EcoVision


dövlət İKt sahəsində sahibkarlığın



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə76/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   72   73   74   75   76   77   78   79   ...   95
dövlət İKt sahəsində sahibkarlığın 

inkişafına dəstək verir

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru 

Elçin Zeynalovun “EcoVision” jurnalına müsahibəsi


47

sahibkarlıq  fəaliyyətini  dəstəkləmək,  innovasiya  və 

elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir in-

frastrukturun  inkişafına  təkan  vermək,  kiçik  və  orta 

sahibkarlıq  subyektlərinə  maliyyə  dəstəyi  göstərmək, 

bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən 

ibarətdir.  Fond  İKT  sahəsində  innovativ  fəaliyyətin 

stimullaşdırılması  və  istehsalyönümlü  fəaliyyətin 

dəstəklənməsi  kimi  vacib  məqsədlərə  xidmət  edir  və 

bu məqsədlərə nail olmaq üçün maliyyə resurslarının 

cəlb  edilməsi,  bundan  səmərəli  istifadə  olunmasını 

həyata keçirir. Fond ölkə iqtisadiyyatında İKT sektoru-

nun inkişafı ilə bağlı real nailiyyətlərin əldə olunması 

üçün  sərəncamında  olan  vəsaitlər  hesabına  müvəkkil 

kredit  təşkilatları  vasitəsilə  bu  sahədə  fəaliyyət 

göstərən  sahibkarlara  aşağı  faizli,  güzəştli  şərtlərlə 

kreditlər ayırır, müsabiqə yolu ilə innovativ və tətbiqi 

elmi-texniki  layihələrin  qrant  maliyyələşməsini  təmin 

edir. Yaxın perspektivdə isə müəssisələrin səhmlərinin 

və ya digər qiymətli kağızlarının əldə edilməsi yolu ilə 

bu  müəssisələrə  müddətli  investisiya  qoyuluşları,  xa-

rici və yerli investisiyaların cəlb olunması üçün inves-

tisiyaların qorunmasına təminat verilməsi kimi önəmli 

instrumentlərin  tətbiq  olunması  imkanları  nəzərdən 

keçirilir.

Artıq  fond  tərəfindən  iki  qrant  müsabiqəsi  keçirilib 

və  qaliblər  müəyyən  olunub.  Ümumiyyətlə,  qrant 

müsabiqələrində  kimlər  iştirak  edə  bilər?  İstərdik  bu 

barədə də oxucularımıza məlumat verəsiniz.

Fond  İKT  sahəsində  sahibkarlığı  inkişaf  etdirmək 

məqsədilə  yeni  yaranan  “start-up”  şirkətlərə  və  kiçik 

sahibkarlıq  subyektlərinə  qrantlar  şəklində  maliyyə 

dəstəyini  həyata  keçirir.  Artıq  fond  tərəfindən  elan 

olunan  1-ci  qrant  müsabiqəsi  başa  çatıb,  qalib 

layihələrin  maliyyələşdirilməsi  prosesi  isə  yekunlaş-

maq üzrədir. Fondun Müşahidə Şurasının qərarı ilə 2-ci 

qrant  müsabiqəsinin  qalibləri  müəyyən  olunub.  Qalib 

layihələrin  maliyyələşdirilməsi  isə  yaxın  günlərdə  baş-

lanacaq.  Fondun  elan  etdiyi  qrant  müsabiqələrində 

Azərbaycan  Respublikasının  vətəndaşı  olan  fiziki  və 

Azərbaycan Respublikasında dövlət qeydiyyatı olan hü-

quqi şəxslər iştirak edə bilər.



Qrant  müsabiqəsinə  təqdim  olunmuş  layihələrin 

qiymətləndirilməsi hansı meyarlar əsasında aparılır? 

Müsabiqəyə təqdim olunmuş qrant layihələri ekspert 

və ya ekspertlər qrupu tərəfindən fondun Müşahidə Şu-

rasının  müəyyən  etdiyi  meyarlar  üzrə  qiymətləndirilir. 

Layihələrin  qiymətləndirilməsi  12 

meyar  üzrə  aparılır.  Hər  bir  me-

yar  üzrə  layihəyə  1  və  ya  0  qiymət 

verilə  bilər.  8  və  ya  daha  artıq  xal-

la  qiymətləndirilmiş  layihələrin 

maliyyələşdirilməsi  haqqında  qərar 

qəbul etmək üçün fondun Müşahidə 

Şurasına  təqdim  olunur.  İlk  olaraq 

layihə  innovasiyayönümlü  olmalıdır. 

Onun  məqsəd  və  vəzifəsi  aydın  ol-

malıdır. Ölkədə İKT sahəsinin inkişa-

fına  verəcəyi  töhfə  və  kommersiya-

laşdırılma  potensialı,  yerli  və  xarici 

investorların cəlb olunması ehtimalı 

kimi meyarlar müəyyən olunmuşdur. Bütün bu və digər 

meyarlarla fondun rəsmi internet səhifəsində (www.ict-

fund.gov.az) tanış olmaq mümkündür. 

Əlbəttə  ki,  bu  cür  müsabiqələrin  keçirilməsi 

Azərbaycanda İKT sahəsinin inkişafına, startap hərəkatının 

güclənməsinə  təkan  verir.  Bəs  fikrinizcə,  ölkəmizdə  İKT 

sahəsində  sahibkarlığın  inkişaf  etdirilməsində  yeni  ya-

ranan texnoparkların üzərinə hansı öhdəlik düşür və sa-

hibkarlar texnoparkların hansı imkanlarından istifadə edə 

bilərlər?

İKT  sektorunda  beynəlxalq  təcrübə  və  dünya  iqti-

sadiyyatında  müşahidə  olunan  inkişaf  tendensiyalarını 

yaxından  izləyən  fond  bu  sahədə  fəaliyyət  göstərən 

milli  sahibkarlığın  inkişafına  xüsusi  diqqət  göstərir. 

Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-

ci il tarixli fərmanı ilə yaradılmış Yüksək Texnologiyalar 

Parkı (YTP) ölkədə İKT biznesinin inkişafı üçün təməl ol-

maqla  bu  sahədə  fəaliyyət  göstərən  sahibkarlara  yeni 

imkanlar açmış oldu. Belə ki, YTP-də fəaliyyət göstərən 

rezidentlər 7 il ərzində əlavə dəyər, gəlir, torpaq və əmlak 

vergisindən  azad  olunurlar.  Həmçinin  İKT  sahəsində 

fəaliyyət göstərən sahibkarlıq subyektləri xaricdən idxal 

olunan texnika və avadanlıqlara görə dövlət gömrük rü-

sumundan tam azad olunurlar. YTP-nin filial şəbəkəsinin 

bütün ölkə daxilində formalaşdırılması nəzərdə tutulur. 

Ölkənin bir çox iri müəssisə və zavodları, həmçinin apa-

rıcı ali məktəblərdə yaradılması nəzərdə tutulan texno-

parklar YTP-nin, bir növ, filialları rolunu oynayacaq. Ölkə 

başçısının 27 fevral 2015-ci il tarixli  fərmanı ilə YTP-nin 

Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar tor-

paq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkı 

(Mingəçevir  YTP)  yaradılmışdır.  Mingəçevirdə  fəaliyyət 

göstərən  “Kür”  Kompüter  Avadanlığı  zavodu  YTP-nin, 

bir növ, filialı kimi fəaliyyət göstərəcək. Mingəçevir YTP-

nin  yaradılması  bu  sahədə  aparılan  siyasətin  məntiqi 

İ

KT  sektorunda  beynəlxalq  təcrübə  və  dünya  iqtisadiy-



yatında  müşahidə  olunan  inkişaf  tendensiyalarını  yaxın-

dan  izləyən  fond  bu  sahədə  fəaliyyət  göstərən  milli  sa-

hibkarlığın  inkişafına  xüsusi  diqqət  göstərir.  Azərbaycan 

Respublikası  Prezidentinin  5  noyabr  2012-ci  il  tarixli 

fərmanı  ilə  yaradılmış  Yüksək  Texnologiyalar  Parkı  ölkədə 

İKT  biznesinin  inkişafı  üçün  təməl  olmaqla  bu  sahədə 

fəaliyyət  göstərən  sahibkarlara  yeni  imkanlar  açmış  oldu. 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin