Duyğunun mütləq aşağı həddi zorla duyğu əmələ gətirə bilən qıcıqlandırıcının
ən kiçik kəmiyyəti ilə müəyyən edilir. Bu kəmiyyət nə qədər kiçik olarsa həssaslıq bir
o qədər yüksək olar. Bu, duyğunun mütləq həddi və həssaslıq arasında tərs mütənasib
asılılıq olduğunu göstərir. Bunu riyazi olaraq belə ifadə etmək olar:
E = 1/p
Burada E-mütləq həssaslıq, P isə qıcıqlandırıcının mütləq hədd kəmiyyətidir.
Duyğuların aşağı həddi müvafiq analizatorun mütləq həssaslıq səviyyəsini
müəyyən edir. Yəni P-nin kəmiyyəti nə qədər kiçik olarsa E-nin göstəricisi bir o qədər
yüksək olar və ya əksinə.
Mütləq həssaslığın aşağı duyğu həddi ilə yanaşı yuxarı duyğu həddi də vardır.
Duyğu yaratmaqda davam edən ən yüksək qıcıq qüvvəsinə və ya kəmiyyətinə
həssaslığın yüksək mütləq həddi deyilir. Məsələn, eşitmə duyğusunda səs dalğasının 20
hersə bərabər olan kəmiyyəti duyğunun aşağı mütləq həddi hesab olunursa, 20 000
hersə bərabər kəmiyyəti bu duyğuda yuxarı mütləq hədd kimi qəbul olunmuşdur. Həm
aşağı, həm də yuxarı hədd kəmiyyətləri insanın fəaliyyətinin xarakterindən, onun
6
yaşından, reseptorun funksional vəziyyətindən, qıcıqlanmanın qüvvəsindən və
davamlılığından asılı olaraq dəyişilir.
Dostları ilə paylaş: |