EcoVision


türkiyə respublikasının səfiri alper coşkun



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə65/107
tarix28.12.2021
ölçüsü4,06 Mb.
#17128
1   ...   61   62   63   64   65   66   67   68   ...   107
türkiyə respublikasının səfiri alper coşkun 

anadolu Universitetində distant təhsil alan 

bir qrup tələbə ilə görüşüb

Dekabrın  10-da  Türkiyə  Respublikasının  Azərbaycandakı 

fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun ATİB-in koordi-

natoru  olduğu  Anadolu  Universitetində  ölkəmizdən  distant 

təhsil  alan  bir  qrup  tələbə  ilə  görüşüb.  Görüşdə  ATİB  İdarə 

Heyətinin sədri Cemal Yangın da iştirak edib.

Səfiri  Anadolu  Universitetinin  tələbələri  və  qurum 

əməkdaşları gül-çiçək dəstələri ilə qarşılayıblar.

Öncə  səfir  Alper  Coşkun  burada  Anadolu  Universiteti 

Azərbaycan Proqramlarının tələbələri üçün yaradılmış şəraitlə 

tanış  olub.  Anadolu  Universitetinin  Azərbaycandakı  əsas 

tərəfdaş qurumu – ATİB İdarə Heyətinin sədri Cemal Yangın və 

Anadolu Universiteti Azərbaycan Proqramlarının koordinatoru 

Azər Hətəmov səfir Alper Coşkuna ötən qısa müddət ərzində 

burada aparılmış abadlıq-quruculuq işləri, distant təhsil alan 

tələbələrin  istifadəsi  üçün  qurulmuş  zəruri  texniki  avadanlıq 

və  tələbələrə  göstərilən  xidmət  səviyyəsinin  yüksəldilməsi 

istiqamətində görülmüş digər işlər haqqında ətraflı məlumat 

veriblər. Bu şəraitin yaradılmasında ATİB-in dəstəyi də xüsusi 

qeyd  olunub.  Sonra  səfir  tələbələrlə  görüşüb.  Əskişəhərdən 

canlı  videokonfrans  vasitəsilə  Anadolu  Universitetinin  rektor 

müavini prof. dr. Yücel Güney, həmçinin prof. dr. Kerim Banar, 

Yrd. Dos. Dr. Sinan Aydın görüşə qatılıblar. Prof. Dr. Yücel Gü-

ney və prof. dr. Kerim Banar  bütün iştirakçıları salamlayaraq, 

səfirə Anadolu Universiteti Azərbaycan Proqramlarına verdiyi 

önəmli dəstəyə görə təşəkkürlərini bildiriblər. Səfir Alper Coş-

kun  Anadolu  Unviersitetinin  Azərbaycandakı  bu  layihəsinə 

bundan sonra da hərtərəfli dəstək göstərəcəyini qeyd edərək, 

Anadolu  Universiteti  Azərbaycan  Proqramlarında  distant 

təhsil  alan  tələbələr  üçün  yaradılmış  şəraitdən  məmnun  ol-

duğunu bildirib.

ATİB  İH  sədri  Cemal  Yangın  da  səfir  Alper  Coşkuna 

göstərdiyi dəstəyə görə minnətdarlığını yetirib. 

Daha  sonra  səfir  tələbələrlə  səmimi  söhbət  edib,  onları 

maraqlandıran sualları cavablandırıb.

Sonda səfir Alper Coşkun Anadolu Universiteti Azərbaycan 

Proqramları ilə tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini 

yazıb.



Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin