EcoVision



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə68/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   64   65   66   67   68   69   70   71   ...   95
“Energocredit”lə alınmış 

məhsulların 10 faizi 

müştərilərə geri ödənilir

“Energocredit”  layihəsi  çərçivəsində  müştərilər 

tərəfindən  “Energocredit”lə  alınmış  məhsulların 

dəyərinin 10%-i onlara nağd şəkildə geri ödənilir. Bu-

nunla yanaşı, müştərilərə mütəxəssislərin pulsuz texniki 

dəstəyindən yararlanmaq imkanı da verilir.

Avropa  Yenidənqurma  və  İnkişaf  Bankı  (AYİB) 

tərəfindən  tətbiq  edilən  “Energocredit”  layihəsinin 

məqsədi  daha  səmərəli  texniki  avadanlıq,  materiallar 

və  məişət  avadanlıqları  əldə  etməklə  yerli  sahibkarla-

ra  və  fiziki  şəxslərə  enerjiyə  ödədikləri  vəsaitə  qənaət 

etmələrinə yardımçı olmaqdır.

Qeyd edək ki, “DəmirBank” “Energocredit” layihəsinə 

bu  ilin  sentyabr  ayından  qoşulub.  AYİB  layihəni 

gerçəkləşdirmək üçün “DəmirBank”a 5 milyon ABŞ dol-

ları ayırıb.

Ölkənin  ilk  kommersiya  banklarından  olan 

“DəmirBank”  1989-cu  ildə  fəaliyyətə  başlayıb.  Bankın 

səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan 

Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İn-

kişaf Maliyyə Şirkəti (FMO) daxildir.


Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin