzanır.
Retinoidlər A vitaminini və onun törəmələri (retinal, retinol, retinol turşusu), həmçi-
nin aromatik analoqları (arotinoid, 13 sis-retinol turşusu – izotretinoin, etretinat), əsasən
də aromatik retinoidlər hüceyrələrin differensiasiyanı zəiflətməklə proliferatı ingibasi-
ya edirlər. Izotretinoin və etretini DTHL-li xəstələr 0,5-1mq/kq çəkiyə qəbul edirlər.
Remissiyanın orta davametmə müddəti 3 aydan 13 aya qədərdir. Aromatik retinoidlər
xəstəliyin ilkin mərhələlərində, əsasən əl-ayaq hiperkeratozu olan xəstələrdə daha ef-
fektlidir. Daha məqsədə uyğun terapevtik effekt verən üsullardan biri də aromatik reti-
noidin PUVA-terapiya ilə birlikdə işlədilməsidir. Monokimyəvi terapiya müxtəlif sitos-
tatiklərin istifadəsini məsləhət görür: alkil preparatlar (tsiklofosfan, embixin, prospidin,
spirobromin və s.); vinkaalkaloidlər (vinkristin, vinblastin, etoposid); antimetabolitlər
(metotreksat); şişəleyhinə antibiotiklər (adriamisin, bruneomisin və s.); platin törəmələri
(sisplatin); kortikosteroid preparatlar (prednizolon və s.). DTHL-in gecikmiş mərhələlə-
rində polikimyəvi terapiya aparılır. Şişəleyhinə preparatların eyni zamanda müxtəlif
mexanizmlə işlədilməsi onunla əlaqədardır ki, hər bir sitostatik huceyrə şiş hüceyrəsin-
də G, M, S fazalarında DNT-nin sintezini inhibə edə bilər və bunun nəticəsində də şiş
proliferasiyasının sürətinin azalmasına səbəb olur. Bu məqsədlə müxtəlif polikimyəvi
terapevtik sxemlər təklif edilib, lakin bunlardan yalnız bir neçəsi istifadə olunur: əzələ
daxilinə 100 mq prospidin, kurs üçün 3-4 q; 4 həftə ərzində, həftədə bir dəfə venadaxili
1 mq vinkristin və 3 həftə müddətində gün ərzində 20-30 mq dozada, dozanın gündə 2,5
mq azaldılması şərti ilə prednizolon. İkinci metodikada 600 mq siklofosfan əzələ daxi-
linə həftədə 1 dəfə, vinkristin 1 mq vena daxilinə həftədə 1 dəfə və prednizolon həftəyə
20-30 mq 2-3 həftə və sonradan dozanı azaltmaq şərtilə. İki kurs effektiv olarsa, bu kurs
müalicə 3-4 dəfə, 4-5 dəfə fasilələrlə yenidən aparılır. Bu kurslar effektiv olmadıqda isə
digər müalicə üsullarından istifadə olunur, məsələn: siklofosfan, adriablastin, vinkristin
və prednizolon və ya bleomisin, adriamisin və metotreksat, və ya siklofosfan, adriami-
sin, vinkristin və etoposid və başqaları.
Dostları ilə paylaş: