lokallığıdır. Bu o deməkdir ki, reseptorların göndərdikləri siqnalların təhlili imkan verir
ki, biz qıcıqlandırıcının hansı məkandan təsirini də əks etdirək. Başqa sözlə, işığın
haradan düşdüyünü, istinin haradan gəldiyini, yaxud, bədənimizin hansı hissəsinə
mexaniki təsirin olduğunu əks etdiririk.
Duyğulara aid olan qanunauyğunluqlardan biri də həssaslıq və onun ölçülməsi
məsələsidir.
Həssaslıq analizatorun duyma qabiliyyətidir. Mütəxəssislər həssaslığın iki növünü
qeyd ediblər: mütləq və fərqləndirmə həssaslığı. Mütləq və fərqləndirmə həssaslığı
duyğunun mütləq və fərqləndirmə həddləri ilə ölçülur.
Dostları ilə paylaş: |