EcoVision


azərbaycan, türkmənistan və türkiyə



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə32/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   28   29   30   31   32   33   34   35   ...   95
azərbaycan, türkmənistan və türkiyə 

avropa İttifaqı ilə energetika üzrə 

bəyannamə imzaladılar 

Azərbaycan,  Türkmənistan  və  Türkiyə  Avropa  İt-

tifaqı  ilə  energetika  sahəsində  əməkdaşlığın  inkişafı 

haqqında bəyannamə imzalayıblar.

Trend-in  məlumatuna  görə,  sənəd  Aşqabad-

da  Türkmənistan,  Azərbaycan  və  Türkiyənin  neft-

qaz  qurumlarının  rəhbərləri  və  Avropa  İttifaqının 

nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə imza-

lanıb. Azərbaycanı danışıqlarda energetika naziri Na-

tiq Əliyev təmsil edib.

Sənəddə deyilir ki, tərəflər istehsalçılar, tranzitçilər 

və  enerji  istehlakçılarının  maraqlarını  eyni  dərəcədə 

nəzərə alan etibarlı, sabit və uzunmüddətli beynəlxalq 

əməkdaşlığın  təmin  edilməsi  üçün  zəruri  əlverişli 

şəraitin yaradılmasının tərəfdarıdırlar.

Tərəflər,  həmçinin  Türkmənistandan  Avro-

paya  təbii  qaz  tədarükünün  təmin  edilməsində 

bərabərhüquqlu  və  qarşılıqlı  faydalı  əməkdaşlığın 

vacibliyini  qeyd  ediblər.  Gələcək  danışıqlar  üçün 

Azərbaycan,  Türkmənistan,  Türkiyə  və  Avropa  İt-

tifaqının  enerji  sahəsinə  cavabdeh  olan  struktur 

rəhbərlərinin  müavinləri  səviyyəsində  işçi  qrupunun 

yaradılması gözlənilir.


Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin