EcoVision


Elektron ticarət sektorunda lider ölkə hansıdır?



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə35/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   31   32   33   34   35   36   37   38   ...   95
Elektron ticarət sektorunda lider ölkə hansıdır?

ABŞ  elektron  kommersiya  sektorunda  liderlik 

edərək Şimali Amerika və Avropanı geridə qoyur. 2015-

ci  ildə  ABŞ-da  onlayn  satışlardan  gəlirlərin  349  mil-

yard dollara çatacağı, “RetailMeNot” şirkəti tərəfindən 

tədqiqatın  aparıldığı  səkkiz  Avropa  ölkəsində  bu 

göstəricinin 254 milyard dollar təşkil edəcəyi gözlənilir. 

Ölkə həmçinin 115 dollar təşkil edən orta onlayn sifariş 

göstəricisi üzrə birinci yerdədir. Bu isə səkkiz Avropa 

ölkəsindən 26 faiz (85 dollar), İsveçdən 21 faiz (91 dol-

lar), Böyük Britaniyadan 22 faiz (90 dollar) və Kanada-

dan 15 faiz (98 dollar) çoxdur.

On  ölkədə  aparılan  tədqiqatdan  məlum  olub 

ki,  onlayn  satışlarda  artım  bilavasitə  mobil  ticarətin 

populyarlığının  artması  ilə  əlaqədardır.  ABŞ-da  ba-

zar  həmçinin  tədqiqatın  keçirildiyi  digər  ölkələrlə 

müqayisədə mobil kommersiya sektorunda sürətlə in-

kişaf edir. Proqnozlara görə, 2015-ci ildə ABŞ-da mobil 

kommersiyanın həcmi səkkiz Avropa ölkəsinin 20 faiz-

lik göstəricisi (61,5 milyard dollar) ilə müqayisədə on-

layn satışların ümumi həcminin 27 faizini təşkil edəcək. 

Bu il onlayn satışların 14 faiz artacağı ABŞ-dan kənar 

ölkələrdə Şimali Amerika və Avropa bazarlarının böyük 

beynəlxalq müştəri bazasında maraqlı olan pərakəndə 

satışla məşğul olanlar üçün cəlbedici olacağı proqnoz-

laşdırılır. Məsələn, tədqiqatın aparıldığı səkkiz Avropa 

ölkəsi arasında internet satış həcminin 82 faizi Almani-

ya, Fransa və Böyük Britaniyanın payına düşür.

Həmçinin Almaniyada elektron ticarətin illik artımı-

nın  23  faiz  olacağı  proqnozlaşdırılır.  Hazırda  bu  ölkə 

Avropa bazarında onlayn satışların həcminə görə ikinci 

yeri tutur. Fransada bu göstəricinin 17 faiz (Avropada 

satış həcminə görə üçüncü yer), Böyük Britaniyada 16 

faiz (Avropada onlyan satışların sayına görə birinci yer), 

Polşada 21 faiz, Kanadada 13 faiz olacağı gözlənilir.


Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin