Diqqət: Müəllif və tərcüməçi hüququ qorunur!


Məscidə xoş iyli ətirlər vurmaq



Yüklə 0,78 Mb.
səhifə12/27
tarix21.04.2017
ölçüsü0,78 Mb.
#15067
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

Məscidə xoş iyli ətirlər vurmaq


211- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : (Məscid mədəniyyəti haqqında buyurarkən) Cümə günləri məscidə ətir vurun.233

212- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Hər həftə məscidə gözəl iyli ətirlər vurun.234

213- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Mələklərin hədiyyəsi məscidlərə gözəl iyli ətirlər vurmaqdır.235

SƏKKİZİNCİ FƏSİL




Məscidin əhkamı və davranış qaydaları




Müstəhəbb əməllər



1/8

İxlas (Pak niyyət)



214- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Kim məscidə hansı məqsədlə gedirsə, elə onu da qazanar."236

215- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih): İnsanlar məsciddə bir-birilərinə lovğalandıqda Qiyamət yaxinlaşar.237

2|8

Təmizlik


216- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Allah-Təala buyurdu: "Ahay! Evində dəstəmaz alıb, evimə (məscidə) Mənim görüşümə gələn bəndə necə də xoşbəxtdir."238

217- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Təmiz olmadığın zaman məscidə getmə. Pak olmayan halda məscidə gedən şəxslə, məscid düşmənçilik edər.239

218- İmam Sadiq (əleyhis-səlam): Məscidlər yer üzündə Allahın evi sayılır, onları ziyarət edin. Allah-Təala təmiz halda məscidə gedən şəxsin günahlarını təmizləyər və adını Tanrı görüşünə gələnlərin siyahisinə yazar.240
3/8

Ayaqqabıların altını təmizləmək



219- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : "Məscidin qapısına yaxınlaşdıqda ayaqqabılarınızın altını təmizləyin."241

220- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Məscidə daxil olmaq istəyən şəxs, ayaqqabılarının aıtını təmizlədikdə, mələklər deyərlər: "Yaxşı əməl sahibi oldun. Behişt sənə halal olsun! Sag-salamat (əmin-amanlıqla) daxil ol."242

4/8

Məscidə girərkən və çıxarkən Allaha sığınmaq



221- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Bəndə məscidə daxil olarkən, belə deməlidir: "(Tanrı dərgahından) qovulmuş şeytanın şərrindən Allaha pənah aparıram." (Bu zaman) şeytan deyər: "Belim qırıldı." Sölədiyi bu sözə görə, Allah-Təala öz bəndəsinə (əməl dəftərinə) bir il ibadətin savabını yazar. Məsciddən çıxdığı zaman da, həmin cümləni yenidən söyləsə, Allah-Təala onun bədənindəki hər tükə yüz saleh əməlin savabını əta edər və onun məqamını yüz dərəcə ucaldar.243

222- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Sizlərdən hər biri məsciddən çıxdıqda, arılar "şahzadə" arının başına cəmləşdiyi kimi, iblis öz qoşununu yanına çağırıb, bir yerə toplayır. Amma sizin hər biriniz (məscidi tərk etməmişdən öncə) məscidin qapısının kəndarında dayanıb, "İlahi! İblis və onun qoşununun şərrindən sənə pənah aparıram."–söyləsəniz, sizə bir ziyan-zərər yetişməz.244

223- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Hər biriniz məscidə daxil olduqda, Peygəmbərə (səlləllahu əleyhi və alih) salam verin... və məsciddən çıxdığınızda da, Peygəmbərə (səlləllahu əleyhi və alih) salam verib, belə dua edin: "İlahi! (Tanrı dərgahından) qovulmuş şeytanın şərrindən mənə pənah ver."245

224- Sünəni-Əbi Davud : Abdullah ibn Ömərdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) məscidə necə daxil olması barəsində belə nəql olunur: "Peyğəmbər (səlləllahu əleyhi və alih) məscidə girdikdə buyurardı: "Qovulmuş şeytanın şərrindən Əzəmətli Tanrıya, Onun möhtəşəm varlığına və qədim, əzəli iqtidarına pənah aparıram!"246


5/8

Məscidə girərkən və çıxarkən dua etmək



225- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Sizlərdən hər biri məscidə daxil olduqda Peygəmbərə (səlləllahu əleyhi və alih) salam verib, bu duanı oxusun: "İlahi! Rəhmər qapılarını mənim üzümə aç." Məsciddən çıxdıqda isə belə deyin: "İlahi! Mənə öz fəzl və kərəmindən mərhəmət əta et."247

226- Fatimei-Zəhra: "Allahın rəsulu (səlləllahu əleyhi və alih) məscidə daxil olduqda buyurardı: "Allahın adı ilə və Tanrı elçisinə (səlləllahu əleyhi və alih) salam olsun. İlahi! Günahlarımı bağışla və rəhmət qapılarını mənim üzümə aç." Məscidddən çıxarkən də, buyurardı: "İlahi! Günahlarımı bağışla və fəzilət-kərəm qapılarını üzümə aç."248

227- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Hər biriniz məscidə daxil olduqda Peygəmbərə (səlləllahu əleyhi və alih) salam verib, bu duanı oxusun: "İlahi! Rəhmər qapılarını mənim üzümə aç." Oranı tərk etdikdə isə belə deyin: "İlahi! (Tanrı dərgahından) qovulmuş şeytanın şərrindən mənə pənah ver."249

228- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Sizlərdən hər biri məscidə daxil olduqda Peygəmbərə (səlləllahu əleyhi və alih) salam verib, bu duanı oxusun: "İlahi! "(Tanrı dərgahından) qovulmuş şeytanın şərrindən mənə pənah ver."250

229- Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) : Sizlərdən hər biri vacib namazınızı qıldıqdan sonra məscidi tərk edərkən, qapının kənarında dayanıb, belə dua etsin: "İlahi! Məni dəvət etdin və mən də gəldim və vacib namazını əda etdim. Əmr etdiyin kimi (başqa lazım olan işlərlə məşğul olmaq üçün) gedirəm. İndi də, sənin fəzl və kərəminə sığınıb, (əmrlərinə) itaət etmək və razı olmadığın işlərdən çəkinmək istəyirəm. Sənin rəhmətinə pənah aparıb, ruzimi səndən istəyirəm.251

230-Dəaimül-İslam: (İmam Əlinin (əleyhis-səlam) məscidə necə daxil olması barəsində) O, məscidə daxil olduqda, buyurardı: "Allahın adı ilə və Ondan imdad dilyirəm. Ey Peyğəmbər! Allahın salamı və xeyir bərəkətləri sənin üçün olsun! Bizə və Allahın dəyərli bəndələrinə salam olsun!"252

231- Tənbihül-ğafilin: Rəvayət olunur ki; dəstəmaz alarkən İmam Həsənin (əleyhis-səlam) üzünün rəngi ağarardı. Bunun səbəbini soruşduqda isə, O həzrət (əleyhis-səlam)buyurdu: "Axı Ulu Hökmdarın hüzurunda əlləri bağlı halda dayanmaq istəyirəm."

O, hər zaman məscidin qapısına yetişdikdə, başını qaldırıb, buyurardı: "İlahi! Kölən Sənin dərgahına üz gətirib. Ey gözəl əməl sahibi! Bu pis əməlli bəndən Sənin hüzuruna gəlib. Bir halda ki, Sən, bizim yaxşılarımıza pislərimizi bağışlamaq əmri vermisən. İndi Sən yaxşıliq edən, amma mən pis əməl sahibiyəm. Öz gözəlliyinlə mənim pisliyimi baışla. Ey bağışlayan!" Sonra da, məscidə girərdi.253



232- İmam Sadiq (əleyhis-səlam) : Məscidə daxil olduqda Allaha şükr et və Ona həmd-səna oxu.254

233- İmam Sadiq (əleyhis-səlam) : Məscidə daxil olduqda və oradan xaric olduqda, Peyğəmbərə (səlləllahu əleyhi və alih) salavat göndər.255

234- İmam Sadiq (əleyhis-səlam) : Hər kim evində gözəl şəkildə dəstəmaz ala, saçlarını daraya, özünü ətirləyə, sonra isə evindən sakit və vüqarla çıxaraq, camaat namazında iştirak etmək üçün məscidə gedə, atdığı hər addıma görə bir savab qazanar və bir günahı bağışlanar və məqamı bir dərəcə yüksələr.

Məscidə girdikdə bu duanı oxu: "Allahın adı ilə. Allahdan yardım diləyirəm, Allahın Rəsulunun dininə, Allahdan və Allaha doğruyam. Tanrının istədiyi kimi olsun. Allahdan başqa qüdrət yoxdur. İlahi! Rəhmət və əfv qapılarını bizim üzümüzə aç, qəzəb və hiddət qapılarını üzümə bağla. İlahi! Rahatlıq və asudəlik Səndən gələr. İlahi! Gecə-gündüzüm Səninlədir. Mən Sənin mərhəmət və razılığına görə, (və həmçinin) narazı olduğun işlərdən çəkinmək üçün qarşında diz çökürəm. İlahi! Səndən rahatlıq və asudəlik istəyirəm."

Sonra yenə belə de: "İlahi! Mən Məhəmməd (səlləllahu əleyhi və alih) və Əlinin (əleyhis-səlam) vasitəsi ilə Sənin dərgahına gəlmişəm. Məni bu iki şəxsin vasitəsi ilə Sənin hüzuruna gələn, ən heysiyyətli insanlardan qərar ver. Və onların araçılığı ilə Sənə daha yaxın olan kəslərdən et. Məni bu iki şəxsə xatir Özünə yaxınlaşdır və əsla Özündən uzaqlaşdırma. Amin! Ey aləmlərin Rəbbi."

Sonra camaatın imamı ilə birlikdə namaza başlasın. İmam namazı qurtarmamışdan öncə Allah onu bağışlamış və behişti ona vacib etmişdır.256



235- Təhzibül-əhkam: Səmaədən nəql olunur: Fatimeyi-Zəhra (səlamullahi əleyha) buyurub: "Məscidə daxil olduğun zaman de: "Allahın adı ilə. Allahın elçisinə salam olsun! Həqiqətən də, Allah-Təala və mələkləri, Məhəmmədə (səlləllahu əleyhi və alih) və onun ailəsinə salam göndərirlər. Allahın salamı və xeyir-bərəkəti onlara şamil olsun! İlahi! Günahlarımı bağışla və rəhmət qapılarını mənim üzümə aç." Məsciddən çıxarkən də, elə bu duanı oxu.257
6/8

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin