EcoVision



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə73/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   69   70   71   72   73   74   75   76   ...   95
ən mühüm sərmayə insanın 

özünə qoyduğu sərmayədir

"azərbaycan Koka-Kola Bottlers Ltd " MMc şirkətinin baş direktoru 

cem Becel “EcoVision” jurnalının “Sahibkar” rubrikasında suallarımızı cavablandırır


42

EcoVision

SAHİBKAR


müxtəlif vəzifə öhdəliklərim oldu. Ancaq karyeram, 

inkişafım üçün özümə qoyduğum sərmayə ilə para-

lel böyüdü. Bu fərdi inkişaf cəhdləri iş göstəriciləri 

ilə birləşdikcə pillələri qalxmağa başladım. Univer-

sitet  təhsilimi  "Coca-Cola"da  işləyərkən  bitirdim. 

Xarici  dil  biliklərimi  artırmaq  üçün  ölkədaxili  və 

ölkəxarici bir çox təlimlərdə iştirak etdim. Şirkətdə 

müdir vəzifəsində işlədiyim zaman marketinq üzrə 

ixtisaslaşmış MBA təhsilimi başa vurdum. İşlədiyim 

şirkət  də  məni  müxtəlif  fərdi  inkişaf  təlimlərinə 

göndərdi  və  bunun  sayəsində  dünyanı  da  görüb 

tanımaq  imkanım  oldu.  2010-cu  ildə  "Coca-Co-

la İordaniya"nın baş direktoru təyin olundum  və 

2014-cü ildən etibarən Azərbaycanda eyni vəzifədə 

işləyirəm.

Artıq  bir  neçə  ildir  ki,  "Azərbaycan  Koca-Kola 

Bottlers  Ltd"  MMC  şirkətinin  baş  direktoru    olaraq 

fəaliyyətdəsiniz.  Azərbaycana adaptasiya Sizin üçün 

çətin olmadı ki?

Bu sualın cavabı çox qısa olacaq. Heç bir adap-

tasiya müddəti keçmədim, özümü ilk gündən bəri 

evimdəki kimi hiss edirəm.



Şirkətiniz  yaşadığımız  cəmiyyətin  inkişafına, 

ətraf  mühitin  qorunmasına  xüsusi  önəm  verir.    Bu 

məqsədlə müəyyən sosial və ekoloji layihələr həyata 

keçirir. Bu barədə nə deyə bilərsiniz?

20 ildən artıqdır ki, biz Azərbaycan cəmiyyətinin 

bir  parçasıyıq  və  bu  gün  "Coca-Cola"  siste-

mi  Azərbaycanda  400  əməkdaşı  işlə  təmin  edir, 

həmçinin  1200-dən  artıq  insana  birbaşa  əmək 

məşğulluğu imkanı yaradır. Bundan əlavə, təchizat 

sistemləri  vasitəsilə  4000-dən  artıq  insana  iş 

fürsətləri  yaradır.  Fəaliyyət  göstərdiyimiz  hər  bir 

ölkədə biz hökumət, vətəndaş cəmiyyəti və digər 

özəl  sektor  iştirakçıları  ilə  bərabər  əməkdaşlıq 

çərçivəsində işləyərək, əhatəli və davamlı inkişafa 

dəstək olmağa çalışırıq. Bu məqsədlə Azərbaycanda 

sağlam həyat tərzi, gənclərin səlahiyyətləndirilməsi 

və  ətraf  mühitlə  bağlı  keçirilən  ictimai  layihələrə 

sərmayə ayırırıq. 

Fəal  və  sağlam  həyat  tərzinin  "Coca-Cola"nın 

əsas  prioritetlərindən  olduğunu  nəzərə  alsaq, 

cəmiyyətin  inkişafına  müsbət  təsir  göstərən 

layihələrə  dəstək  olmaq  bizim  üçün  çox  vacibdir. 

Belə layihələrdən biri kimi FASA (Fəal Ailəm, Sağlam 

Aləm)-nı qeyd etmək olar belə ki, Azərbaycan Res-

publikası Gənclər və İdman Nazirliyi və Azərbaycan 

Respublikası Milli Olimpiya Komitəsi arasında imza-

lanmış memoranduma əsasən 1-ci Avropa Oyunla-

rının sosial miras layihələrindən birinə çevrildi. FASA 

proqramı  Azərbaycanda  gənclər  və  onların  ailələri 

arasında fəal və sağlam həyat tərzini təbliğ etmək 

məqsədi  daşıyan  uzunmüddətli  bir  təşəbbüsüdür. 

Bu  layihə  2012-ci  ildə,  "Coca-Cola",  Azərbaycan 

Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan 

Respublikası  Təhsil  Nazirliyi  arasındakı  tərəfdaşlıq 

nəticəsində yaradılmışdır.

Həmçinin  bizim  Məktəbli  Kuboku  adlandı-

rılan  layihəmiz  də  var.  Layihə,  "Coca-Cola"  və 

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ara-

sında uzunmüddətli tərəfdaşlıq olaraqla, Məktəbli 

Kuboku  və    U13  liqa  turnirlərinin  təşkilindən 

ibarətdir.  Hər  il,  Naxçıvanda  daxil  olmaqla  bütün 

Azərbaycandan  200.000-dən  çox  məktəbli  bu 

turnirdə iştirak edir.

Ən əsası isə, biz ilk dəfə Azərbaycanda keçiriləcək 

"Baku  2015"  Avropa  Oyunlarının  rəsmi  tərəfdaşı 

olduğumuz  üçün  qürur  duyuruq.  Bu  tədbirin 

Azərbaycan  üçün  necə  böyük  əhəmiyyət  daşıdığı-

nı və bütün azərbaycanlıların milli qüruru ilə bağlı 

olduğunu bilirik. Buna görə də bu tədbirin bir par-

çası olduğumuz üçün fəxr edir və hər kəsi ölkənin 

tarixində ən vacib səhifələrdən biri kimi əbədi ola-

raq qalacaq bu tarixi səyahətə dəvət edirik.

Biz həm də ADA Universitetinin strateji tərəfdaşı 

olaraq 2014-cü ilin fevral ayında “Ağac Ək, Həyata 

Hədiyyə Ver” layihəsinə başladıq və 2020-ci ilin so-

nuna qədər 100.000 ağac əkməyi nəzərdə tuturuq. 

Layihə  Azərbaycandakı  şirin  su  ehtiyatlarının  qo-

runması  və  çoxaldılmasına  nail  olmaq  məqsədilə 

təyin  edilmiş  müəyyən  ərazilərdə  meşəsalma  və 

meşəbərpa tədbirlərinin həyata keçirilməsini təbliğ 

edir. Həmçinin layihə damla suvarmadan istifadəni 

nəzərdə tutur, bu da, öz növbəsində, ölkədəki su-

yun əhəmiyyətli miqdarda qənaətinə gətirib çıxa-

racaq.


Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin