Disklərin yoxlanması. Disklərin sektorlara bölünməsi


Tətbiqi proqramlar paketi



Yüklə 93,23 Kb.
səhifə9/20
tarix24.01.2023
ölçüsü93,23 Kb.
#80552
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
Konspektlər

Tətbiqi proqramlar paketi müəyyən sinif məsələləri həll etmək üçün nəzərdə nəzərdə tutulmuş elə proqramlar kompleksidir ki, kompleksin komponent­lərindən biri idarəedici rolunu oynayaraq, istifadə edilən bütün proqramların bir-biri ilə əlaqəsini təşkil etmiş olur. Hər hansı sahədə tətbiq olunan, rahat interfeysə malik olan, dialoq rejimində işləyən hazır proqram məhsuludur.
Standart proqramlar kitabxanası isə riyazi funksiyaların hesablanması, standart məsələlərin həllini, verilənlərin emalını və sairə bu kimi işləri yerinə yetirən proqramlardır. Bu proqramlar əvvəlcədən hazırlanaraq istifadə üçün kompüterin yaddaşına yazılır.
Hal-hazırda ən çox istifadə edilən tətbiqi proqramlar aşağıdakılardır:

  • kompüterdə mətnlərin hazırlanması - mətn redaktorları (WordPad, Microsoft Word);

  • cədvəl verilənlərinin emalı-cədvəl prosessorları (Lotus 1-2-3, Microsoft Excel);

  • nəşriyyat sənədlərinin hazırlanması-nəşriyyat sistemi (PageMarker? QuarkXpress);

  • informasiya massivlərinin email - verilənlər bazasının idarə edilməsi sistemləri (Microsoft Access);

  • təqdimatların (prezentasiyaların) hazırlanması (Microsoft Power Point);

  • iqtisadi əhəmiyyətli proqramların hazırlanması (Фиэксперт, Бухгалтерия 1С);

  • videofilmlərin, şəkillərin yaradılması üçün proqramlar - qrafik sistemlər (Presto! Mr. Photo);

  • verilənlərin statistik təhlili proqramları (SPSS, Statistika);

  • kompüter oyunları, öyrədici proqramlar, tərcümə proqramları və s. (Polyqlot, PROMT).

Tətbiqi proqramlar paketi hər hansı məsələ və ya məsələlər sinfi, həmçinin istifadəçilər üçün nəzərdə tutulan proqram vasitələrinin toplusu və ya kompleksidir.
Tətbiqi proqramlar paketi aşağıdakı əlamətlərə görə təsnif olunurlar:

Tətbiqi proqramlar paketi tətbiq sahələri üzrə aşağıdakı kimi təsnif olunurlar:

  • əməliyyatlar sistemlərinin imkanlarını genişləndirən tətbiqi proqramlar paketi;

  • ümumi təyinatlı tətbiqi proqramlar paketi;

  • mühəndis, iqtisadi və sairə məsələlərin həlli üçün istifadə olunan tətbiqi proqramlar paketi.

İnformasiyanın işlənməsi üzrə tətbiqi proqramlar paketi üç qrupa bölünürlər:

  • üsulyönlü proqramlar paketi;

  • problemyönlü və ya problemlə bağlı proqramlar paketi;

  • texnologiyayönlü proqramlar paketi.

Üsulyönlü tətbiqi proqramlar paketi hər hansı üsulla (məsələn, simpleks üsulla xətti proqramlaşdırma məsələlərinin həlli) məsələlərin həlli üçün istifadə edilir.

Yüklə 93,23 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin